Siyah, bağlı pəncərə.

18 0 0
                                    

Kədər qarışardı gecəyə,
Biraz da sən qırardın qəlbimi bilmədən
Tanrıyla söhbətlər,
Əsəb,
Axtarışlar, səssiz hayqırışlar vardı əvvəllər,
Niyə axı bu günün fərqi yoxdur dünəndən?
Yorulub qalmışam həyatın düz ortasında, yolu itirmişəm,
Gəl, apar məni qəlbinə ...

Kədərin dibini görsədəndən qorx,
Necə ki içki şüşəsinin dibi görünür indi masamda.

Yox, dəyişməyibmiş heç nə,
Bayaq hiss etdim ruhumda qırıqlıq yarananda,
Bir Əli Xəyyam şeirində yarandım mən yenidən,
Üst başıma kədər yağır,
Hazırsan mənlə islanmağa?

Siyah pəncərədən bəyaz səmaya baxacaqdım axı,
Qaranlığa aid imişəm,
Və ruhuma toxunan mövzuları,
Sətirimə toxuyuram mən,
Ona görədir bu kədər, əsəb, dağınıqlıq,
Dayansan, düşünsən bir anlıq,
"Biz niyə yaranmışıq?" ,
Hamımız oyuncağıq ...

Kömək gəlməyəcək,
Özümüz çıxmalıyıq vəziyyətdən,
Bu dərddən, kədərdən,
Hətta beynimizdəki səslərdən belə qurtulmalıyıq,
"Məlhəmim, sən mənim hər şeyim" deyəcəyimiz biri yoxdu bizim,
Bir Tanrı var,
Bir gecə var,
Biraz da musiqi işləyir ruhuma,
Baxaraq qüruba,
Məlhəm olmalıyıq özümüz öz yaramıza, dost ...

© Ramin Alekberov / 2018.

Siyah Pəncərədən Bəyaz Səmaya Salam Where stories live. Discover now