22. Tərk edilmək.

153 19 10
                                    

-Gülürəm, çünki Violettanın mənə xəyanət elədiyi adam elə Alekdir,- Brayan gözlərimin içinə baxaraq deyir. Mən bir neçə saniyə Brayana baxıb dediyi sözləri dərk eləməyə çalışıram.

-Brayan sən nə dediyinin fərqindəsən? Alek belə şeyi həyatda mənə eləməz!- sözünə inanmayıb gülməyə başlayıram. Amma Brayanda heç də güləcək hal yox idi,- özün batırsan deyə bizi də batırmağa çalışırsan?!- qaşlarmı çatıb ona baxıram.

-Kaş elə olardı, Lizzi,- Brayan oturacağına söykənib dərindən nəfəs alaraq əllərini dizinə sürtür,- mən onların yazışmalarını tutmuşam.

-B-bu mümkün deyil. Sən mənə yalan danışırsan,- əlimlə ağzımı bağlayaraq onun dediklərinin yalan olmasına dua edirəm.

-Yalan yoxdur. Onları aldadaq deyə-deyə, ən böyük oyuna elə özümüz gəlmişik. Violettadan gözlədiyim uşağın atası bəlkə də mən deyildim heç,- yumruğunu sıxır,- Mənə inanmırsansa, get hər şeyi o əbləhdən soruş. Əminəm, elədiklərimi danmayacaq. Ən azından içində bir az kişilik qalıbsa, danmaz,- mən əllərimlə üzümü bağlayıb başımı silkələyirəm.

-Mən axı ona çox güvənmişdim,- sakit səslə deyirəm,- necə yəni, həyatda bütün varlığımla güvəndiyim yeganə insan da mənə xəyanət elədi?- Brayan qolumu sığallayaraq məni sakitləşdirməyə başlayır. Mən əlimi sərt şəkildə çəkirəm,- toxunma mənə,- qəzəblə deyirəm.

-Əsəbiləşmə. Sizin münasibətiniz əvvəldən qurulmamalı idi. Kaş mənə qulaq asıb onunla münasibətə girməsəydin,- bu kəlmələri eşitdikdə özümdən çıxıb ayağa dururam.

-Münasibətə girməsəydim? Mən həyatı boyu oturub səni gözləməli idim? Bu həyatda məni xoşbəxt edən bir insan var idi, onu da əlimdən sən aldın. Səni heç vaxt bağışlamayacam! Sənə nifrət edirəm, əclaf,- son sözləri zəhərlə deyib kafeni cəld addımlarla tərk edirəm.

Mən evə gələndə Alek televizora baxırdı.

-Gəldin artıq, həyatım? Bu gün işin çox uzun çəkdi, deyəsən,- divanda əyləşən nişanlım mənə səslənir.

Ona quru salam verib öz otağıma keçirəm. Alek arxamca gəlib sakit arxadan qucaqlayır. Boynumdan öpmək istəyəndə ondan aralanıram.

-Kefim yoxdur bu gün. Məni rahat buraxsan yaxşı olar.

-Neçə gündür artıq beləsən. Məni yaxınına buraxmırsan. Mən nəsə səhv bir şey eləmişəm?- lənətə gəlmiş göz yaşları yenə özünü çatdırır.

-Bağışla,- üzümü çevirib gözlərimi silərək vanna otağına girib qapını kilidləyirəm. Bir neçə saniyə dərindən nəfəs alıb özümə güzgüdə baxıram. 2 il qabaq elə xoşbəxt idim. Dərdim yox idi, həyat rahat gəlirdi, əhatəmdə məni sevən dostlarım, ailəm var idi. Amma indi? Özümü küncə qısılmış pişik balası kimi hiss edirəm. Gedəcək yerim yox, getmək istədiyimə belə əmin deyiləm. Hər şey elə qarışıq idi ki... Alekin gözlərinə baxaraq hər şeyin həqiqətini soruşmağa qorxuram. Daha doğrusu həqiqəti eşitməyə qorxuram. Birdən həqiqətən Brayan düz deyirsə? Birdən həqiqətən, o, mənə bütün bu aylardır xəyanət edirdisə? Nəticəsini düşünmək belə məni qorxudurdu. Güvəndiyim, dayağım saydığım insan yox idi artıq qarşımda. Çəkindiyim, inamımı sarsmış, məsafə saxlamaq istədiyim biri var idi. Artıq kimə güvənəcəyimi bilmirdim. Kimə sığına biləcəyimi bilmirdim, bilmək də istəmirdim.

Mən üzümü soyuq suyla yuyub özümü sakitləşdirməyə çalışıram. Az sonra vanna otağından çıxıb mətbəxə keçəndə arxadan Alekin səsini eşidirəm.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin