Üç həftə sonra, xəstəxana ilə vidalaşmağın zamanı gəlmişdi. Uzun zaman sonra evimə gedəcəyimin həyəcanı ilə nə edəcəyimi bilmirdim.
Hələdə düşünürdüm yeddi ayın "hərhalda travma'm olacağını...". Əslində bir tərəfdən də "yatarkən yaşadığım həyat"ın gerçəklərlə heç bir əlaqəsi olmadığına inandırmışdım özümü. Çünki kiməsə açıb desəm belə, mənə inanmırdılar, bir sübutum yox idi əlimdə...
Təxminən yarım saat yol getdikdən sonra evə çatdıq. İlk olaraq otağıma getmək istəyirdim, qara pərdələri bağlayıb, rəngli işıqlarımın altında yazdığım romanın davamını yazmaq istəyirdim. Yeni bir romana başlamaq belə keçirdi içimdən. Bəlkə də yeddi ay ərzində keçirdiyim hər dəqiqəni, yaşadığım bütün dəhşətləri yazmalı idim? Əslində pis fikir deyildi. Adını da "Cinayət" qoyardım...
Xəstəxanadan çıxmağım, təəssüf ki, ora ilə əlaqəmin kəsildiyi mənasına gəlmirdi. Tez tez müayinə üçün getməli idim. Psixoloq seansları da başlamışdı.
Əvvəlkindən yaxşı idim, ancaq yenədə özümdə təhsilimi davam etdirəbiləcək gücü tapmırdım.
20 yaşım olmasına bir neçə gün qalmışdı. Böyümüşdüm ancaq hələdə gələcək hədiyyələrin çəhrayı bağlamalarda olacağından əmin idim. Heç böyütmədilər gözlərində, heç qəbul etmədilər artıq uşaq olmadığımı. Ancaq yenədə sevirdim onları. Ailəm bu həyatda yeganə varlığım idi.
19 fevral, 2023-cü il
Oyananda hər il olduğundan daha fərqli bir mənzərə ilə qarşılaşdım. Otaq çəhrayının açıq tonlarından olan qutularla dolu idi.
Onlarla qutunun içində gözümə ilk çarpan qara rəngli qutu oldu. Sanki məni onu açmağa məcbur edən nə isə varmış kimi ilk olaraq o qutunu açdım
Dərin, böyük qutuda sadəcə bir şəkil və kiçik bir kağız parçası var idi.
Ancaq onlar nə "sadəcə bir şəkil" nə də "sadəcə bir kağız parçası" ola bilməzdi.
Şəkli əlimə aldım. Ancaq gördüklərim bütün yaşadığım çətinlikləri unutmağıma səbəb oldu.
İlk gözümə dəyən mənə çox tanış olan gözlər oldu. Bu o idi. Aylarla yatdığım müddətdə kimilərinə görə sadəcə yuxu olan həyatımın əsas qəhrəmanı olan "Qara geyimli şəxs"...
Qucağında bir uşaq var idi. Uşağın şəklinin mənim uşaqlıq şəkillərimdən qram fərqi yox idi. O mən idim...
Yaninda bir uşaq daha var idi. Qumral, uzun saçları və iti baxışları ilə Aylini xatırladırdı... Bu Aylin idi...
Yanlarında bir qadın daha var idi. Gözləri,saçları çox tanış gəldi mənə. Ancaq onu heç görməmişdim mən. Bir anda oturduğum masadan qalxdım. Güzgünün qarşısına keçdim. Çox bənzəyirdim ona...
Qutunun içində kağız parçasını əlimə aldım. Üzərində bir nömrə yazırdı. Bir neçə dəfə oxuduqdan sonra, bu nömrənin "yeddi aylıq həyat"ımın əsası olan "Qara geyimli şəxs"ə aid olduğunu anladım. Kağızın sağ alt küncündə böyük hərflərlə "Qızım,məni bağışla..." yazılmışdı...
Bu sadəcə bir təsadüf ola bilməzdi. İlk olaraq ailəmə xəbər vermək istədim. Lakin sonra xəstəxanada olanları danışarkən belə mənə inanmadıqlarını xatırladım.
Sanki içimdən bir səs bunu özümün etməli olduğumu deyirdi. Heçkimə demədən, səssiz, sakin şəkildə.Böyük ehtimal anam ya da atam bu qutudan xəbərsiz idi. Ona görədə şəkli və nömrəni kitabların arasına qoydum. Burda tapmaları qeyri mümkün idi.
Əyləncəli, bir o qədər də yorucu bir günün sonunda otağıma çıxdım. Hamının yatmasını gözlədim. Təxminən gecə saat 3-4 arası telefonu əlimə aldım. Kitabı açıb nömrəni götürdüm.
İlk olaraq tərəddüt etdim. Ancaq nə olursa olsun, ən azından, bəlkə də yaşadıqlarımın səbəbini, ağlımda olan sualların cavabını tapmaq üçün zəng etməli idim...
Nömrəni yığdım, telefon iki dəfə çaldıqdan sonra açıldı... Bu onun səsi idi... 1 aya yaxın vaxt keçmişdi, ancaq yenədə unutmamışdım o qalın, qorxunc səsi...
-Qızım, salam, - dedi.
Heçnə deyə bilmədim. Danışmaq istədim, kim olduğunu, həyatımı nə üçün alt üst etdiyini soruşmaq istədim. Sanki səsim əlimdən alınmışdı...
-Alo, ordasan? - dedi. Danışmağa davam edirdi. Ancaq mən cavab verə bilmirdim...
Özümdən asılı olmayaraq ağlamağa başladım. Başım fırlanır, gözlərim qaralırdı. Yaxşı olmadığımı anlayıb yatağımın bir kənarında oturdum.
Sonra telefondan yenidən o səs gəldi. Ancaq dediyi cümlələr mənim həyatımın tamamının yalan olduğunu göstərirdi.
-Sənin adın Səma deyil, Aydan idi sənin adın. Mən vermişdim o adı sənə...
![](https://img.wattpad.com/cover/325553975-288-k808498.jpg)