13. Yeni həyat.

314 20 34
                                    

4 ay sonra.

-Həyatım, çox sağol,- süfrəni düzməyə kömək edən sevgilimə təşəkkürümü bildirirəm.

-Hər zaman,- alnımdan öpərək özünə sıxır,- səncə gec gələrlər? Mən çox həyəcanlıyam,- o, səbrsizlənməyə başlayır.

-Mən də,-saata baxıram,- saat 5 üçün danışmışdıq. Yaxın zamanda gələcəklər.

Biz nişan qabağı valideynlərimizi tanış eləməyə qərar vermişdik. Məhz bu günü seçməyimiz təsadüf deyildi. Tam bir ay qabaq Alek mənə evlilik təklif eləmişdi. Mən bir neçə gün tərəddüd etsəm də, ona razılıq cavabı verirəm. Çünki bilirdim ki, Alek kimi məni sevən artıq qabağıma çıxmayacaq. O, bəzən sərt, yersiz danışsa da, görüşdüyüm oğlanların içində mənim xeyrimə olacaq, ən doğru seçim idi. Onun sevgisinə həqiqətən əmin idim. Mənim istədiyim hər şeyi sevə-sevə edirdi, məni şahzadə kimi hiss elətdirirdi. Onunla olmaq ürəyimdən çox, beynimə yatan bir qərar olsa belə, vəziyyətimdən olduqca məmnun idim. Hə, hələ də Brayanı özümdən çox sevirdim, onu hər gecə yuxularımda görürdüm, onun haqda düşünəndə hələ də qarnımda kəpənəklər uçuşurdu. Amma onunla hər şey bitmişdi. Brayana bəslədiyim o sevgini başqa heç kəslə bölüşə bilmirdim. Bir azcasını da olsa, Alekə verə bilmirdim. Alek vəziyyətindən narazı olana oxşamırdı. Onun üçün, mənim sadəcə ona aid olmağım kifayət edirdi.

Brayanı hər gün düşünürdüm. Violettayla uşaqlarına yaxşı ata olacaqmı deyə, onu hələ də sevirdimi deyə. Məlum idi ki, məni sevməyib, mənlə ancaq vaxt keçirirdi, amma mən həqiqətən onlar üçün ancaq xoşbəxtlik arzulayırdım. Bir daha aralarına girməyəcəyimə, özümə söz vermişdim.

Artıq sıradan, sakit, intriqasız bir münasibət arzulayırdım. Buna görə də, ən çox standartları sevən, sadə oğlanı seçmişdim. Aleklə bəzən sıxıcı olsa da, Brayanla münasibətimizdə heç cürə əldə edə bilmədiyimiz stabillik var idi. Hamiləlik xəbərini aldığım gündən bəri, nə Vi, nə də Brayan ilə əlaqə qurmamışdım, söz verdiyi kimi.

Biz Aleklə demək olar ki, görüşməyə başlayan kimi yeni evə çıxdıq. Köhnə əhatəmdən, hobbilərimdən uzaqlaşdıqca, köhnə dostları da demək olar ki görmürdüm. Üstəlik bir neçə həftə öncə, istədiyim kimi, prestijli şirkətə maliyyəçi olaraq düzəldim. Alekin atasının əlaqələri var idi deyə, işə düzəlmək çox da çətin olmamışdı. Mən işlə bacardığım qədər başımı qatırdım. Universitetə də çox az getdiyim üçün, demək olar ki, onlarla üz-üzə gəlmirdim. Vi bəzən söhbətə tutmağa çalışsa da, işimin olduğunu deyib ondan qaçırdım. Nəhayət ki, öz həyatıma fokuslana bildiyim üçün çox sevinirdim.

Valideynlərin tanışlığı əla keçir. Alın anası və bacısı məni çox bəyənirlər. Atası ölkə xaricində olduğu üçün, gələ bilmədi. Amma üzrxahlıq edib mənə iki iri buket gül, bahalı kolye və axşamı xoş keçirməyimiz üçün 1964-cü ilin şərabını göndərir. Anam isə Aleki öz oğlu kimi qəbul etdiyini söyləyib onu bağrına basır. Axşam qonaqlar gedəndə anama nə qədər qalmasını təkid eləsəm də, o, yaxın bir saatda qatarda olmalı olduğunu deyir. Elə bu axşam evə qayıdır.

Onlar gedəndən sonra ikimiz də yüngüllük hiss edirik.

-Gördün, sənə demişdim ki, onlar əla yola gedəcək,- Alek alnımdan öpüb söyləyir.

-Mən anamı indiyə qədər belə xoşbəxt heç vaxt görməmişdim. O, heç mənə sənə baxdığı şəfqətlə demək olar ki baxmayıb,- gülməyə başlayıram. Alek də mənə qoşulur.

-Səninlə birlikdə olduğum üçün çox şanslıyam, sevgilim. Səni sevirəm,- dodaqlarımdan öpür,- gedim duş qəbul edim, bir azdan sənə dönəcəyəm,- bir daha öpüb, məndən uzaqlaşır. Mən ortalığı yığışdırmağa yeni başlamışdım ki, bilmədiyim nömrədən mənə zəng gəlir.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin