Əllərimdən əllərin,
Şeirimdən "sən"lərim getdi,
Uzaqlara,
De, rahatsanmı uzaqlarda?Bir neçə səhv necə də silirmiş hər şeyi,
O uzaqlar necə də alırmış bizdən illəri
Mən vaxtilə eşqindən dastan yazan bir dəli,
Get,
Gecələr mənə yoxluğunun həmdəmi.Get,
Geri dönmə yalanlara,
İkimiz də şahidik olanlara,
Gəlmə,
Daha da duz basma yaralara,
Get,
Məndən də şeir apar o ruhsuz uzaqlara ...© Ramin Alekberov / 2018.