BÖLÜMÜ MAHNINI DİNLƏYƏRƏK OXUYA BİLƏRSİNİZ....Qardaşını dəfn etdikləri gündən bir həftə keçmişdi ancaq o, hələ də həmin hadisənin təsiri altında idi.Qardaşının cəsədinin necə aparılması,kəfənli halda evin ortasında uzadılması,tabuta qoyulması, bunların heç birini bir saniyəliyinə belə unuda bilmirdi. Bir həftə ərzində həm atasının, həm də yeraltı dünyasının böyüklərinin demək olar ki, bütün adamları qatili axtarırdı. Ancaq heç kəs cinayəti törədənin kim olduğunu tapa bilmirdi. Bu cür ailənin minlərlə düşməni ola bilərdi lakin, Ağayevlərin düşməni yox idi. Ən azından onlar belə düşünürdülər. Çünki, onlar bu aləmin ən böyük iki ailəsindən biri idilər və hamı Ağayevlərdən çəkinirdi. Asya isə Şamil dəfn edildikdən sonra otağından çıxmamışdı. Nə edəcəyini bilmirdi və hələ də qardaşının öldüyünə inanmırdı. Yenə də həmişəki kimi pəncərənin qarşısında dayanıb evlərinin həyətinə baxırdı. Bu həyət Şamil və Asyanın uşaqlıq xatirələri ilə dolu idi. Sol gözündən axan bir damla yaşı silərkən, tanımadığı bir maşın böyük darvazadan içəri girdi. Maşın həyətdə dayanar dayanmaz sürücü cəld şəkildə maşından düşüb, arxa qapını açdı. Orta yaşlı saçı azacıq ağarmış biri düşüb sürətli addımlarla evə doğru irəlilədi, qapının qarşısındaki adamlar onun baş hərəkəti ilə yana çəkildilər və onun üçün qapını açdılar. Asya maşını tanımasa da , bu adamı tanıyırdı bu onun tək əmisi Fikrət Ağayev idi. Fikrət də digərləri kimi bir həftədir dayanmadan araşdırma aparır və qardaşı oğlunun qatilinin tapmağa and içmişdi. Asya pəncərədən əmisini görən kimi otaqdan çıxıb ağaşı düşdü, böyük salona baxanda heç kəsi görmədiyi üçün istiqamətini sağa çevirib pilləkanlardan aşağı endi. Atasının iş otağının qarşısında dayanıb araqlıq qapıdan əmisi ilə atasının söhbətinə qulaq asmağa başladı. Əmisi dəri kresloda əyləşib atasına "Düz eşitdin. Qatil Ülvindir,Şamili köhnə fabriklərin birində güllələdikdən sonra bizim əraziyə atıb. Sonrada o fabriki yandırıb" dedi. Atası isə Asya kimi donub qalmışdı. Bu olanlara inana bilmirdi. Təəccüb içində "Nə danışdığından xəbərin var ,Fikrət? İllərdi Qarayevlə sülh içərisindəyik. Özüdə Şamillə Ülvinin arası yaxşı idi axı" deyə hislərini dilə gətirdi. Fikrət qardaşı Mövludun üzünə baxaraq kreslodan qalxdı, bu zaman Asya eşitdiklərinin ona verdiyi yüklə öz otağına qalxdı. Fikrət bir əlini cibinə qoyaraq Mövludun qarşısında dayandı "Hələ də öyrənməmisən? Bizim dünyamızda dostluq yoxdur. Sadəcə mənfəət var. Ülvində Şamilin başa keçməyini istəmədiyi üçün onu öldürdü. Əvvəlcə dostu sonra isə Əzrayili oldu" dedi.Daha sonra aralıq qapıdan çıxıb, mindiyi maşına əyləşdi. Maşın qaranlıq küçədə gözdən itənə qədər Asya pəncərədə gözlədi. Əmisinin getdiyindən əmin olduqdan sonra aşağı düşüb, salonda əyləşən atasının qarşısına dikildi "Bu nə deməkdi,ata? Bizim Qarayevlərlə qan davası aparacaq heç kimimiz yoxdu. Şamilidə öldürdülər indi nə olacaq? Bu günahlarının bədəlini kim ödətəcək onlara?" deyəndə atası alov püskürən baxışlarını Asyaya yönləndirdi "Bu məsələ sənlik deyil,Asya. Yarım saatdan sonra iclas toplanacaq və qərar veriləcək. Biz isə o qərarı hörmətlə qarşılayıb yerinə yetirəcəyik. Başqa yolu yoxdu" dedi. Dərin səssizliyin içində boğulurdu Asya ancaq atasınada bir şey deyə bilmirdi. İkisidə iclasın qərarının nə olacağını bilirdi. Asya isə Qarayevlərin cinayətinin bədəlini özü ilə ödəmək istəmirdi. Çox yaxşı bilirdi ki, qarşılarında iki yol var, ya hər iki nəsil soyları tükənənə qədər bir-birilə mübarizə aparacaqdı, ya da Asya Qarayevlərdən biri ilə evlənib keçmiş sülhü bərpa edəcəkdi. Onların dünyası üçün sülh hər şeydən önəmli idi. Xaricdən çoxlu təyziq olduğu üçün onlar daxildə birlik olmaq məcburiyyətində idilər. Asya isə bunu qətiyyən istəmirdi. Amma iki tərəfində bir-birini öldürməsinə göz yuma bilməzdi. Çünki,növbəti hədəf atası ola bilərdi.
Qarayevlər cəbhəsində də vəziyyət olduqca gərgin idi. Ülvin hər nə qədər Şamili öldürmədiyini desə də, hadisələr heç də onların gözlədiyi və planladığı kimi getmirdi. Ülvin atası ilə onun ofisində oturub vəziyyəti aydınlaşdırmağa çalışırdılar. "Bax, ata, indiyə kimi heç kimə ,heç vaxt yalan deməmişəm. Əgər Şamili öldürsəydim bunu etiraf edərdim. Qorxaq deyiləm. Hamı kimi bunu sən də bilirsən. Bir xain kimi dost dediyim adamı arxadan vurmaram" dedi dişlərinin arasından. Əsəblərinə hakim olmağa çalışırdı ancaq bunu bir o qədər də bacara bilmirdi. Son xatırladığı isə hansısa köhnə fabrikdə bir stula özünün və qarşısındakı stula da Şamilin bağlandığı idi, daha sonra birinin gəlib Şamili güllə ilə vurduğunu eşitdi. Tək gördüyü isə qatilin boynundakı əqrəb döyməsi idi. Bunları atasına danışsa da nəticə dəyişməmişdi. Heç kəs Ülvinə inanmırdı, onun qatil olduğundan da heç kəs şübhə etmirdi. Atası isə sadəcə "İclasın qərarını gözlə. Nə desələr o. Başqa bir fəlakətin fəsadlarını yüklənə bilmərəm" dedi. Ülvin isə onun bu sözünü "Ölsəm də o qızla evlənmərəm. İntiqamdısa qana qan amma mən onunla evlənmərəm" deyə cavabladı. "İclasın qərarından sonra evlənməmək kimi bir haqqın yoxdur. Yoxsa o çox istədiyin başçılığı sənin yerinə başqası edəcək" dedi əli ilə Ülvinin özü üçün hazırlatdığı 'Meduza' heykəlini göstərərək. Ülvin nə edəcəyini bilmirdi. Heç vaxt bu cür xainliklə qarşılaşmamışdı. Bəlkə, Rüstəmli edib deyə düşünürdü ancaq bunun onun işinə yaramayacağını bilirdi. Fuad Ülvinin ən böyük düşməni idi. Düşmənlikləri haçan və niyə başlamışdı heç özüdə bilmirdi amma bildiyi tək şey Fuadın heç kəsi arxadan vurmayacağı idi. Sadəcə düşünürdü Şamilin ölümünün və Ülvinin rüsvay olması kimin xeyrinə ola bilərdi deyə düşünürdü ancaq ağlına heç nə gəlmirdi........
Bir neçə saat sonra iclas bitmişdi. Artıq Qarayevlərin bütün nümayəndələri Ağayevlərin malikanəsinə toplanmışdı.Məclis isə hər kəsin bildiyi üzərə Asya və Ülvinin evlənməsini istəmişdi. Onsuzda vəziyyətin gərgin olduğu zamanda bir də daxildəki problemlər onların düşmənlərinə əldə edilməz fürsətlər verə bilərdi. Buna görədə qərar məhz bu yöndə olmuşdu. Asya anası ilə otağında nə zaman gedəcəyini gözləyirdi. Anası ağlaya-ağlaya Asyanın paltarlarını yığırdı. Asya isə çarpayısında ayaqlarını özünə çəkərək əyləşib, ağlayırdı. Bir neçə saniyə sonra qapı açılanda ikisidə o istiqamətdə boylandı. Qapıdakı Ayşən idi, Ağayev ailəsinin köməkçisi. Dolu gözlərlə Asyaya baxıb "Sizi gözləyirlər" dedi və qapını bağlayıb getdi. İndi ana-bala bir birilərinə baxıb anidən qucaqlaşdılar. Hər ikisinin fəryad dolu hönkürtüsü bir-birinə qarışmış otağın divarlarında əks-səda verirdi. "Ağlama,gözəl qızım. Dik dur. Sən hələ də bir Ağayevsən. Adına yaraşar şəkildə hərəkət et. Ağladığını heç kəsə bəlli etmə. Özünü gücsüz göstərmə" deyə bildi anası. Asya isə sadəcə başını yelləməklə kifayətlənib, gözyaşlarını sildi. Otağındakı ayaqyoluna keçib əl üzünü yudu. Daha sonra anası ilə birlikdə aşağı düşdü. Ev adamla dolu idi. Asya isə gözləri ilə sadəcə atasını axtarırdı. Amma ilk öncə anası sonra da Ayşən ilə sağollaşdı. Daha sonra sakit lakin özündən əmin addımlarla böyük salona irəlilədi. Başını dik tutaraq atasının qarşısında dayandı "Məni böyütdün,oxutdun,əziyyətimi çəkdin. Haqqını ödəyə bilmərəm , ata. Bu gün də evindən yola salırsan. Haqqını halal et." dedi özündən əmin bir şəkildə. Atası isə qızının üzünə qürurla baxıb "Halal olsun,qızım. Bir gün belə başımı aşağı eləmədin. Haqqım halaldı bundan əmin ol" deyəndən sonra Asyanı qucaqladı. Daha sonra Fikrətlə vədalaşdı Asya, əmisindən ayrılan kimi qarışında heç tanımadığı biri dayanaraq əlini ona doğru uzatdı və "Salam. Mən Ülvin. Ülvin Qarayev" dedi. Asya isə özündən əmin bir şəkildə Ülvinin əlini tutub "Asya Ağayeva. Öldürdüyün adamın bacısı" daha sonra Ülvinin qulağına yaxınlaşaraq "Sənin də başlanğıcın. Sonunun başlanğıcı" dedi.
Hekayə haqqında fikirlərinizi bildirsəniz sevinərəm🙏❤