..........
Əlində heçnə yox idi deməli istədiyini ala bilməyib. Görəsən nə axtarırdı?" deyəndə Ülvin də ona haqq verərcəsinə başını yellədi. Asya "Mən bilirəm nəyi axtarırdı. Amma tapmağına imkan yoxdu. Çünki axtardığının yerini bir mən, bir də Şamil bilirdi." dedi. "Necə yəni? Şamil sənə öz şəxsi işləri barədə danışırdı?" Ülvinin sualı ilə Asya üzünü ona çevirib "Yox. Şamil heç vaxt məni bu işlərə qarışdırmırdı. Sadəcə həmin günün sabahı mənə öz şəxsi ofisində gizli bölmədəki bir zərf haqqında danışmışdı. Mənə elə gəlirki axtardıqları odur." dedi. Fuadın isə artıq səbri daralırdı. "Zəhmət olmasa bizə o zərfi verə bilərsən? Hər keçən saniyə əleyhimizə işləyir" deyəndə Asya sakitcə başını yellədi. Evin arxa qapısına yönəlib, içəri keçdi. Böyük yemək masasının qarşısında dayanıb sağdan 3-cü stolu qabağa itələdi. Elə o an xüsusi mexanizm sayəsində yemək masasının arxasındakı şkaf qapı kimi açıldı. Asya əli ilə otağı göstərib "Buyurun" dedi. Hər üçü otağa keçdikdən sonra Asya hər ehtimala qarşı qapını bağladı. Daha sonra cəld addımlarla Şamilin iş masasının arxasına keçdi, masanın altındakı xüsusi bölmədən bir zərf çıxarıb Ülvinə uzatdı. Ülvin zərfi alıb, açdı. İçindən çıxan diski görən kimi "Şamilin kompyuteri işləyirsə buna mütləq elə buradaca baxaq." dedi. Asya elə buna bənd imiş kimi masanın üstündəki kompyuteri işə saldı. Diski Ülvindən alıb, kompyuterin xüsusi bölməsinə yerləşdirdi. Rüstəmli isə bu zaman ərzində otağın hər küncünü axtarırdı. Gəlib Şamilin paltarları olan şkafın qarşısında duranda ürəyinə nəsə dammış kimi oranı axtarmağa başladı. Hətta qoşulan videonun səsi belə onun diqqətini yayındırmamışdı. Ülvin və Asya isə diqqətlə Şamilin diskdəki videosuna baxırdılar. Şamil videoda "Canım Asyam, bu videonu izləyirsənsə deməli çoxdan ölmüşəm. Amma xahiş edirəm ağlama. Mən hər zaman səni izləyirəm. Səni çox sevirəm. Amma bilməli olduğun bir neçə şey var. Bunlardan biri əgər ölsəm ölümümdə kimisə günahlandıracaqlar lakin onlardan heç biri mənim qatilim deyil. Çox gözəl bilirsənki artıq yaşlı nəsil yerini cavanlara verir. Bəzi qoca çaqqallar isə bununla qətiyyən razı deyillər. Ona görədə bütün gənc vəliahdları bir-bir aradan götürəcək planlar qurublar. Düşünürəmki halhazırda olan üç vəliahddan ilk qurban mənəm..." Şamilin sözünü Fuadın əlində tutduğu kostyuma gözü sataşan Ülvin kəsdi. Videonu dayandıraraq Rüstəmlinin yanına gəlib,kostyumu qeyri-ixtiyari şəkildə ondan aldı.Əlindəki qanlı kostyuma baxaraq "Bu nədi belə?" dedi təəccüblə Asya sakitcə "Şamilin öldüyü gün geyindiyi kostyumdu." deyəndə Rüstəmli kostyumu Ülvindən alaraq incələdi. Daha sonra özündən razı halda güllənin yerini göstərərək "Bir səhv daha. Bu qədər xırdalıqları düşünə bilməzdi onsuzda." dedi. Asya Ülvinə baxıb "Nə xırdalığı? Nə səhvi?" deyə soruşdu. Ülvin isə səbirli şəkildə "Diqqətli bax, güllə sol tərəfdən yəni ürək nahiyəsindən istiqamətlənib. Nə mən, nə də Fuad ürəyə atəş açmırıq. Mən qurbanımı üç güllə ilə öıdürürəm birini sağ gözə, birini sol gözə,digərini isə alna nişan alıram. Fuad isə iki güllədən istifadə edir biri sağ ciyər,digəri isə sol." Ülvinin dedikləri Asyanı sözün əsl mənasında şoka salmışdı. Rüstəmli isə "Bu güllə kürəkdən dəyib, bizdə heç kəs arxadan vurmaz. Bəs bizim tanıdıqlarımızdan ürəyi nişan alan kimdi?" deyə soruşanda Ülvinin baxışları dəyişdi. Kostyumu yerinə asaraq "Buradaki işimiz qutardı. Bir neçə gün sonra yenidən gəlib ətraflı baxarıq. İndi əsas məsələ maskalını tapmaqdı." dedi. Asyanın onu görmədiyindən əmin olan kimi Fuada işarə verdi. Fuad onun nə demək istədiyini anlayan kimi sifət ifadəsi dəyişdi , sözün əsl mənasında həmin an baxışlarında təhlükə özünə yer eləmişdi. Öz maşınına əyləşdi. Onun tapşırığı bayaqki uçurumun kənarına gedərək Ülvini gözləmək idi. Ülvin isə Asyanı evə qoyub, Sevilayını gördükdən sonra Rüstəmlinin yanına gedəcəkdi. Yol boyu səssizlik hökm sürsədə arabir Asyanın ağlayarkən çıxartdığı qeyri-ixtiyari səslər sükutu pozurdu. Evə çatanda Asya Ülvinə "Bugünə görə çox sağol. Xətrinə dəymişəmsə üzürlü say. Ümid edirəmki məni anlayarsan." deyəndə Ülvin onun gözlərinə baxaraq sadəcə başını yellədi. Həmin an nəsə demək istədisə də düzgün kəlimələri tapıb bir cümlə düzəldə bilmədi. Asya "Mən Xanımın yanında olacam" deyərək maşından düşüb evə yönəldi. Onun ardıyca Ülvində maşından düşüb bir baş Sevilayın otağına getdi. İçəri girən kimi üzərindəki yorğunluq sanki yox oldu. Üzündəki gülüşlə beşikdəki mələyə baxıb, yanağından öpdü. Sonra onu oyandırmamaq üçün otaqdan çıxıb aşağı düşdü. Amma qonaq otağının qarşısından keçərkən eşitdiyi sözlə ayaq saxladı. Xanımla Asya qonaq otağında söhbət edirdilər və Xanımın ona verdiyi sual və Asyanın verəcəyi cavab Ülvinə çox maraqlı idi. Xanım Asyaya "Məncə Ülvin sənə qarşı nəsə hiss edir. Bilmirəm sanki içimdə elə bir hiss var." deyəndə Asya təəccüblə ona baxdı daha sonra üzündəki qəribə bir gülüşlə "Məncə sevgi birini dərindən tanıdığında formalaşır. Biz bir birimizi heç tanımırıq. Ən sadəsindən məsələn mən heç onu ən sevdiyi rəngi bilmirəm. Bilirsən ,Xanım iki balığın bir-birini akvariumda sevməsi mənə görə sevgi deyil. Əgər o iki balıq okeanda qarşılaşsaydılar bax bu onda əsl sevgi olardı. Biz sadəcə akvariumdakı iki balığıq." dedi....