~Məcburiyyət~

18 5 6
                                    

Qarayevlərin yemək masası bu dəfə tamam fərqli ab-havada idi. Ülvinin anası öldükdən sonra təxminən yeddi ilə yaxındır ki, heç kəs yemək masasında danışmaz və gülməzdi.Amma əvvəllər Qarayevlər yemək masasında əyləşmək üçün dəqiqələri sayardılar. Özlərinin stresli və yorucu həyatlarından kiçicik bir qaçış idi əslində bu. Gülçin xanımın xoş söhbətləri və gülərüz siması masaya xüsusi rəng qatırdı. Lakin yeddi ildir ki, o rənglər tamamən uçub getmiş, geriyə sadəcə soyuq və bozumtul, köhnəlməyə üz tutmuş yemək masası qalmışdı. Bu gün isə digərlərindən fərqlənirdi. Yusif bəy yeməkdə iştirak etmədiyinə görə süfrənin başında  Nicat,onun qarşısında yəni, süfrənin digər başında Ülvin, Nicatın sağ tərəfində Xanım, Ülvinin sağında isə Asya əyləşmişdi. Bu gün Ülvinin sevdiyi yeməklər bişmişdi. Bu daha çox ev əhalisinin ondan 'üzr istəyirəm' demək şəkli idi. Nəticədə o, bu ailə üçün həyatını heç tanımadığı və sevmədiyi biri ilə birləşdirmişdi. Səssizliyin arasından Nicat "Asya, neçə yaşın var? Nələri sevirsən? Özün haqqında bizə danış. Nəticədə biz ailəyik." deyəndə Xanım da ardıyca "Haqlıdı, Asya. Mən sənin haqqında çox şey bilmək istəyirəm. Bizə biraz özündən danış." dedi. Asya əlindəki qaşıqla oynamağı kənara qoyub az da olsa fikrini dağıtmaq üçün onlara özü haqqında danışmağa qərar verdi. Üzünü onlara tutub,"Yaxşı. İyirmi dörd yaşım var. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Halhazırda tarix müəlliməsi işləyirəm. Mifologiyanı çox sevirəm." dedi mehribanlıqla. Bu sırada Nicat yanında əyləşən Xanıma göz qırparaq "Mifologiya? Bizim Ülvin də mifologiyanı sevir." deyəndə Ülvin alov püskürən baxışlarını Nicata yönləndirdi. Buna baxmayaraq Nicat sözünə davam elədi "Elə deyil , Ülvin?" dedi. Ülvin isə bu cür söhbətlərdən sıxılırdı amma Nicat böyük qardaşı olduğu üçün ona hörmətsizlik etmək istəmirdi buna görə də dişlərinin arasından "Hə , Nicat, sevirəm." söylədi. Xanım həyacanla Asyadan "Hansı mifologiyadan hamsı obrazı daha çox sevirsən? Mən skandinav Mifologiyasını sevirəm. Amma Lilit favorit obrazımdır." deyə soruşdu. Asya isə söhbətin belə maraqlı olacağını təxmin etməmişdi və Xanımın bu qədər məlumata sahib olması onun çox xoşuna gəlmişdi. Qarşısındakı insanın bir mövzudan bu qədər xəbərdar olması ona qəribə həyəcan vermişdi. Özündən asılı olmayan qəribə bir sevinc ifadəsi ilə "Mən yunan və türk mifologiyasının vurğunuyam. Mənim idealım  Meduzadır. Əslində bilmirəm niyə amma onu çox sevirəm." deyəndə masada dərin səssizlik oldu. Daha sonra Nicat və Xanım bir-birlərinə baxıb gülməyə başladılar. Asya isə anlamaz baxışlarla bu cütlüyü süzürdü. Nicat salfetlə ağzını sildikdən sonra " Siz həqiqətən bir-biriniz üçün yaradılmısınız. Ülvinin də ən çox sevdiyi obraz Meduzadır" deyəndə Asya qeyri-ixtiyari Ülvinə baxdı. Göz-gözə gəldikləri an ikisidə  indiyə kimi heç vaxt hiss etmədiyi duyğuların selinə qapıldılar. İkisidə həyacanlanmışdı. Ülvin bu qızı tanıdığından bəri yaşadığı bütün bu qəribə hislərin nəyə işarə elədiyini bilsə də, Asya bunların sadəcə nifrət və içindəki  intiqamdan qaynaqlandığını düşünürdü. Ülvin çox gözəl bilirdi ki,əgər Asyaya günahsız olduğunu sübut etməsə onunla bir gələcək qurmağı mümkün deyil. Amma bunu necə edəcəyini bilmirdi. Öz atası daxil heç kəs ona inanmırdı. Belə bir anda Asya kimi bir qadının ona inanaraq, dəstək olması üçün hər şeyini verərdi. Birdən