8. Cəhd.

613 22 7
                                    

Yorucu iş gecəsindən sonra, evə səhərə yaxın gəldiyim üçün çox yuxulu idim. Buna görə də, növbəti gün universiteti ötürməyə qərar verirəm.

Günorta yuxudan ayılıb dolabçanın üstündən telefonumu götürürəm. Kilidini açanda 17 buraxılmış zəng, 96 oxunmamış mesaj görürəm. Onların çoxu Alekdən idi. İstəmədən mesajlarını açıram. Məzmunu "Məndən qaçma, gəl danışaq. Ümid edirəm yaxşısan. Səni məyus elədimsə üzr istəyirəm." idi. O an Violetta mənə zəng eləyir.

-Ey, biz artıq sənin evinə çatırıq. Qapını aç,- deyib dəstəyi qoyur. Mən yuxulu-yuxulu qapıya doğru addımlayıram. Qapını açanda qarşımda onların üçünü görürəm,- Sürpriz,- Violetta sevincək qışqırır,- biz səni götürməyə gəldik.

-Salam.. Em, hara? Hələ səhər saat..- hələ də yuxulu səslə söyləyib, telefonun ekranına baxıram,- ikidir,- gözümü bərəldib deyirəm.

-Biz bu gün piknikə getməyə qərar verdik,- Vi deyir. Mən o an hiyləylə mənə, daha sonra geyindiyim qısa gecəliyə baxıb dodaqlarını yalayan yaraşıqlı oğlana baxıram,- sənsiz getmək istəmədik,- davam edir. Bu an Violettanın arxasında dayanıb mənə baxan Alek diqqətimi çəkir.

-Salam,- o, gülümsəyərək qabağı keçir,- gəl gedək bizimlə. Həm sənlə bir az dünən haqqında danışarıq,- ümidlə deyir.

-Yaxşı. Gözləyin, hazır olacağam 10 dəqiqəyə,- deyərək otağıma qaçıram. Az sonra Violetta içəri daxil olur.

-Ey, necəsən?- qapını arxasıyca bağlayıb soruşur.

-Yaxşıyam, Vi. Sadəcə bir az yorğunam.

-Alek dünən baş verənlər haqqında danışdı bizə..- mən ona baxıram. Alçaq, bu ikimizin arasında qalmalı idi.

-Em, sizə danışacağını bilmirdim,- Mənim onun üstünə düşərək, mənimlə yatması üçün ona yalvardığımı yadıma salıram..

-Liz, sənin bundan qorxmağın çox normaldır. Hər kəs ilk dəfələrdən qorxur. Və mən də..

-Hər kəs nə?- onu yarıda bölürəm,- Alek sənə, onunla yatmağa razılaşmadığımı deyib?- təəccüblə baxıram.

-Hə. Elə olmayıb ki?- Violetta qaşını qaldırır.

-E-elə olub. Mən istəmədim,- yerə baxaraq davam edirəm,- hazır deyildim yəqin.

-Canım, səni o qədər gözəl başa düşürəm,- Violetta yaxınlaşıb məni qucaqlayır,- mən də nə vaxtlarsa sənin kimi yaxınlıqdan qorxurdum. Amma sənin az yaşın yoxdur. Məsələn Brayana kimi digər oğlanlarla rahat ola bilmirdim. Yadıma düşür, Brayanla ilk dəfə sekslə məşğul olanda, o, məndən çox istəyirdi bunu. Hətta o dərəcədə ki, paltarı əynimdə cırmışdı. Mən onda başa düşdüm ki..- mən Violettadan aralaşıram, sözünü yarıda saxlayıram.

-Mən səni başa düşdüm, Vi. Ona şans verərəm,- soyuq şəkildə deyirəm,- geyinim gələcəyəm indi,- o, jesti başa düşüb, başını yelləyir. Yanağımdan öpərək otaqdan çıxır.

Mən qısa kəpənəkli don geyinərək yüngül makiyaj edirəm. Obrazı tamamlamaq üçün al qırmızı pomadadan istifadə edirəm. Qonaq otağına daxil olanda onların üçü də, başlarnı qaldırıb mənə heyrətlə baxır.

-Sən necə hər zaman bu cür gözəl qalmağı bacarırsan?- Alek əlimdən öpərək söyləyir,- mənim sevgilim ən gözəlidir ,- mən süni gülümsəyirəm. Brayan ona baxıb göz süzdürür.

-Gedək,- deyib Violettanın əlindən tutaraq çölə çıxırlar. Biz də onların arxasıyla çıxırıq. Yol boyu Alek saçlarımı sığallayıb, üzümdən öpərək məni necə sevdiyini deyirdi. Mənsə sakit başımı sinəsinə qoyub sükan arxasında oturan yaşıl gözlüyə baxırdım. Violettayla danışsa da, ön güzgüdən vaxt aşırı al dodaqlarıma baxıb dodaqlarını dişləyirdi. Az sonra biz Hyuston parkına çatırıq. Otluqda əyləşərək özümüzlə gətirdiyimiz yeməkləri xallı örtüyün üzərinə qoyuruq.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin