•Meduza kimdir?•

35 9 4
                                    

Yenə də səhər tezdən durub,hazırlaşaraq evdən çıxmışdı. Bugün cəmi bir dərsi vardı. Altıncı siniflərə "Qədim Yunanıstan Tarixi" mövzusunu keçəcəkdi. Həmişə olduğu kimi bugün də həyacanlı idi. Müəlliməlik kariyerasının ilk ili idi və o, şagirdlərinə hər mövzuda dərslə yanaşı həyatla bağlı xırda incəlikləri öyrətməyə çalışırdı. Yol boyu sadəcə bugünki dərsini fikirləşirdi və bu onu daha da həyacanlandırırdı. Maşından  enib,məktəbə keçəndə dərsin başlamasına beş dəqiqə qalmışdı. Adəti üzrə sinfə gəlib, uşaqlarla salamlaşdı. Keçən dərsdən bir neçə sual verdikdən sonra dərsi izah etməyə başladı. Dərsi bitirdikdən sonra "Aydın olmayan bir şey  varmı uşaqlar?" dedi nəvazişlə. İkinci sırada oturan Hikmət "Müəllimə, bayaq Yunanıstanda on iki tanrı olduğunu qeyd etmişdiniz. Bəs sizin favori tanrınız kimdir? Mən gücünə görə Zevsə pərəstiş edirəm" dedi. Asya Hikmətə baxaraq,üzündəki nəvaziş dolu gülüşünü  itirmədən "Mənim favori bir tanrım yoxdu. Daha doğrusu heyranlıq duyduğum obraz bir tanrı deyil. O, daha çox etmədiyi günahın bədəlini ödəyən bir qadındı. Meduza  Olimpus dağındakı ən gözəl qız idi. Hətta o qədər gözəl idiki, tanrılar belə ona aşiq olmuşdu. Amma günəş rəngli saçları və saf gözəlliyi ona baha başa gəlir. Belə ki, dəniz tanrısı Poseydon ona aşiq olur, bundan xəbər tutan ilahə Atena Meduzanı lənətləyir. Onun saçlarının hər telini canlı ilana çevirir,gözlərinə baxanı isə daşa döndərir və daha sonra Meduzanı bir mağaraya həbs edir. Meduza isə sadəcə intiqam alacağı günü gözləyir"söylədi. Danışdığı hekayə sinifdəki hər kəsə təsir etmişdi. Bunu fürsət bilən kimi Asya "Həyat bəzən sizi yoxdan yerə Meduza kimi cəzalandıra bilər. Lakin, siz başqalarını günahlandırıb,həyatın axınına qapılmaq yerinə mübarizə aparmağı öyrənməlisiniz" deyəndə zəng vuruldu. Uşaqlar yavaş-yavaş otağı tərk etdikcə Asya da masasını toplayırdı. Birdən telefonuna gələn mesajın səsi ilə diksindi. Mesajda:

"Təcili evə gəl. Diqqətli ol"

Yazılmışdı. Asyanın ürəyinə dərin bir sıxıntı çökdü. Əlləri əsməyə başladı. Hər nə qədər  qorxusuz olsa belə birdən-birə bu cür mesaja hazır deyildi. Onların ailəsi üçün bu adi olsa belə, Asya özünü buna öyrəşdirə bilməmişdi.Bundan artıq ailəsinin bu ağır yükünü çəkmək istəmirdi . Cəld hərəkətlərlə çantasını götürüb,otaqdan çıxdı. Atasına və anasına nə qədər zəng vursa da telefona cavab verən olmadı. Xüsusi sürücüsünün açmış olduğu qapıdan maşına əyləşdi. Kənardan heç nə olmamış kimi görünsə də içdən-içə qorxunun əsiri olmuşdu. Qardaşına zəng eləsə də Şamil telefona cavab vermirdi. İlk dəfə idiki, Şamil Asyanın telefonuna cavab vermirdi. Asya get-gedə daha da qorxmağa və titrəməyə başlamışdı. Sürücünün "Asya xanım,məsələnin nə yerdə olduğunu bilmirəm amma Mövlud müəllimdən sizi qorumaq üçün təlimat almışam. Bir də sizə bunu verməyimi istədi" deməsi ilə əlindəki silahı ona uzatması bir oldu. Asya nə edəcəyini bilmirdi amma artıq refleks halını aldığına görə silahı alıb,sazladı. Nə edəcəyini və hansı vəziyyətlə üz-üzə qaldığını bilmirdi. Yolu təhlükəsiz başa vurub, Ağayevlər malikanəsinin həyətində dayandılar. Asya cəld hərəkətlə maşından enib,evə girdi. Hər yanı anasının qışqırıq dolu ağlama səsi bürümüşdü. Elə o an sanki Asyanın ruhu bədənindən çıxdı, rəngi saraldı,bədəni buz kəsdi. Girişdən sola dönüb, evin böyük salonuna girəndə gördüyü mənzərə ilə yerə çökdü. Nəfəsinin daraldığını hiss edirdi, bədənini idarə edə bilmirdi. Gördüyü mənzərəyə inanmırdı amma eyni zamanda gücü çatdığı qədər qışqırıb ağlamaq istəyirdi. Tək sirdaşı olan Şamilin cansız bədəni evlərinin ortasında, ürəyindəki güllə yarası ilə uzanmışdı. Anası oğlunun başını dizlərinin üstünə qoymuş,saçlarını sığallayaraq ağlayırdı. Atası isə pəncərənin qarşısında dayanmış əllərini arxadan bir-birinə qovuşdurmuşdu. O  gün Asya öldüyünü düşündü, qardaşının cansız bədənini,anasının çarəsiz baxışlarını,atasının məhv olsada bunu bildirməyən hallarını görmək əslində onu mənən öldürmüşdü. Bunu kim eləmişdi bilmirdi. Amma o an özünə söz verdi. Hər nə olursa olsun, bunu edənin canını öz əlləri ilə alacaqdı. O artıq Ağayevlər nəslinin son vəliahdı idi. Ağayevlərin tək qız övladı,qayğısız,qorxusuz böyüyən Asya o gün böyümüşdü. İlk dəfə o gün ölümə ən yaxınını qurban etmişdi, o gün ilk dəfə qorxmağı öyrənmişdi. O gün ilk dəfə intiqam alovu Asyanı  özünə əsir etmişdi. Asya uşaqlıqdan bəri bir dediyi iki olmayan,azad ruhlu,sevgi dolu ancaq düşmənlərinə və rəqiblərinə qənim kəsilən biri idi. Sözündən dönməyən,heç nədən qorxmayan, özünə güvənən,cəsarətindən güc alan biri idi. Heç kəs ona tay ola bilməzdi. Gözəlliyi bir kənara, özünəməxsus duruşu və işıltılı baxışları hamını özünə heyran edirdi. İndi isə o, bütün bu xüsusiyyətlərini intiqam almaq üçün bir silaha çevirməyə and içmişdi. İndi o, ram edilə bilinməyən bir alov kimi onun qəlbini yandıranları kül eləmək üçün and içmişdi.Asya Ağayeva o gün həyatının dəyişdiyini bilmədən intiqam toxumunu ürəyində filizləndirmişdi......

KOD ADI: MEDUZAHikayelerin yaşadığı yer. Şimdi keşfedin