telefonuna gələn zəngin səsi ilə masadakı hər kəsin baxışları ona döndü. Ekranda yazılan 'Rüstəmli' yazısını gördüyü an sürətlə masadan qalxdı. Asya onun təlaşına bir məna verə bilməsə də, arxasınca getməyi daha düzgün hesab etdi və o da masadan qalxıb Ülvinin yanına getdi."Səninlə  görüşməyi qəbul edirəm. Bir müddətlik atəşkəs etməliyik. Qatilin kim olduğunu tapmaq məcburiyyətindəyik yoxsa bu hadisə ikimiz üçün də yaxşı sonluqla bitməyəcək. Yarım saata həmişəki yerdə." Ülvin sözlərini bitirən kimi arxasını döndü, Asyayla göz-gözə gəlməyi heç gözləmirdi əslində daha çox Asyanın dedikləri gözləntiləri arasında yox idi."Mən də səninlə gəlirəm" onun bu sözləri Ülvini sözün əsl mənasında əsəbiləşdirmişdi."Sən,heç yerə gəlmirsən. Bunlar qadın işləri deyil. Evdə qal." Ülvinin dişlərinin arasından əsəblə dediyi sözlər Asyaya iynə ucu qədər təsir etməmişdi. Düz Ülvinin gözlərinin içinə baxaraq "Sən,mənə nə edəcəyimi deyə bilmərsən. Nəyin qadın və nəyin kişi işi olduğunu səndən yaxşı bilirəm. Bunu qardaşımı öldürməmişdən qabaq fikirləşməli idin." demişdi sakitcə. İndi isə tamamilə əksinə Asyanın sakitcə dediyi sözlər Ülvinin yenidən əsəbiləşməyinə kifayət etmişdi. Ona qatil damğası vurmaq bir kənara, onu saymaması Ülvinin səbr kasasını doldurmuşdu. Bir az daha yaxınlaşıb demək olar ki, Asyayla burun-buruna gəldilər Ülvin "Yoldaşın olaraq sənə mənimlə gəlməyə icazə vermirəm." deyəndə Asya gülməyə başladı "Yoldaş? Sən özünü mənə yoldaş hesan edirsən? Yoldaş Xanımla Nicatdı. Sən mənim sadəcə olaraq məcburiyyətimsən başqa da heçnə. Mənə nə eləyəcəyimi deyə bilmərsən. Ya səninlə gəlirəm, ya da mən ora gəlməyin başqa yolunu tapacam." Asyanın yerinə kim olsaydı bəlkə artıq çoxdan ölmüşdü. Amma Ülvin səbr etmək məcburiyyətində idi. İkisidə eyni anda qapıdan çıxıb maşına əyləşdilər. İyirmi dəqiqə çəkən yolda heç kəs bir kəlimə belə etməmişdi. Nəhayət bir uçurumun kənarına çatanda Ülvin maşını saxladı, hər ikisi maşından endikdən sonra onlara arxasını dönərək uçurumdan dənizə baxan adamın yanına irəlilədilər. Birdən adam arxasını dönüb,yarımçıq gülümsəmə ilə Ülvinə yaxınlaşıb əl salamı verdi. Asyaya demək olar ki, heç baxmadan baş salamı verib,üzünü Ülvinə tutdu. Rüstəmlinin Asyaya gözucu ilə belə baxaması onun çox xoşuna gəlmişdi. Hər nə olsada Asya artıq onun həyat yoldaşı sayılırdı və kimsə Ülvinə məxsus olana baxa bilməzdi. "Bax, Ülvin, Şamili öldürmədiyini bilirəm. Eyni zaman da sən də çox gözəl bilirsən ki, mən Şamili öldürmərəm. Amma bizim tərəf məni günahlandırır. İkimizdə bir olub qatili tapmalıyıq." Fuadın sözlərində həqiqət var idi. O, heç vaxt Şamili öldürməzdi, bir insan necə özünün ən yaxın dostuna qıya bilərdiki? Ülvin "Haqlısan. Şamillə necə yaxın olduğunu bilirdim. Eləcə də  mən də onunla yaxın idim. Amma əlimizdən heçnə gəlmir. Atəşkəs etsək belə nəyisə sübut etməyin bir anlamı yoxdu. Bizi bu tələyə salan hər kimdisə bizi çox yaxşı tanıyır." deyəndə Asyanı sanki ildırım vurdu. Bədəni əsməyə başladı, yıxılmamaq üçün Ülvindən dəstək alanda, o da Asyanın belindən tutdu. Güclə, gözləri dolu halda "Haqlısınız. Onu öldürən də,sizi tələyə salanda hər üçünüzü yaxşı tanıyan biridi." Ddediyi bu sözlər Ülvində sanki şok təsiri yaratmışdı. Daha bir neçə dəqiqə öncə ona nifrət püskürən gözlər indi elə bil ondan imdad diləyirdi. "Necə  yəni? Sən nə bilirsən ki, bu haqda?" dedi Ülvin təəccüblə. Asya bir neçə saniyəyə özünə gələndən sonra "Ölməmişdən