Xitabı dəyişdirib şeirlərdə,
Kədəri eyni saxlamışam
Görəsən xətri inciyibmi köhnələrin?
Eh,
Dərdi ağır olur onsuz bu gecələrin,
Birdə gəlməsin üstümə xatirələr,
Birdə dayansın saniyələr,
Danışsın hisslər sevgilərdən,
Birdə qan süzülməsin ləçəklərdən,
Barut ətri gəlməsin çiçəklərdən...© Ramin Alekberov / 2019.