8.Sadəcə bir şəkil

72 14 2
                                    

Yazardan

19 fevral, 2008'ci il

-Ana, tortum hanı?? Hədiyə almadınız mənə???
-Səma,qızım, otağındakı qutunu açmadın??
-Qutu??

Həsənova Damla.

28 yaşında, müəllimə işləyirdi.

5 il əvvəl, Ayazın əlindəki körpəni gördükdən sonra həyata baxışı dəyişmişdi.

Sərt, soyuq ifadə yox olmuşdu üzündən. İllər öncəsinə geri qayıtmış, sanki anası ilə onu ayıran o qəzanın qarşısını almışdı.
Bilsə, son olacaq anasının həyatına heç açardımı o telefon zəngini?

31dekabr, 2000'ci il

-Alo, hə Ayaz, - deyə cavabladı Ayazın zəngini.
-Nə vaxt gəlirsiniz? Hər şey hazırdır saat 12'ə yaxınlaşır artıq.
-Gəlirik indi narahat olma, Bakıya çatd...

Maşınların toqquşması,qışqırıq səsləri... Buna rəğmən insanı dəli edəcək bir səssizlik...

-Damlaa?? Damla nə oldu??...

Polislər, ambulans səsləri və ağlayan insanlar... Çox hay-küylü amma bir o qədər də səssiz bir gecə ...

Yeni ilə, 2001ci ilə anası ilə girdi Damla, ancaq həzin səsi gəlmədi qulağına. Yenə qucaqladı anasını "qoxusunu duymaq" üçün... Nə xeyri? Həyatda yeganə varlığı idi anası... Amma indi heç bir zaman açmayacaq şəkildə bağladı gözlərini...

O gündən küsdü Damla həyata. Heç gülməzdi, heç sevinməzdi. Sanki buz bağladı hər zaman hər kəsə sevgi ilə yanaşan qəlbi...

Universitetdən, girdiyi yeni işindən çıxdı... Dörd bir tərəfini divar ilə əhatə etdi sanki. Heç kimlə danışmırdı... Nə isə etmək, kimi isə görmək ona qadağan idi sanki...

İlk öncə oğlu Dəniz girdi həyatına. Onda anladı illərdir səhv etdiyini. Həyata tutunması üçün bir səbəb oldu Dəniz.

Dənizin mavi gözlərində yenidən bir həyat tapdı sanki. Artıq "yaşamalıyam" deyirdi. Çünki eyni anasının ona baxdığı kimi baxmaq istəyirdi Dənizə.

19 fevral, 2003'cü il

Səmanı, düyməcik gözlərindəki işığı görəndə xatirladı, Səmanı ilk dəfə görmədiyini. Bir neçə gün öncə avtobusda yanında bir qadın oturmuşdu. Onun qucağında körpə var idi. Həmin körpə məhz Səma idi.

Çox düşündü "bəlkə də yanılıram" deyə. Ancaq həqiqət bu idi. Səmanın paltarları həmin gün geyindiyi paltarlar ilə eyni idi. Yox, bu təsadüf ola bilməzdi.

Həmin qadınla avtobusda yolboyu söhbət etmək fürsəti olmuşdu. Səmanın əslində adı Aydan olmuşdu. Özündən 3 yaş böyük, Aylin adında bacısı var imiş.

5il öncə, Səmanı tapdığı gün çox bağlandı ona. Qorxdu, onu itirməkdən. Amma məcbur idi, polisə gedib olanları danışmağa. Bəlkə də həmin qadın qızını axtarırdı?

Tam 2 il. Hər gününü ümid edərək keçirdi Damla. Nə doğma anası qızını axtardı, nə də atası. Sanki bilərək ora atılmışdı, sanki həmin gün həmin qadın Damlanın qızına baxa biləcəyini anlamış, onun evində sevgi ilə böyüyəcəyinə inanmışdı.

Səma Damlanı anası, Ayazı atası, Dənizi isə qardaşı bilərək böyüdü 2 yaşına kimi. Yetimxanaya hər girişlərində Səma hiss edərdi sanki gəldiklərini. Sevinərdi, heç nəyə sevinmədiyi qədər. Gözləri parıldayardı sevincindən. Hər dəfə yeganə arzusu olardı. Ailəsi ilə evə getmək...

3cü doğum günündə bu arzusu bir anda gerçəkləşdi. İlk dəfə ailəsi ilə, öz evində keçirdi doğum gününü. İlk dəfə həmin gecə yatdı öz isti evində, rəngli otağında...

Sonra 4 yaşı oldu Səmanın. Hər kəs tərəfindən unudulmuşdu sanki, Səmanın övladlıq olduğu. Ailədə hər kəslə mehriban idi. Heç kimlə dalaşmaz, əlindəkini heç kimdən əsirgəməzdi. Heyvanları, əsasən də pişikləri çox sevərdi. Çöldə gördüyü hər pişiyə yemək vermək istəyər, verə bilməyəndə heç özü də yemək yeməzdi...

5ci doğum günü idi onu ən çox sevindirən. Daha çox hədiyyə, çəhrayı şarlar? Yox onu ən çox sevindirən ailəsinin yanında olması idi...

19 fevral, 2008'ci il

-Aha, qızım çəhrayı bantlı qutu.
-Ana burda qara qutu da var axı...
-Necə yəni?!
Anası Səmanın sözündən çaşqın halda Səmanın otağına daxil oldu. Axı otağa qara qutu qoymamışdı...

Qoymadı Səma baxsın, ilk öncə özü açdı qutunu. Dərin, böyük qutudan sadəcə bir şəkil və kiçik bir kağız parçası idi.

Ancaq onlar nə "sadəcə bir şəkil" nə də "sadəcə bir kağız parçası" deyildi. Şəkil Səmanın doğma anasının, bacısının, atasının və özünün olduğu "ailə şəkli" idi...

Ən çox acını bu şəkil verdi Damlaya. Sanki bütün dünyası başına yıxıldı...

Sonra əlləri əsə-əsə kağızı əlinə aldı. Kağızda hal hazırda heç bir məna kəsb etməyən, amma Səmanın gələcəyini, xəyallarını alt-üst edəcək, altı söz, iyirmi hərfdən ibarət bir yazı var idi:

-Üç saniyən var. Bir... İki... Üç...

CinayətHikayelerin yaşadığı yer. Şimdi keşfedin