bir-iki gün qabaq idi. Həmişəki kimi    Şamillə axşam gəzintisinə çıxmışdıq. Nəsə kefsiz idi. Düşündüm ki, bəlkə yenə ürəyi ağrayır. Amma tamamilə başqa bir şey imiş. Ondan nə olduğunu soruşan da mənə 'Ciddi oyun gedir,Asya, qalibin və məğlubun olmayacağı amma qurbanlarla dolu bir oyun. Nə bilmək olar bəlkə elə ilk qurban mənəm' demişdi amma mən ona inanmamışdım." Asyanın sözləri həm Fuada , həm də Ülvinə yeni labirintin qapılarını açmışdı. Fuad "Onda Şamil başına gələcəkləri bilirdi və hər şeydən xəbərdar idi." deyəndə Ülvin "Düzdü. Şamilin hər şeydən xəbəri var idi. Amma bizə başqa məlumatlar da lazımdı. Necə edək ki, heç kəsin xəbəri olmadan bu məsələni aydınlaşdıraq?" dedi. Asya Ülvinin qolundan tutub "Şamilin şəxsi evinə gedək. Məncə orda hər şeyi daha yaxşı aydınlaşdırarıq." dedi. Bu sözlərdən sonra hər üçü geç gözləmədən maşınlara yönəldilər. Qabaqda Ülvin və Asya arxada isə Rüstəmli onları öz maşını ilə təqib edirdi. Yarım saatdan sonra böyük bir villanın önündə dayandılar. Asya sürətlə maşından düşüb cibindəki açarla əvvəlcə darvazanın qapısını açdı,içəri girdikdən sonra "Bu açarları vaxtilə Şamil vermişdi mənə. Yaxşıki heç vaxt yanımdan ayırmıram" deyə açıqlama verdi. Elə bu vaxt Şamilin xüsusi cins iti evin arxasından hürə-hürə Fuadla Ülvinə tərəf qaçamağa başlayanda "Duman, yerinə." deyə əmr verdi Asya. Aldığı əmr ilə Duman gəldiyi kimi öz kiçik evciyinə tərəf qaçmağa başladı. Amma nə Ülvin nə də Fuad itin səsindən qorxub yerindən tərpənməmişdilər. Ülvinin bu hissizliyi Asyanın xoşuna gəlmişdi. Çünki, hər nə qədər öz iti olsa belə bəzən o da Dumandan qorxurdu. Daha sonra əlindəki açarla evin giriş qapısını açdı. Ülvin Asyanın halının necə dəyişdiyini aydınca görürdü amma onun üçün əlindən heçnə gəlmirdi. Birdən Asya hönkürtü ilə ağlamağa başlayanda onun yanıa gedib sakitcə qucaqladı,saçlarını sığallayaraq "Narahat olma. Sənə söz verirəm qatili tapacam" dedi. İndi Asya yüzdə yüz əminliklə qatilin Ülvin olmadığına inanırdı. Tək istəyi isə Şamilin intiqamını almaq idi. Rüstəmli də Asyanın kədərini anlasa da vəziyyəti bir qədər yumşaltmaq üçün "Bura sizin romantikanızı izləməyə gəlmişik yoxsa qatili tapmağa?" dediyi an evdən hansısa qabın qırılma səsi gəldi. Ülvin belindəki silahlardan birini sazlayıb Asyaya verdi. Özü isə Rüstəmliyə işarə edərək digər istiqaməti göstərdi. Evin hər küncünü axtardıqadan sonra arxa qapıdan həyətə çıxanda qara maskalı biri ilə qarşılaşdı amma həmin adam sürətlə güllələrdən yayınıb düz Dumanın evciyinin qarşısından keçib, hündür hasardan tullanaraq qaçdı. Ülvin hər nə qədər yaxşı nişançı olasa da ,hər nə qədər yaxşı qaçsa da qarşısındakının ondan yaxşı olduğunu qəbul etməli idi. Bir qədər sonra Fuad və Asya onun yanına gəldilər. İkisidə çaşbaş ifadə ilə ətrafa baxsalar da Ülvin gözlərini Dumana zilləmişdi. Qaşlarını  çataraq "Bu it bizi tanımadığı üçün hürdü elə deyil? Amma niyə o, maskalını görəndə hürmədi?" dedi. Fuad əlindəki silahı belinə yerləşdirərkən dişlərinim arasından "Çünki, onu tanıyır və bu həmin adamın bu ilk girişi deyil. Əlində heçnə yox idi deməli istədiyini ala bilməyib. Görəsən nə axtarırdı?" deyəndə Ülvin də ona gaqq verərcəsinə başını yellədi. Asya "Mən bilirəm nəyi axtarırdı. Amma tapmağına imkan yoxdu. Çünki axtardığının yerini bir mən, bir də Şamil bilirdi." dedi.....



Sizcə qatil kimdir? Fikirləriniz çox maraqlıdır.❤

KOD ADI: MEDUZAHikayelerin yaşadığı yer. Şimdi keşfedin