Gəzdim, gördüm, anladım,
Başa düşmək bəs deyilmiş
Üzərimə bir kədər çəkilmiş sanki sürrealist bir rəssam tərəfindən,
Tanrının mənmişəm hədəfində,
Nəyin axtarışıdı bu ki, qəm dəryasına qərq oluram hər dəfəsində?
Bilmirəm,
Bilmirik,
"Camaatın uşağı" yeni dünya,
Biz köhnədən əl çəkmirik,
Bala, biz heç dərd də çəkmirik,
Çünki, maşallah, dözümlüyük,
Dözümlüyəm,
Qul yaşaram,
Azadlığa getmərəm ...Ordakı, o uzaqdakı yol hələ də var,
Elm, sənət bizi o yola çatdırar...Qarğış üstünə qarğış,
Ordan bir dənə düşmənə alqış,
Mədəni sürətdə deyirlər - minirik, alış,
Unut özünü, dəyərlərinlə çarpış... Vallah, yorulmuşuq,
Yorulmuşam,
Bu kədər, bu əsəb hara qədər gedər?
Şeytan öz ansamblına bəlkə bizi də seçər,
Nə vaxtsa ...© Ramin Alekberov / 2018.