"Mən heç vaxt o qızla evlənmərəm!!! Məni buna məcbur edə bilmərsən, ata. Mən Şamili özümə qardaş kimi bilirdim. Onun bacısı ilə necə evlənim?. Həm də mən onu sevmirəm" deyə qışqırırdı Ülvin. O da qardaşı Nicat kimi sevərək ailə qurmaq istəyirdi. Nicat Xanımı tanıdığı ilk gün bu işlərdən əlini ətəyini çəkmiş və bütün yükü Ülvinin çiyinlərinə qoymuşdu. Nicatdan balaca olmağına baxmayaraq Ülvin işlərin öhtəsindən məharətlə gəlirdi. Tək istəyi isə bir gün qardaşı kimi sevdiyi qadınla ailə qurmaq idi, təbii ki, istədiyi başçılıq kreslosuna oturduqdan sonra. İndi isə tək istəyi o qızla evlənməmək idi. Yusif Qarayev zəhmli addımları ilə yerindən qalxıb düz Ülvinin qarşısında dayandı "Sən kimsən ki ,Ülvin? Bəlkə gəncliyinin verdiyi cəsarət sənin gözlərini pərdələyib, amma əmin ol bu tək və ən yaxşı seçim yoludu. Sən məclisin verdiyi qərarı dəyişdirə bilmərsən. Daha önəmlisi sən məclisdən güclü deyilsən. Qərarı qəbul etməsən ya Ağayevlər səni öldürəcək, ya da məclis." deyəndə Ülvin sanki bir addım geri çəkildi. Atasının haqlı olduğunu çox gözəl bilirdi. Əgər məclisin qərarına qarşı gəlsə idi onda öldürüləcəyini bilirdi. Ya məclis onu öldürəcəkdi ya da Ağayevlərdən biri. Ülvini qorxudan ölüm deyildi. Onun başqa qorxusu var idi. Əgər o ölsəydi bu işlər yenə də Nicata qalacaqdı, o isə qardaşının yenidən bu işlərə qarışmasını istəmirdi. Çünki, balaca qızları Sevilayın bu muhitdə böyüməsinə göz yuma bilməzdi. Atasının sözlərindən sonra əlindəki viski stəkanını bərk şəkildə stola qoyub sürətlə pilləkanlara yönəldi. Sevilayın otağının qapısını açıb Xanıma "Olar? " deyə soruşduqda Xanım nəvazişlə başını yellədi. İçəri keçib Xanımın yanında əyləşdi. Ülvin Xanımı tanıdıqca Nicatı daha yaxşı anlamışdı. Çünki, Xanımda olan həyat qıvılcımlarını özünün ölüm atəşi ilə məhv etməməli olduğunu bilirdi Nicat. "Bəlkə də evlənməkdən başqa yolun yoxdu amma onu bilki həmişə sənin arxandayıq,Ülvin." Xanımın sözləri Ülvinin eşitmək istədiyi tək şey idi. Bu qarışıqlıqda ona inanan birilərinin olduğunu bilmək Ülvin üçün dünyalara bədəl idi. Sakitcə və hər şeydən bixəbər beşiyində yatan Sevilaya baxdıqca sanki bütün problemlərini unudurdu. Saçını sığallayanda isə Allaha dəfələrlə şükür etdi ki, ən azından bu evdə ona yaşadığını hiss etdirən biri var. Qapı döyüləndə artıq hər ikisi getmək vaxtının çatdığını anlamışdı. Ülvin Sevilayın alnından öpüb, iti addımlarla otaqdan çıxdı. Aşağı enib birbaş öz maşınına əyləşdi və atasının qarşıdakı maşınını təqib elədi. Təxminən iyirmi dəqiqədən sonra böyük və əzəmətli villanın qarşısında maşınlarını saxladılar və maşınlardan enib, bir-bir evə daxil oldular. Qısa salamlaşmadan sonra hər kəs bir yerdə əyləşmişdi. Heç kəsdən səs çıxmırdı otaq da sanki ölümün soyuq səssizliyi hiss olunurdu. Elə bu vaxt otaqda ayaq səsləri eşidildi. Hər kəs baxışlarını qapıya yönəltdi. Ülvin qapının qarşısında dayanan qızın kim olduğunu bilmirdi amma təxmin edə bilirdi. Kişilərlə