20. Etiraflar gecəsi.

215 16 18
                                    

Növbəti gün səhər universitetə dərs üçün materiallar götürməyə gedirəm. Elan lövhəsində öz fakültəmə aid məlumat axtaranda başımı sağa çevirib uzaqdan gələn Violettanı görürəm. Üzü ağappaq, özü halsız, qəmgin görünürdü. Makiyajsız evdən çıxmayan o, bilinirdi ki, bu gün oyandığı kimi evdən çıxmışdı. Saçları dağınıq, paltarı ütülənməmiş idi. Onu bu halda görüb yaxınlaşıram.

-Salam, Vi, nə olub sənə? Niyə beləsən?- Narahat olub deyirəm. O, burnunu çəkərək mənə baxır.

-Biz ayrıldıq,- dəhlizin ortasında hönkürtü ilə ağlamağa başlayır.

-Şşş, hər şey yaxşıdır, gəl keçək sakit yerə,- onu belindən qucaqlayaraq kənara çəkirəm.

-Biz ayrıldıq. Bu sondur,- daha möhkəm ağlayır,- hər şeyi bərbad elədim.

-Niyə? Bu necə baş verdi? Hər şey aranızda düzəldi deyə bilirdim,- elə olmadığını bilsəm də, Violettaya təsəlli verməyə çalışıram .

-Yox Liz, mən belə davam edə bilmirdim. Ona böyük haqsızlıq elədim. Özümə nifrət edirəm, bağışla məni,-  ağlaya-ağlaya universitetin qapısından çölə qaçır. Daha sonra onu nə qədər axtarsam da, heç yerdə tapa bilmirəm. Dəfələrlə zəng eləsəm də, zənglərimə də cavab vermirdi. Özü zəng edər deyə düşünüb artıq onu yığmıram.

Günorta işə geri dönürəm. Dəhlizdə gözlərimlə Brayanı axtarsam da, onu heç yerdə görə bilmirəm.

-Onu axtarırsan?- arxadan Annanın səsi gəlir.

-Hm, necə?- anlamayıb soruşuram.

-Brayanı,- onu axtarırdın deyəsən.

-Y-yox. Sadəcə bir şey soruşmaq istəyirdim,- niyə həyəcanlandığımı özüm də başa düşmürəm.

-Məni aldada bilməzsiniz, Liz. Aranızda olanların fərqindəyəm. Bunu görməmək üçün kor olmaq lazımdır.

-Anna, nə deməyə çalışırsan?

-Dünən səhər. Brayanın əli kəsiləndə, “Sən məni incidə bilməzsən” deyib qəlbinin içinə baxırdı. Sən isə hər şey çox gözəl eşitsən də, eşitməməzlikdən gəldin. Yoxsa, bu belə deyil?

-Ann, söhbəti nəyə gətirirsən?- gözlərimi qıyaraq ona baxıram.

-Sizi deyirəm. Sanki birlikdə olmaq istəyib də, heç cür bir araya gələ bilməyən cütlüklərə bənzəyirsiniz. Bir-birinizə qarşı olan cazibəni hiss edə bilirəm, Liz. Bir kilometrdən hiss edə bilirəm özü də.

-Elə bir şey yoxdur, Ann, uydurma xahiş edirəm,- əsəbi gülürəm. Anna yumşaq formada əlimdən tutaraq məni heç kəs olmayan otağa aparır.

-Sadəcə mənlə səmimi olmanı istəyirəm. Nə olursa, olsun bil ki, bu aramızda qalacaq,- qapını arxasıyca örtərək deyir,- Brayan bir neçə həftədir ki burada işləyir və bu müddət ərzində elə bir gün olmayıb ki, gəlib məndən səni soruşmasın. Bu gün belə, ağrılı əllə gəlib soruşduğu ilk şey, sənin bu gün işə niyə gəlmədiyin oldu. Liz, mən uşaq deyiləm,- gözlərimin içinə baxır,- səni az müddətdir tanısam da, sənin içini görürəm. Əgər bir şey varsa da, bil ki sənin arxanda olacağam, mənə güvənə bilərsən,- başını sağa əyərək qayğıyla deyir,- nələr baş verir?- mən dərindən nəfəs alaraq divana əyləşirəm.

-Səndən də bir şey gizləmək olmur,- ona sanki təslim oluram,- Brayanla bir universitetdə oxuyuruq. Buraya gələndə ilk tanış olduqlarımdan biri o olub. İlk zamanlarda bir-birimizə çox nifrət edirdik. Hətta o, iş yerimə gəlib mənə sataşmağa çalışardı, mən isə qarşılığında ona ilişərdim.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin