5. Sonra peşman olma.

849 28 11
                                    

Mən hələ günorta ayılıb saata baxdım.

12:23

Başım şiddətli ağrayırdı. Dünən o qədər içməməli idim. Divandan başımı qaldıranda, dünən baş verənlər, yavaş-yavaş pazl kimi beynimdə yığılırdı. Parti.. Dəli Vi.. Rəqslər.. Oyun.. Brayan..

Brayan?? Mən.. ola bilməz. Mən bunu onunla eləmiş ola bilmərəm.. Yox, yox,yox. Mən necə axı ən yaxın rəfiqəmin sevgilisiylə sevişə bilərdim. Elədiyim üçün utanclıq hissi keçirirdim. Bunun yuxu olduğuna inanmaq çox istəyərdim. Amma, o, əclaf necə eləmişdisə, bütün boynum, sinəm göy ləkələrlə dolu idi.

Yerimdən durub onlar yatan otağa girirəm. Brayan düşündüyüm kimi ortalıqda yox idi. Bəlkə elədiyini görə utanmışdı, əclaf. Məni necə belə bir şeyə vadar eləyə bilərdi.. Hələ də inana bilmirdim. Paltar rəfimdən boğazımı örtə biləcək bir köynək tapıb, onu əynimə keçirirəm.

Vi hələ də heç nə olmamış kimi xoruldayaraq yatırdı. Mən əşyaların arasından öz telefonumu tapıb, o alçağa növbəti mətni yazıb göndərirəm.

-Əclaf, sən haradasan? Təcili danışmalıyıq.

Üstündən 30 saniyə keçməmiş cavab gəlir.

-Sənin də sabahın xeyir, gözəl. Evdə. Axşam boynumu o qədər sovurmusan ki, gömgöydür. Yoxsa bunu Vinin görməsini istəyirdin? Sənin belə vəhşi olacağını bilmirdim ;)

Mən əlimi alnıma vuraraq, qəzəbli şəkildə yazıram.
-Alçaq, sənin ümumiyyətlə, nə işin var idi axı burada. Mənim sərxoş vəziyyətimdən istifadə eləməməliydin..

-Mm, peşman olduğumu fikirləşmirəm. Həm istifadə eləməmişdim.. Sənlə yatmağım üçün dünən necə yalvardığın yadından çıxıb yoxsa?

Kaş yadımdan çıxardı.. Mən əsəbləşib telefonu divanın üstünə atıram. Əlimlə başımı tutub ora-bura gəzməyə başlayıram. Dözülməz ağrı olduğu üçün bir dərman içirəm. Elə bu anda Violetta axır ki, oyanır.

-Günortan xeyir, canım,- o, dartınaraq qonaq otağına daxil olanda deyir. Mən narahatçılığımı bildirməməyə çalışıram.

-S-sabahın xeyir, necə yatdın?- gülümsəməyə çalışıram.

-Yaxşı.. Axşam məndən sonra elə yatmağa getdiniz deyəsən. Çünki səsiniz heç gəlmirdi..

Mən əsəbi gülərək qısa "hə" deyirəm.
-Bəs Brayan haradadır?- Bu ətrafa baxıb soruşur.

-Em, bilmirəm, özündən soruş. O, sənin sevgilindir axı. Mən hardan bilim,- bir az sərt deyirəm.

-Yaxşı.. Bu gün nəsə qəribəsən elə bil. Yoxsa Brayandan hələ də xoşun gəlmir? Dünən onu çağırmamalı idim, hə?- Vinin gözləri doldu,- mən sizin yola gedəcəyinizi düşünmüşdüm. Bilsəm, onunla əvvəlcədən görüşməzdim,- Vinin gözlərindən yaş gəlməyə başlayır.

-Yox, yox, yox, Vi. Elə bir şey yoxdur,- onu qucaqlayıb sakitləşdirirəm,- istəyirsənsə, görüşək yenə hamımız birlikdə. Brayanın pis oğlan olduğunu.. fikirləşmirəm..- sonuncu sözləri özümdən sıxaraq çıxarıram.

Violetta göz yaşlarını silir.

-Sən həqiqətən elə fikirləşirsən?- ümidlə baxır.

-Hə..

-Onda bəlkə, bu gün birlikdə onun evinə gedək?

-B-bu gün??-onu bu gün görmək istədiyimə əmin deyildim. Vi pis olmasın deyə, razılaşıram.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin