Əslində maraqlı idi, gələn mesajın gəlmək tərzi və mesajın özü insanda maraq yaradırdı. Ancaq buna baş yormayacaqdım, onsuzda bu evdə çox da normal hadisələr baş vermirdi.
Sonra otağın qapısı açıldı, 'anam' gəlib telefonu əlinə aldı. Üzündə tələsgən bir o qədər də qorxaq ifadə var idi. Əvvəlcə mesajı oxudu, daha sonra isə mənə baxdı. Təxminən on-on beş saniyə gözlərini ayırmadan mənə baxdı, ancaq bu baxışlar normal deyildi və artıq məni narahat etməyə başlamışdı. Tez gözlərimi ondan ayırıb öz otağıma getmək üçün pilləkənlərə yönəldim.
Otağa girdim, stolumda əyləşdim. Uşaqlıqdan bəri, problemlərdən qaçış yolum sadəcə yazmaq olmuşdu. Nə isə məni narahat edəndə sadəcə yazırdım. Başıma gələn hadisələri bilən şəxs heç vaxt təkcə mən deyildim, amma bilənlər heç vaxt ailəmdən biri olmazdı. Kiməsə danışmazdan əvvəl vərəqlər dinləyərdi məni. Əslində heçkimə heç vaxt danışmaq istəməzdim,amma mənə ailəmdən yaxın olan dostlarım mənim bəzi davranışlarımın səbəbi ilə çox maraqlanırdı, ailəmin əksinə onlara heç vaxt yalan danışmazdım.
Başıma gələn bütün hadisələrin verdiyi ağrıları yazaraq unudub, onları öz gözümdə adiləşdirmişdim. Bir müddət sonra isə artıq o qədər irəliləmişdim ki, öz kitabımı yazmağa başlamışdım.
Günlərdir başıma gələn hərşeyi tam dəqiqliyi ilə yazdım. Bura gəlməkdə məqsədimi yazarkən daha çox 'nə üçün ailəmin məni axtarmadığını' düşünməli olduğumu anladım.
Hələ ağlımda olanların cavabını tapa bilməzkən getdikcə çoxalan suallar məni dəli edirdi. Bu vaxta kimi ailəm üçün yoxluğumun və varlığımın heç mi fərqi olmamışdı?
Düşünürdüm dayanmadan, yorulmadan sadəcə düşünürdüm. Bir yolu tapılmalı, ağlımdakı suallar bir-bir cavablandırılmalı idi, bu evə gəlməkdə məqsədim də elə bu deyildi? Nə lazım idisə edəcəkdim, qorxmamalıyım, qarşıma çıxan hər bir çətinliyə dözməli idim...
Hislərimə hər zaman güvənən biri idim və heç vaxt yanılmamışdım. Bu dəfə də hislərim mənə əslində ailəm və 'tanınmayan nömrə' dən gələn mesajın bir bağlılığı olduğunu düşündürürdü. Məntiqsiz gəlirdi, axı nə üçün ailəm elə bir addım atsın, amma onların məni axtarmaması da məndə şübhə doğururdu. İndiyə kimi yaşadığım bütün problemlərin qarşısında bu heçdə çətin və ya qorxulu bir iş kimi görünmürdü. İzləyəcəkdim, onu izləyib hara getdiyini, kiminlə görüşdüyünü öyrənəcəkdim. Doğru olan da bu deyilmi? Bura gəlməkdə məqsədim hər bir yalanın üstünü açıb, illərlə gizlədilən həqiqətləri ortaya çıxarmaq idi, bunu edəcəkdim.
Tək problem saat neçədə görüşəcəkləri idi, bu haqda mesajda heçnə yazılmamışdı. Evdən çıxırdı, əgər indi məndə onun ardınca çıxmasam, onu tapmağım heç də asan olmayacaqdı.
Onunla eyni qapıdan çıxmağım axmaqlıq olardı. Evin arxa qapısından çıxmalıydım, amma arxa qapıda iki nəfər dayanmışdı, qapını qoruyur, gəlib-gedəni yoxlayırdılar. Mənə də çıxmağa izin verməyəcəkləri bəlli idi.
Qapının yanındakı rəfdən güldanı əlimə aldım, heç özüm də anlamadan hər birinə bir zərbə vurmağımla yerə sərilmələri bir oldu. Qaça qaça evdən çıxdım, ya gedəcəyi yol elə də uzun deyildi, ya da diqqət çəkmək istəmirdi, piyada gedirdi. Əslində bu mənim işimi asanlaşdırdı, təxmini beş metr aramız var idi.
Yanılmışdım, getdiyi yol yaxın deyildi. Təxminən yarım saatdır, qaçırmış kimi cəld addımlarla yeriyirdik. Aradakı məsafə getdikcə açılırdı, çünki mən yorulmuşdum.
Dəfələrlə döngələr dönüb, heç vaxt görmədiyim, heç yanından keçmədiyim küçələrdən keçmişdik. Təxminən on ikinci döngəni dönərkən artıq onu gözdən itirəcəyimdən qorxdum və qaçmağa başladım.
Döngəni döndüm, ama tez geri qayıdıb kənarda gizləndim. Mesajda sözü gedən dayanacağa gəlmişdik. Qarşıdan kimsə gəlir, onun gözləri isə qarşıdan gələn şəxsi diqqətlə süzürdü.
Görüşdükdə salamlaşdılar və olduqları vəziyyətdən çox məmnun şəkildə dayanacağa bərkidilmiş stullarda oturdular.
Atdığı addımlar, sanki onun özü, mənə tanış gəlirdi. Başında papaq, gözlərində qara eynək var idi, başdan ayağa qara geyinmişdi.
Yox, mən onu tanıyırdım... Gözündəki eynəyi çıxaranda isə gözlərimə inana bilmədim, dilim tutuldu sanki. Tanıdığımı düşündüm, yanılmadım, ancaq bu qədər yaxınım biri olacağına inana bilmədim...
![](https://img.wattpad.com/cover/325553975-288-k808498.jpg)