Qətl-i Zina

48 4 2
                                    

  Dar koridorda irəlləyən cavan oğlanın qoltuğunda bir neçə dosyelər vardı.Çiynində paqonları olan bu gənc polis kapitanı idi.Otağa daxil olur.Otaqda da başqa bir gənc kapitan var.İçəri keçən kimi salam verir:

-Salam,Əkbər.Necəsən?

-Salam,Cavid.Salamatçılıqdı.O qoltuğundakılar nədi yenə?

Cavid dosyeləri Əkbərin qabağına atır.Əkbər açıb baxmağa başlayır.Cavid deyir:

-Bu keçən həftə tutulan qatildi.

-Bu hansı qatildi?O seriyalı qətllər edən məşhur qatil?

-Elədiki var!

Əkbər bu dəfə səsli oxuyur:

-Şükürov Adil Cəfər oğlu.32 yaşı var.Subaydır.İkisi hamilə olmaqla 4 qadın,3 kişini amansızlıqla qətlə yetirib.Bunu indi mənə niyə verirsən?

Cavid öz masasının kənarında əyləşərək əlavə edir:

-Çünkü bu qatillə sorğu-sual işinə sən baxacaqsan.Axı sən psixologiya üzrə dərslər almısan.-ayağa durub gəzişir-Bilirsən sənin işin nədən ibarətdir?Biz bu adamın cinayətlərinin sayını və qurbanlarının kimliyinə qədər bilirik.Hamısı əvvəlki iş yerlərindəndir.Bu adam bir dəfə də cinayətə görə həbs olunub.Və demək olar ki,eyni tipli qətldir.

-Day mən neyniyim?Hamısını bilirsiz.

-Səndən istənilən bu adamla səmimi bir söhbət edərək onun bu cinayətinin səbəblərini tapmaqdır.Çünkü bu cinayətlərin ortaq bir səbəbi var.Ya da bu qurbanları bir-birləri ilə bağlayan nəsə var.Bu adam ali təhsil alıb.Amma sadə bir işdə işləyib.Və sakit təbiətli biri kimi dayanır.Onu cinayətə sövq edən nəsə olmalıdır.

Əkbər ayağa qalxıb getməyə hazırlanır:

-Yaxşı,yaxşı.De gətirsinlər otağa onu.

Əkbər qaranlıq,bir masa,iki oturacaq və yanlız masaya işıq salan bir lampası olan otağa daxil olur.Oturacağın birində əli qandallı qatil Adil əyləşmişdi. Adil arıq və üzü saqqalı,saçı qısa ama dağınıq biri idi.Əkbər gəlib onunla üzbəüz əyləşir.Bir dəftər də önünə qoyub açır.Qələmini hazır edir və dillənir:

-Özünüzü təqdim edin.

-Şükürov Adil Cəfər oğlu.

-Adil,cinayət törətməkdə təqsirli bilinirsən.Daha doğrusu cinayətlər törətməkdə.Bu barədə danışa bilərsiz?Yəni tam olaraq səbəb nə idi,sizi nə vadar etdi bu cinayəti törətməyə?

-Bəli.Bir neçə dəfə cinayət törətmişəm.Bunu etiraf edirəm.Məncə bu həbs olunmağım üçün yetərlidir.

Əkbər gözlərini yuxarı dikib nəsə fikirləşən kimi edir və başını təsdiq kimi yüngülcə tərpədir:

-Bəli.Bu yetərlidir.Amma biz bilmək istəyirik ki,bu cinayətə sizi nə təhrik edib?Bəlkə elə ataların dediyimi kimi "günah öləndədir"?Bildirim ki,onlar sizi cinayətə təşviq ya da cinayət törətmək həddinə çatdıracaq nəsə edibsə bu sizin lehinizə olar.Və cəza müddətinə təsir edər.

Bu dəfə Adil qabağa gəlib əllərini masaya qoyaraq qısa müddətli süzərcəsinə Əkbərə baxır və dillənir:

-İş yerimdəki müdiriyyətdən idilər.Mən də balaca işçi.Üstümə çığırdılar.Pulumu kəsdilər.Mən də əsəbləşdim və öldürdüm.

Əkbər bu dəfə özünə əmin kimi və hündür səslə deyir:

-Yalan danışırsan,Adil!Çünkü sən bu səbəbdən hamilə qadını öldürmüş ola bilməzsən!Həmin qadınlar müdiriyyət siyahısında yox idi.

Qətl-i Zina +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin