Siyahına qurban.

24 0 0
                                    

Hara qədər bu üsyan?
Hara gedər insanlıq?
Baxışlarda bir-iki tüstülük kədər qalıb,
Gəl, çək içinə,
Gəl, sən məndən incimə...

Siyah saçların olsun ruhumun dərinliyi,
Gözlərində gizlət kimsəsizliyi
Hisslərimiz aldadır bəlkə də,
Bəlkə də mən yalançıyam, bilmirəm...
Şeirlər yaralara dərman,
Tanrıdan hədiyyə vərəqlərə
Hərdən küsürəm, bir qədər də sərxoşam,
Sənsizlik içmişəm ac qarnına,
Güclü olmaq yaraşır hər qadına...
Bakı mənim nazlı yarım,
Xatirə qoxulu şəhərim
Gizlədir gözlərdə qəhəri,
Birdə yalan qoxur həndəvəri
Gecəsi arzu dolu,
Solur o arzu hər səhəri...

© Ramin Alekberov / 2019.

Siyah Pəncərədən Bəyaz Səmaya Salam Opowieści tętniące życiem. Odkryj je teraz