18. Yeni müdir.

223 16 15
                                    

Mən evə geri dönəndə saat 4 olardı. Ayaq yoluna girərək özümə güzgüdə baxıb dəhşətə gəlirəm. Göyərmiş qollar, boyun, qırmızı gözlər, şişmiş dodaq... Duş qəbul edib bu günün ağrısını, ağırlığını üzərimdən yuyuram. Az sonra ytağıma geri qayıdıram. Alek heç nə olmamış kimi hələ də dərin yuxuda idi. Yatağın bir küncündə özümü qucaqlayıb yuxuya getməyə çalışıram. Nə baş verirsə, versin, iş gününü heç kəs ləğv etməyib. 4 saatdan sonra oyanıb özümü məcbur eləyib işə getməli idim.

Səhər məni yuxudan Alek oyadır.

-Dur, sevgilim. İşə gecikəcəksən,- Pərdələri açıb günəş şüalarını yataq otağımıza buraxır. Pəncərədən yeni oyanmış şəhərə baxaraq gümrah dartınır. Mən yorğanı başıma çəkirəm.

-Durmaq istəmirəm,- mızıldanıram. Dünənki gecədən sonra hər yerim ağrıyırdı. Alek dizləri üstündə yatağa çıxıb məni büründüyüm yorğanla birlikdə qucaqlayır.

-İstəyirsən atama deyim, işə bu gün getmə?- o, soruşur. Mən başımı yorğanın altından çıxarıb ona cavab verirəm.

-Yox, bu gün evdən çıxsam yaxşı olardı. Duracağam indi.

Alek mənim qara saçlarımı qulağımın arxasına edib yanağımdan çoxlu öpməyə başlayır. Mən dünən baş verənləri yada salıb onu özümdən uzaqlaşdırıram.

-Eləmə, xahiş edirəm,- üzümü turşudub deyirəm,- tək qalmaq istəyirəm.

-Elə bil halsız görünürsən, Liz. Bəlkə xəstələnmisən? Yoxsa dünən dediklərimlə sənin xətrinə dəymişəm?- narahat şəkildə soruşur.

-Yaxşıyam. Sadəcə gecə kabus gördüm, onun təsirindəyəm yəqin ki,- həvəssiz cavab verirəm.

-Hmm, nəylə bağlı? Kimsə incidirdi səni?

-Bunun haqda çox danışmaq istəmirəm, Alek. Xahiş edirəm, məni tək saxla. Durub hazırlaşacağam.

Alek məni özünə sıxıb bir daha möhkəm qucaqlayır.

-Sənin həyatımda olmağın mənə elə güc verir ki. Nə yaxşı ki, mənimləsən. Mənimsən,-alnımdan öpür,- Sən mənim xoşbəxtliyimsən,- sonuncu sözlərində gözlərim dolmağa başlayır.

-Məni tək burax, Alek,- xırıltılı səslə deyib üzümü çevirirəm.

-Yaxşı, necə istəyirsən,- səssiz ayağa duraraq otaqdan çıxıb qapını bağlayır.

Mən hazırlaşıb evdən cəld çıxmaq istəyirəm. Ağladığımı gizləmək üçün örtücü makiyaj edirəm. Göyərtiləri gizləmək üçün uzunqol köynək seçirəm. Tam hazır olanda sakit otaqdan çıxıb çöl qapısına doğru gedəndə, arxadan Alekin səsini eşidirəm.

-Heç olmasa, səni işə aparmağıma icazə ver,- günahkar səslə deyir,- bilmirəm nə eləmişəm, amma bunu belə saxlamaq istəmirəm,- əlavə edir. Dərindən nəfəs alıb təslim oluram. Alekin boş yerə daha da pis olmasını istəmirdim.
Biz az sonra işlədiyim şirkətin girişinə çatırıq.

-Axşam 5də burada gözləyəcəyəm səni. Sənin üçün sürprizim olacaq,- hələ də vəziyyəti düzəltmək üçün çaba göstərirdi.

Mən özümü gülümsəməyə məcbur edib, başımı yelləyərək maşından düşürəm.

Kefim artıq düzəlmişdi. İş yoldaşlarımla görüşüb şirkətin binasına birlikdə giririk. Liftin qapıları bağlanan anda kimsə əlini salıb qapını saxlayır.

-Sabahınız xeyir,- utanaraq gülümsəyib Anna liftə daxil olur.

-Sabahın xeyir, Anna,- cavaba gülümsəyirəm.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin