3. Party.

702 30 5
                                    

Axşam 6:30da artıq hazır idim. Karla bu gün evə gəlməyəcəyini xəbər vermişdi. Ona görə, axşam partidən sonra Violettanı evə çağırıb, onunla vaxtımı keçirmək istədiyimi dedim. Uzun zaman idi ki, birlikdə, ancaq ikimiz əylənməmişdik. Vi əlbəttə ki, bu təklifə razılaşmışdı. Ad günümə aldığım romun biri hələ də otağımda bir yerlərdə idi. O şüşəni bu gün boşaltmağı düşünürdük.

Mən qısa cins şort ilə, qırmızı top geyindim. Görünüşümü tamamlamaq üçün qırmızı pomada da dodaqlarıma çəkdim. Özümə güzgüdə razı şəkildə baxıb ayaqqabılarımı geyindim. Vi ilə Brayan məni artıq çöldə gözləyirdilər. Onları sevincək şəkildə salamladım. Yaxınlaşıb Vini qucaqlayanda Brayanın yaşıl gözlərinin üzərimdə olduğunu hiss edirdim. O, məni bir neçə dəfə aşağıdan-yuxarı süzdü. Bu baxışlardan nəsə heç xoşum gəlmirdi. O, mənə həmişə qəribə baxırdı. Amma axır vaxtlar tuta bilmədiyin bir şey də var idi. Bu nifrət, kin deyildi. Fərqli bir şey idi..

Fikrimi ondan Violettaya təkrar qaytardım.

-Əla görünürsən,- saçlarımı sığallayaraq Vi dedi.

-Sən də çox qəşəngsən. Gedək?- Brayan nəhayət baxışlarını üzərimdən çəkərək başını təsdiqləyici yellədi. Biz onun maşınına oturduq. Az sonra onun dostu Alekin evinə çatmışdıq. Ev çox qarışıqlıq idi. Elə bil bütün universitetin uşaqları burada idi. Ev çox da böyük olmasa da, bəlkə 200nəfərdən artıq adam olardı.

-Gəlin nəsə içək,- Vi təklif elədi. Biz masaya yaxınlaşıb hərəmiz bir pivə götürdük. Az sonra Vi ilə mən başqa spirtli içki də içdiyimiz üçün təsirini hiss eləməyə başlamışdıq. Həyat daha xoş, daha əyləncəli gəlirdi. Hələ silkələnən yeri demirəm. Düz gəzə bilmirdim. Bura yaxşı usta lazım idi. Yerlər çox əyridir. Hə.. problem yerdə idi.

Brayan içməyəcəyini əvvəldən bizə demişdi. Çox adam olan yerdə içmədiyini, həm də sükan arxasında olduğunu bəhanə gətirmişdi. Nə edək, Vi də belə sıxıcı oğlan seçmişdi. Biz Vi ilə artıq qalan uşaqlara qoşulub onlarla rəqs edirdik. Az sonra başım döndüyü üçün ən yaxın oturacağa özümü yıxdım. Onda başa düşdüm ki, Vi bu qədər vaxtdır ortada yox idi. Səs-küyün içində "Vii" deyə sərxoş halda nə qədər qışqırsam da, səsimi ancaq özüm eşidirdim elə bil. Onu tapmayıb gülərək yenə oturacağa oturdum. Mahnının tempi ilə başımı yelləyərək rəqs edənlərə baxırdım ki, bu anda gözümün qarşısında Alek peyda oldu.

-Əylənirsən deyəsən,- o, mənim sərxoş halıma gülümsəyərək dedi.

-Hə, maraqlı keçir. Qulaq as, Alek, pss, yaxına gəl,- işarə barmağımla onu özümə tərəf yaxınlaşmağı üçün işarə elədim. O, daha yaxına gəldi. Üzlərimiz arasında məsafə azaldı.

-Bəli, Liz,- o, hələ də gülürdü.

-Birincisi, gülmə. Burda gülməli heç nə yoxdu!- halsız şəkildə dedim. Özüm nə dediyimi tam başa düşmürdüm heç. Ümid edirdim ki, Alek başa düşə bilirdi məni.

-Gülməlisən axı. Səndən onsuz da xoşum gəlirdi, amma belə halınla daha çox bəyəndim,- gözlərimə baxaraq gülümsəyib dedi.

-Yaxşı, özün bilərsən. Gör sənə nə deyəcəm,- yarı yumulu gözlərlə dedim.