dolu otağa hansı cəsarətlə girə bilərdi deyə düşünürdü içdən-içə. Görəsən ona heçmi qayda-qanun öyrətməyiblər? Düşüncələrini bölən o, qızın səsi oldu."Məni böyütdün,oxutdun,əziyyətimi çəkdin. Haqqını ödəyə bilmərəm , ata. Bu gün də evindən yola salırsan. Haqqını halal et." dedi özündən əmin bir şəkildə. Atası isə qızının üzünə qürurla baxıb "Halal olsun,qızım. Bir gün belə başımı aşağı eləmədin. Haqqım halaldı bundan əmin ol" deyəndən sonra atasını qucaqladı. Daha sonra Fikrəti qucaqladı,bunu fürsət bilən Üıvin ayağa qalxıb qızın qarşısında dayandı "Salam. Mən Ülvin. Ülvin Qarayev" dedi. Həmin qız isə özündən əmin bir şəkildə Ülvinin əlini tutub "Asya Ağayeva. Öldürdüyün adamın bacısı" daha sonra Ülvinin qulağına yaxınlaşaraq "Sənin də başlanğıcın. Sonunun başlanğıcı" dedi. Asyanın cəsarəti Ülvini sözün əsl mənasında həyacanlandırmışdı. Həyatında heç vaxt nəinki hansısa bir qadın, hətta bir kişi belə onun qarşısında bu qədər özündən əmin dayanaraq, ona meydan oxumamışdı. Daha sonra Yusif Qarayev cibindəki üzükləri çıxardıb birini Asyanın, digərini isə Ülvinin barmağına taxdı. "Xeyirli olsun." deyərək Mövludun yanına keçdi əlini onun çiyninə qoyaraq "Narahat olma. Qızın bundan sonra bizə əmanətdi. O, daha bir Qarayevdi və bizim ailəmizin bir üzvüdür. Gözün arxada qalmasın" dedi. Mövlud özündən əmin şəkildə "Narahat olmağa bir səbəbim yoxdu. Asya bundan sonra Qarayev ola bilər amma onun damarlarında Ağayev qanı axır" deyə susdurdu Yusifi. Məsələnin daha da uzanmaması üçün Ülvin Asyanın əlindən tutaraq onu villanın həyətinə çıxardı. Hər kəs onların arxasıyca gəlib həyətdə dayandı. Ülvin isə belindəki silahı çıxarıb, Asyanın əlini buraxmadan havaya üç dəfə atəş etdi. İndi hər kəsin gözü Asyanın üzərində idi. Əgər Asya da havaya üç dəfə atəş etsə idi onda düşmənlik əbədi bitəcək və sülhlə əvəzlənəcəkdi. Ülvin əlindəki silahı Asyaya uzadanda,Asya gözlərini onun gözlərindən çəkmədən və əlini buraxmadan bir əli ilə belindəki silahı çıxardı və eç dəfə havaya atəş etdi. Elə bu vaxt Ülvinin dodaqlarında təhlükəli bir gülüş peyda oldu. Mənə də ancaq beləsi yaraşar deyə düşünürdü. Hamının üzündən rahatlıq ifadəsi oxunurdu. Artıq hər iki ailə gecələri rahat yata biləcək və xoşbəxt yaşaya biləcəkdilər. İki gəncin həyatının məhv olması bahasına özlərini düşünmüşdülər. Həmişəki kimi. Ülvin Asyanın əlini buraxmadan onu maşınına tərəf yönləndirdi. Asya da qapını açıb maşında əyləşdi. Bütün Qarayevlər maşınına əyləşib evə istiqamətləndilər. Sükanı idarə edərkən Ülvin arada Asyaya baxırdı və daha sonra özündən asılı olmadan "Hər qadın çiçəkdi elə deyil?" deyə soruşdu və Asya da "Elədi" deyə cavabladı. "Əslində sən də bir çiçəksən" deyəndə Asya da ciddi ifadə ilə Ülvinə baxdı "Hə sən də bir çiçəksən amma zəhərlisindən" dedi. Asya da bir qaşını qaldıraraq "Hər zəhərli çiçəyin bir qurbanı olur. Diqqətli ol birdən sən də mənim qurbanım olarsan" deyəndə bu dəfə Ülvin həqiqətən gülmüşdü.
▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎
Evə çatanda həyətə cəmi iki maşın daxil olmuşdu. Onlardan biri Ülvinin digəri isə Yusifin maşını idi. Hər üçü maşından endikdən sonra Yusif Asyagilə yaxınlaşaraq "Qızım, özünü evindəki kimi hiss elə. Sənə kömək edəcəklər. Bu gün burda qalacaqsınız. Sabah isə böyük ehtimal öz evinizə gedəcəksiniz. İndi isə mən getməliyəm. Sağolun" deyərək yenidən maşınına əyləşdi və surətlə gözdən itdi. Ülvin və Asya isə heçnə demədən maşının arxasıyca baxa-baxa qaldılar. Ülvin Asyanı qolundan incə bir şəkildə tutaraq evə yönləndirdi. Asya isə sözün əsl mənasında nə edəcəyini bilmirdi. İndi, bu saniyə öz evinə qayıtmaq üçün hər şeyini verərdi. Bu düşüncə ilə evin qapısından içəri girdi və qarşısında dayananlara baxdı "Salam.Mən Nicat Qarayev. Ülvinin qardaşıyam, bu da köməkçimiz Vüsalə xaladı." deyərək Nicat həm özünü, həm də köməkçilərini tanıtdı.Asya isə "Salam. Mən də Asya" dedi və qısaca özünü təqdim etmiş oldu. "Mənim Ülvinlə işim var. Sən istəyirsən otağına çıx, Asya, bir az dincəl. Yemək hazır olanda biz səni çağırarıq." Nicatın sözləri ilə Asya pilləkanlara yönəldi "Soldan ikinci otaq." deyərək Ülvin Asyaya otağının yerini dedi. Asya isə pilləkanlardan çıxıb soldakı otağa gedərkən yan otaqdan uşaq səsi eşidib, ayaq saxladı. Uşağın ağlamaq səsi demək olar ki, bütün dəhlizi əhatə eləmişdi. Buna görə də Asya səsin gəldiyi tərəfə gedib, başqa bir otağın qapısını açdı və içəri girdi. Beşikdə ağlayan uşağı görən kimi qucağına aldı və onu sakitləşdirməyə başladı. Çox keçmədən uşaq artıq sakitləşmiş və yatmışdı. Uşağı beşiyə qoyduqdan sonra qapının qarşısında onu gözləyənlərə baxdı."Bağışlayın. Uşaq ağlayırdı, heç kəs olmadığına görə mən sakitləşdirdim" dedi Asya. Qapıda gözləyənlərdən biri Asyaya yaxınlaşıb nəvazişlə "Salam. Mən Xanım, Nicatın həyat yoldaşıyam.Bu balacada bizim qızımızdır. Sevilay. Sənin üçün otaq hazırlayırdım ona görə ağladığını eşitməmişəm" deyərək Asyanın qoluna girdi və Nicatla Ülvinin yanından keçərək onu aşağı,yemək otağına tərəf apardı. Nicat isə Ülvinə baxaraq "Əsl sənə layiq qızdı hə?" deyəndə Ülvin sadəcə "Hə elədi. Amma o məni qardaşının qatili bilir" deyə bildi.