Salam deyir öncələr.

19 0 0
                                    

Yenə tökmüşəm önümə o köhnə məktubları,
Amma, darıxmışam desəm yalan olar
Sadəcə kədər çevrəliyib dörd bir yanımı,
Yenə dərd sıxır canımı,
Yenə "sən" alır hər anımı.
Axı başlayırdım yenidən,
Axı baxırdım o pəncərədən bəyaz səmaya doğru,
Niyə bu qədər çətin olur unutmaq hər dəfəsində,
Ruhumu deşən o kədəri hiss edirəm hər nəfəsimdə...

Yenə də gəlmə, get,
Gedişlərin adamıyam mən
Zatən kim gələr ki kədər adamına?
Heç kim...
Sarılmışam vərəqlərə,
Qələmin diyircəyi şeir yazır üstümə
Biz bir bütün olsaydıq şeir qoxardın...

Bakı, yenə sərt əsir kədərin,
Təəccüblənməməli əslində,
Niyə?
Çünki, Bakının ikinci adı kədərin şəhəri dərində.
O küləyini üzə çıxarmağı seçib,
Görəsən Bakını o vaxtı kim sevib?...

© Ramin Alekberov / 2019.

Siyah Pəncərədən Bəyaz Səmaya Salam Where stories live. Discover now