Qırışıb xatirələr, qırışıb hisslər,
Bir-iki tüstülük dərd qalıb içimdə sadəcə
Ölə də bilmirəm anam ağlıyar deyə...Demişdim "hara aparır bu yollar?",
Sən demə heç yolda da deyilmişəm
İtirmişəm izimi, özümü,
"Tanrım, mən kiməm?",
Yalvarırdım desin düzünü,
Lakin, səhv cavablar tapıram mən,
Bu boşluğun içində niyə səndə ilişib qalıram mən?...Asa bilərsən gözlərindən məni?
Ya da gəl bir öpüşünlə yarat məni
Mən qalmışam bu şəhərin izsiz-bucaqsız dalanında tək başıma,
Bax da gözlərimə, oxu da məni,
Niyə hiss etmirsən axtarıram səni
Eeh,
Yoxmuş çarəsi dərdli gecələrin,
Lağlağı ilə gülür üzümə sənsiz gecələrim...© Ramin Alekberov / 2019.