16. Nahar.

156 17 10
                                    

Elizabet nə vaxtlarsa həmin qaynar sekslə məşğul olduğumuz divanda əyləşib Violetta ilə söhbət edirdi. Gülərək nəsə müzakirə elədiyi yerdə üzünü çevirib məni görəndə üz ifadəsinin dəyişdiyini görürəm. Üzündəki gülüş ifadəsiz boş baxışla əvəz olur. Mən onlara yaxınlaşıram.

-Xoş gəlmisiniz,- qonaqlarımıza gülümsəməyə çalışıram. Alek ayağa duraraq əlimi möhkəm sıxır. O an keçirdiyi bütün gərginliyi hiss edə bilirdim. Gözlərimin içinə baxaraq "Xoş gördük" deyir.

-Salam,- Liz utancaq gülümsəyərək başını aşağı salır. Mən Violetta əyləşən stula söykənərək qarşımızda əl-ələ oturmuş "xoşbəxt" cütlüyə baxıram.

-Necəsiniz? Aylar sonra bura gələcəyinizi heç düşünməzdim,- gözlərimi Lizdə saxlayaraq soruşuram. O, başını qaldırmır. Alek onun yerinə cavab verir. Bu əclaf ilk saniyələrdən artıq məni qıcıqlandırmağı bacarmışdı.

-Hə, Violetta o qədər israr elədi ki, onun qəlbini qıra bilmədik.

Araya yersiz sakitliyin çökdüyünü görən Violetta hamımıza masa arxasına əyləşib nahara başlamağı təklif edir. Alek Elizabetin əlini buraxmadan onu masaya qədər ötürüb əyləşməyə kömək edir. Violettanın mənə baxaraq eyni şeyi məndən gözlədiyini görüb, göz süzdürərək özüm birinci əyləşirəm.

-Heç olmasa, bu gün özünü daha nəzakətli göstərə bilərdin,- Violetta oturacağına əyləşər-əyləşməz mənim qulağıma deyir.

Nahar mənim üçün olduqca sıxıcı və maraqsız keçirdi. Alekin növbəti dəfə Avropa macəraları haqqında danışdığını görəndə dayana bilməyib ayağa duraraq rəfdən bahalı şərab gətirirəm. Ani hərəkətlə şüşəni açıb öz qədəhimi şərabla dolduram.

-Bilirəm siz şərab çox sevirsiniz,- Lizin gözlərinin içinə baxaraq deyir. Onun qədəhini doldurmaq üçün əlimi uzadanda Lizin səsi məni dayandırır.

-Mən şərab içmirəm,- qısa cavab verir.

-Niyə? Mən xatırlayıram ki, sən əvvəllər şərab içməyi sevərdin,- onunla şərab içdiyimiz axşamı yada salıb gülüşümü saxlaya bilmirəm. Elizabet qızarmağa başlayır.

-Tərgitmişəm,- sakit deyir.

-Maraqlıdır. Aleklə birlikdə olandan çox şeydə zövqün dəyişib deyəsən,- dilimlə səs çıxarıb deyirəm,- ümumiyyətlə zövqün itib deyəsən,-Liz mənə tərs-tərs baxıb heç nə demir. Alekin səssiz yumruğu ilə süfrəni sıxdığını görüb, əlini onun yumruğunun üstünə qoyub sığallayaq sakitləşdirməyə çalışır.

-Alek mənə əsl sevginin nə olduğunu göstərib. Onunla olandan çox mövzuda fikrim dəyişib. Məsələn, əvvəllər pişiklərdən qorxardım. Alek sayəsində o qorxumu da yenmişəm,- gülümsəyir.

-Nə?! Sən artıq pişiklərdən də qorxmursan?- Violetta təəccüblə Lizə baxır. Liz qürurla başını təsdiqləyici yelləyir,- Alek, sən möcüzəvi şey eləməyi bacarmısan.

-Əzizim elədir,- Alekə baxıb deyir.

-Brayan isə ilk dəfə məni sevdiyi etiraf elədi bu gün,- Violetta lovğalanaraq əlini çiynimə qoyub gülümsəyir. Elizabetin içdiyi su boğazında qalaraq öskürməyə başlayır. Az öncə 32dişiylə gülümsəyən qızdan əsər-əlamət qalmır. Bu sözlərin ona təsir elədiyini görüb aranı daha da qızışdırıram.

-Hə. Həyatda sevgidən önəmli heç nə yoxdur. Bəlkə elə biz də sizdən bir müddət sonra evlənərik,- Lizin gözlərinin içinə baxaraq deyirəm,- hə, sevgilim, nə deyirsən?- Violettaya dönüb əlini öpürəm. Liz donmuş ifadə ilə bizə baxmağa davam edir. Daha sonra başını silkələyib boşqabına baxır.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin