7.Masmavi səma

79 17 2
                                    

Yazardan

19 fevral, 2003'cü il

-Ata, məndə səninlə gəlim? - dedi Dəniz atasına,
-Yox oğlum, gələcəm indi, - deyə cavabladı atası kiçik oğlunun sualını.

Həsənov Ayaz.

30 yaşında, iş adamı idi.

1999cu ildə Amerikada oxuyan zaman atasının ani ölümü ilə yenidən Bakıya qayıtmışdı. Atasına aid şirkətin başına keçmiş, və həyatının tamamilə dəyişməsinə şahid olmuşdu.

Çox zəngin idi artıq. Ancaq atasına bənzəmədi. Ayaz atasından fərqli olaraq uşaqları, onları sevindirməyi, sevinən zaman üzlərində yer alan o məsum gülüşü görməyi çox sevirdi.

Ayaz ailəsi üçün çox çalışır, iş səyahətlərinə çıxır, bəzən aylarla geri dönmürdü. Ancaq oğlunu heç vaxt ata sevgisindən məhrum qoymazdı, atasından fərqli olaraq... Çünki o bilirdi atanın var olub yoxluğu ilə hiss etdirdiyi ağrını.

Anası tərəfindən tərk edilən, ata sevgisindən məhrum böyüyən uşaq idi Ayaz. Məhz buna görə ağlayan bir uşaq görəndə, uşaqlığının acı günlərini xatırlayar, tez onu sakitləşdirərdi. İstəməzdi həyatda olduğu müddətdə yaşadıqlarını başqa uşaqlara yaşadanlara göz yumsun. Çünki o uşaq olanda çox kömək istəyərdi, amma heç kim eşitməzdi onu...

Heç vaxt parka getməmişdi Ayaz. Dənizin o gözəl qoxusunu duymamış, otların üzərində bir dəfə də olsun uzanıb masmavi səmaya baxmamışdı...

Qaydaları var idi atasının, yaşamaq istəyən onlara əməl etməli idi... Ölməkdən qorxmurdu Ayaz, "Bir gün anam qayıtsa, məni tapmasa nə edər?" fikri çıxmazdı ağlından. Hər gün, hər ay, hər il ümid edərdi anasının gələcəyinə. Anası gəlməzdi, amma o heç vaxt ümid etməkdən əl çəkməzdi.

Sonra böyüdü Ayaz. Anası heç vaxt gəlmədi, atası heç vaxt sevmədi. Ancaq o bu olanlardan qüvvə aldı, heç vaxt əlini üzmədi həyatdan. Oxudu, çalışdı, ailə həyatı qurdu. Bir də oğlu oldu, adını Dəniz qoydu... İllərlə görməyə həsrət olduğu dənizin adını verdi oğluna...

İlk dəfə 30 yaşında, oğlunun 4 yaşı olanda qeyd etdi öz ad gününü... Atası ilə eyni gündə doğulmuşdu Dəniz... Ancaq taleyi Ayazın taleyinə bənzəməyəcəkdi, atası izin verməzdi buna. Oğlunu, ailəsini, işini, həyatını sevirdi Ayaz.

Maşınından oğluna aldığı hədiyyəni götürmək üçün həyətə düşən Ayaz həyətdən gələn səs ilə ayaq saxladı. Bir az çəpərin yanına gedəndə gördüyü mənzərə bütün uşaqlığını, çəkdiyi bütün əziyyətləri unutdurdu sanki... Yağan qarın altında qalan ayaqları donmuşdu, soyuqdan sanki nəfəs almaqda belə çətinlik çəkirdi. Qıpqırmızı olan yanaqları, burnu buz kimi idi. Axı bu necə bir vicdansızlıq idi!? Heç mi ürəyi sızlamadı bu balaca körpəni bura atan həmin o şəxsin...

Qucağına aldı o balaca körpəni. Oyanmadı, ağlamadı yaşayırdı ancaq gözlərini açmağa belə halı yox idi sanki. Evin qapısını açdı, ilk dəfə göz yaşları ilə çıxdı ailəsinin qarşısına...

Çox balaca idi... "Yeni doğulmuş körpəni çölə atacaq qədərmi itirmişik bizlər insanlığımızı??" deyə soruşurdu özündən...

Tez həkimə apardılar balaca körpəni. Yaşama ehtimalı çox az idi... Səhər-axşam demədən gözlədi Ayaz, qızının xəstəxanadan çıxmasını...

Artıq Ayazın qızı da var idi, adını Səma qoydu. İllərlə izləməyə həsrət olduğu masmavi səmanın adını verdi qızına...

CinayətHikayelerin yaşadığı yer. Şimdi keşfedin