17. Sonuncu dəfə. 🍓🍓🍓

306 17 19
                                    

Liz tərəfdən.

-Siz nə danışırdınız?- maşının sükanını yumruğu ilə sıxaraq Alek soruşur.

-Nə?- özümü bir şey başa düşməmiş kimi aparıram.

-Brayanla. Liz, sən çox gözəl bilirsən, mənim nə nəzərdə tutduğumu.

-H-heç nə. Sadəcə adıma necə sevindiyini deyirdi. Mən də çox sağol de..- sözümü bölür.

-Yalan danışma mənə,- yumruğunu sükana vurur,- mən hiss edirəm ki, nəsə baş verir. Məni aldada bilməzsən. Sənin gözlərindən oxuya bilirəm hər şeyi,- bir neçə saniyəlik gözlərimin içinə baxıb başını təkrar yola tərəf çevirir,- mənə demədiyin bir şey var. Yoxsa o əclaf yenidən sənin ağlına girməyə çalışır?!

-Nə? Yox əlbəttə, Alek! Öz dediyini qulağın eşidir? Mən səncə səni yarı yolda qoyaram?

-Violettanı vaxtında qoymuşdun amma. Səni düz yola çəkməsəm, bəlkə də hələ onu aldadırdınız.

-Axmaq-axmaq danışma, Alek!- mən qəzəblənməyə başlayıram,- bizim aramızda heç nə yoxdur və ola da bilməz!- Alek maşını yolun kənarında saxlayıb üzünü mənə çevirir.

-Yaxşı, onda nədən danışdığınızı mənə de. Bu elə çətin bir sual deyil, düzdür? Əlbəttə, gizlətməyə bir şeyin yoxdursa,- mən dərindən nəfəs alıram.

-O, mətbəxə yeni girmişdi. Elə sınan qabın səsinə gəldi. Nə baş verdiyini soruşmuşdu ki siz gəldiniz,- Elizabet söyləyir.

-Yalan demirsən?- mənə şübhə dolu gözlərlə baxıb soruşur. Mən başımı bulayıram.

-Yox. Brayanın mənlə işi yoxdur artıq. Özün də eşitdin. Violettanı sevdiyini dedi.

-Mən o əclafa inanmıram. Onun necə ikiüzlü olduğundan xəbərdaram. Amma sən ehtiyatlı ol. Səni birdən narahat eləsə, mənə de. Yaxşı?- mən başımı yelləyirəm. Alek mühərriki təkrar işə salıb yola davam edir. Az sonra biz evə çatırıq.

Alek görünür ki, bu söhbətdən sonra olduqca rahatlamışdı. Gecə məni bərk qucaqlayaraq yuxuya getmişdi. Hərəkətiylə sanki necə itirmək istəmədiyini göstərməyə çalışırdı. Mən bu gün baş verənləri analiz edə biləcək gecə sahib olmadığımı başa düşüb, yuxuya gedirəm.

Gecə yarısı boğazımın qurulduğunu hiss edib oyanıram. Ehtiyatla Alekin qollarından çıxaraq mətbəxə keçmək üçün tərliyimi ayağıma keçirirəm. Dolabçanın üzərində yerləşən telefonumun ekranı işıqlanır.

*1 yeni oxunmamış mesaj.*

Mən gözlərimi ovuşduraraq ekranda işıqlanan bildirişi barmağımla sürüşdürərək mesajı açıram.

-Artıq qorxun məndən.

Mesajı oxuyanda ürəyim sanki yerin altına düşmüşdü. Cəld telefonu əlimdə sıxaraq ayaqyoluna keçib qapını kilidləyirək ona zəng edirəm. Bir neçə saniyə keçməmiş Brayan cavab verir.

-Nə oldu, şəkərim, oyatdım deyəsən,- səs-küylü yerdə qışqıraraq danışan Brayanın səsi gəlir.

-Brayan, sən nə elədiyini düşünürsən?- sakit səslə hirslə soruşuram.

-Nə? Səni eşitmirəm, balacam, bir az möhkəm danış,- əylənərək yüksək səslə davam edir. Çox gözəl. Brayan yenə sərxoşdur. Açığı, nəyə görə təəccüblənirəm ki? Brayanın sərxoş olmadığı tək yer ana bətni olub bəlkə də. Mən əlimi alnıma vururam.

-Danışmalıyıq, təcili!- hökmlə söyləyirəm.

-"Star" klubuna gəl, şəkərim. Mən səni çoxdan burada gözləyirəm. Gəl danışaq,-bunu deyib cavabımı gözləmədəm dəstəyi yerə qoyur. O, axmaqlıq etmədən qarşısını almalı idim. Kaş Brayana Aleklə aramızda olan sözləşmədən danışmazdım. Kaş Brayanı bu məsələyə heç qatmazdım. Onu indi saxlamasam, sabah çox gec ola bilərdi. Ayaqyolunun qapısını açaraq otağıma yüyürürəm. Alekin dərin yuxuda olduğuna əmin olduqdan sonra şkafı açaraq oradan qısa qara don götürüb əynimə keçirirəm. Ona uyğun qara platformlu ayaqqabı seçirəm. Qapının girişində asqıdan maşının açarını götürərək evi cəld tərk edirəm.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin