3.Məzarlıq

113 22 1
                                    

Oyananda soyuq, qaranlıq gecədə bir daşa söykənmiş vəziyyətdə idim. Heç nə görünmürdü. Qucağımdakı çantanın və səbəbini bilmədiyim şəkildə əlimdə sıxıb saxladığım telefonun dəqiqələr sonra fərqinə vardım. Qorxudan titrəyən əllərimlə telefonumu açdım.

Saat 03:15 "Qara geyimli şəxs"dən 1 mesaj. Daha çox qorxmağa başlamışdım. Ancaq yenədə bütün cəsarətimi toplayıb mesajı açdım.

-Ayağa qalx. Telefonun işığını aç və ətrafa bax.

Çox qorxurdum. Tərpənməyə gücüm yox idi sanki... Sonra 1 mesaj daha gəldi.

-Səni görürəm...

Harada olduğum, bura necə gəldiyim və onun kim olduğu bəlli olmasa da çox yaxınımda olduğu bəlli idi.

Bu dəfə isə əksinə oldu, qorxudan ayağa qalxdım. Fənəri açdım... Açdım və ətrafa baxdım... Həmin an həqiqətən də qanım dondu. Məzarlar... Ətrafda sadəcə məzar var idi. Və mənim söykəndiyim qardaşımın məzarı idi...

Dəqiqələrlə hərəkət etmədən sadəcə məzara baxdım. Üzərindəki yazını dəfələrlə oxudum. İnanmaq istəməsəm də, özümü zorla inandırdım o məzarın qardaşıma aid olduğuna. Yaxşı, bu qardaşımın məzarıdırsa bəs atam, anam?Onlar harada idi?

Əlimdəki fənərlə diqqətlə ətrafa baxmağa başladım. Qorxurdum, yolu bilmirdim. Yenə də bir çıxış yolu tapacaqdım, yəni ən azından elə düşünürdüm. Ancaq bu dəfə bayaq olduğum yeri, qardaşımın məzarını belə itirdim.

Yüzlərlə məzarın olduğu məzarlıqda bir qatil ilə təkcə qalmışdım. Mən gəzirdim, o qaçırdı. Önümdən keçir, qaranlığın içində yox olurdu. Ancaq bir neçə dəqiqə sonra yenidən yanımdan keçirdi. Bir müddət sonra gələn səslərdən burada bizdən başqa birinin də olduğunu anlamaq heç də çətin deyildi...

Mənim tanımadığım, onun isə ən yaxını birinin...

CinayətHikayelerin yaşadığı yer. Şimdi keşfedin