O gözlər kimi.

18 0 0
                                    

Ah o gözlər, o gözlər,
Alır, aparır adamı sonsuzluğa
Gəl, ruhumun dərinliyi darıxdı axı,
Ağlımda sən, yanımda da çaxırdı axı,
Ona görə də hiss edirəm kədəri qələmimdə,
Bu gecənin də sonu yox, eyniylə hisslərin də...
Bir-iki səhv uduzdurur,
Bir-iki səhv öyrədir
Daha neçə dəfə yıxılmaq gərək?
Bilinmir cavablar göydədir ya dərində,
Bu sonsuz kədər qəlbi göynədir,
Və darıxır əllərinçün əllərim də...
Daha çox sətir yazılacaq deyəsən xitabına,
Birdə rəqs edək fonda vals
Sərxoş olaq sevgidən,
Və bir dəfə də nə olar ki bizdən yana gətirsin şans
Hə? Yox, bilirəm, alınmaz,
O qollar kədərli qəlbə sarılmaz...

© Ramin Alekberov / 2019.

Siyah Pəncərədən Bəyaz Səmaya Salam Waar verhalen tot leven komen. Ontdek het nu