TANITIM

56 10 8
                                    

Gözlərində ölümün qaranlıq səssizliyini daşıyırdı. Hər kəsdə qorxu yaratmaq və yaratdığı qorxudan mahircəsinə istifadə etməyi sevirdi. Baxışlarıyla belə qarşısındakı insana diz çökdürəcək gücə malik idi. Həyatı boyu istədiyi hər şeyə nail olmuş və nail olmağa da davam edirdi. Heç vaxt istəyindən dönməyən,heç kəsdən çəkinməyən,qorxmayan biri idi. Bugünə qədər......
Yenə adəti üzrə öz otağında oturmuşdu ,əlində tutduğu viskidən bir qurtum içdi və gözlənilmədən böyük sürətlə stəkanı divara çırpdı. Qarşısında dayanmış adamı sözün əsl mənasında titrəyirdi. O isə əsəblərinə hakim ola bilmirdi. Birdən adamının yaxasına yapışaraq çənəsini sıxmış şəkildə dişlərinin arasından "Sizin kimi bacarıqsızını görməmişəm.Cəhənnəm ol! Onu tapmamış bura addımını atma. İyirmi dörd saat vaxtın var. Tapa bilməsən belindəki silahla özünü öldür" dedi. Adamının  qorxudan rəngi ağarmışdı buna görə də sözünü bitirməmiş otaqdan çıxdı.  Ülvin uzun müddətdir belə stresli olmamışdı. Bunu edən kimdisə onu çox yaxşı tanıdığını bilirdi. Çünki, başqa heçkəs Ülvin Qarayevi bu cür oyuna gətirə bilməzdi.Yenə də gəlib özü üçün xüsusi dizayn etdirdiyi kreslosunda əyləşdi. İlk baxışdan hər şey normal gələ bilərdi amma bu kreslonu xüsusi edən əzəmətli Meduza  heykəlinin qarşısında olması idi. Nəticədə Qarayevlərin son vəliahdına da belə kreslo yaraşardı elə deyilmi? Uşaqlıqdan bəri Meduzaya heyran idi Ülvin. Bu otağı dizayn etdirəndə də bir çox təhdidlərlə üzləşmişdi amma heç birini vecinə almamışdı. O,Ülvin Qarayev idi. İstədiyi hər şeyə sahib olurdu və buna heç kəs mane ola bilməzdi. O, halhazırki yeraltı dünyasının ən gənc,ən ağıllı və ən qorxusuz nümayəndəsi idi. Buna görədə onun deyimi ilə 'qoca çaqqalların' təhdidlərini görməzdən gəlirdi. Hər kəsin qorxduğu Ülvin bugün onu çox yaxşı tanıyan biri tərəfindən oyuna gətirilmişdi.Hər şey cəmi bir neçə saat öncə başlamışdı və bundan hələki nə Qarayevlərin nə də Ağayevlərin xəbəri var idi. Bugünki hadisə iki ailənində həyatını məhv etmişdi......

KOD ADI: MEDUZAHikayelerin yaşadığı yer. Şimdi keşfedin