-Buyur?

Mən onun qulağına pıçıldadım.
-Ayaqyolu haradadır. Mən çox pis ora istəyirəm. Bir az da gözləsəm burada ehtiyacımı ödəyə bilərəm.

-Sən axırıncı dəfə belə nə vaxt içmisən? Sənə çox yaraşır belə olmaq,- qəh-qəhə çəkərək cavab verdi,- gedək aparım səni.

Mən Alekin çiynindən tutaraq durdum. O, yıxılmamağım üçün belimdən tuturdu. Ayaqyolunu görən kimi əlimi ondan çəkərək özümü içəri atdım. Başım artıq ağrımağa başlamışdı. Violettanı tapıb buranı dərhal tərk eləmək lazım idi.

Saat artıq 11:58 idi. Vi bu vaxta kimi nəylə məşğul ola bilər axı. Çoxdandır öz oğlanı ilə ortadan yox olmuşdular.

Ayaqyolundan çıxanda nəhayət ki Violettanı gördüm. O, Brayan ilə pilləkənlərdə öpüşürdülər. Öpüşmək deyəndə ki, Vi Brayanı az qala yeyəcəkdi. Mən bu mənzərəni niyə görməliyəm axı. Bir də bu qədər içməyəcəyəm. Ayaqlarım silkələnə-silkələnə onlarla yaxınlaşaraq, Violettaya əyildim.

-Vi, mən artıq getmək istəyirəm,- amma, o, məni eşitmirdi. Mən bir də onu çağırdım,- bəlkə gedək?- başımın ağrısından əlimlə başımı tutdum. Burada mahnı çox yüksək idi. Açıq havaya çıxmaq istəyirdim. İkinci dəfə səslənəndə, o, mən reaksiya verdi. Başını qaldıraraq mızıldandı.

-Liz, biz hələ təzə gəlmişik. Hara tələsirsən?- bunu deyib Brayanı "yeməyə" geri döndü. Brayan təbəssümlə Violettanı öpməyə davam elədi. Amma gözləri hələ də məndə idi.

-Ahh, yaxşı, tək gedərəm,- deyib onlardan uzaqlaşırdım ki arxamca Vi sərxoş halda yüyürdü.

-Yaxşı-yaxşı gedək,rəfiqəm. Sən əylənməyi bacarmırsan,- bunu deyib işarət barmağını burnuma yüngülcə vurdu. Amma sərxoşluğundan o barmağı az qala gözümə soxdu.

Brayan bizə baxıb sadəcə əylənirdi. O, daha sonra yaxınlaşıb Vinin belindən tutaraq onu maşına doğru getməyə kömək eləməyə çalışdı.

-Köməksiz gedə biləcəksən?- məndən soruşdu.

-Hə,- deyib iki addım getdim ki öz ayağıma dolaşıb yıxıldım.

-Belə görürəm ki, yox,- Brayan cəld Vini maşına mindirib mənə geri döndü. Məni asanlıqla qaldırıb çiynindən salladı.

-Ey, sən nə eləyirsən,- belini yumruqlayaraq dedim.

-Kömək eləyirəm, dəli,- o, məni maşına doğru apardı.

-Düşür məni, düşür, özüm gedəcəyəm,- hələ də üsyan edirdim.

-Necə getdiyini gördüm,- məni aşağı endirib, maşının qapısını açdı,- keç əyləş, yoxsa onu da mən eləyəcəm.

-Yaxşı-yaxşı,- əllərimi uzadaraq qoruyan şəkildə qarşımda tutdum. Vi artıq maşında mahnıya maksimum səs verib rəqs edirdi. Əyləşən kimi mən də ona qoşuldum.

-Bu gecə çox uzun olacaq,- gülərək Brayan dilləndi.

Az sonra Vi artıq köynəyini çıxarıb yarı çılpaq oynayırdı. Ona qoşulub mən də çıxardım. Amma ondan fərqli olaraq, mənim əynimdə büstqalter var idi. O, başını maşının pəncərəsindən çıxarıb, mahnının şəhərin küçələrinə oxuyurdu.

-Ey, gir içəri, yıxılacaqsan,- qəh-qəhə çəkərək Brayan dedi,- bir əliylə sükanı, bir əli ilə Vini içəri salmağa çalışırdı.

-Gecə hələ yeni başlayıb, şəkərim,- Vi küçəyə qışqırdı.

 Sevgilinlə yataqda. +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin