4.Eyni yerdə,eyni zamanda

96 20 8
                                    

Bir neçə saat sonra

Gözlərimi açanda səhər olmuşdu. Yerimdən tərpənmədən, bir neçə dəqiqə nə baş verdiyini anlamağa çalışdım. Sonra xatırladım:

-Məzarlıq... Gecə məzarlıqda idim.

Dərhal ayağa qalxıb ətrafı gəzməyə başladım. Bəlkə bir yol, yardım istəyəcək birini tapardım. Ancaq nə fayda, heç kim yox idi. Əsası, bu dəfə heç olduğum yer məzarlıq da deyildi. Ətrafda ağaclardan başqa heç nə yox idi. Hərhalda bu dəfəki "imtahanım" meşədə olacaqdı.

Çantam, telefonum, heç nəyim yox idi. Saatlarla gəzmişdim. 2 gündür heç nə yemədiyim üçün halım getdikcə pisləşirdi.

Hava getdikcə qaralırdı. Artıq çıxış yolu axtarmaq yerinə, gecəni keçirə biləcəyim bir yer axtarırdım və ən azından onu tapmışdım.

5 saat sonra

Günəşin ilk şüaları gözümü açmağa səbəb olarkən qarşımda mən yaşlarda bir qız gördüm.

-"Artıq dəli oldum", - deyə bərkdən qışqırdım. Qız məni sakitləşdirməyə çalışdı, biraz çətin olsa da bacardı.

Onunla bir az söhbət etdikdən sonra, adının Aylin, yaşının 22 olduğunu öyrəndim. Təsadüfə bax ki, mənimlə eyni universitetdə oxuyurdu.

Mənə çox qəribə gəlmişdi. Məni anladıq, bəs bir insan niyə bu vaxt meşədə olsun axı?!

İçimə dolan narahatlıq hissi ilə qızdan:

-Nə üçün burdasan?, - deyə soruşdum.

Lakin aldığım cavab çox qəliz idi. Aylin sanki öz yaşadıqlarını deyil, mənim yaşadıqlarımı mənə danışırdı. Çox təəccüblənmişdim, hadisənin təsirindən çıxmağım dəqiqələrimi aldı.

Axı necə ola bilərdi? Necə eyni hadisələri eyni yerdə, eyni zamanda yaşamışdıq? Nə üçün ilk qardaşımızın məzarı olmuşdu bizə görünən? Bəs anamız, atamız? Onlar harada idi?

Artıq dözə bilmirdim. Bir yol gedirdim, amma sonu yox idi. Bir qapını açmaq istəyirdim, amma açarı yox idi...

Uçurumdan aşağı düşürdüm sanki, bir əl lazım idi məni tutmağa, amma oda yox idi... Axı həyat belə deyildi, necə dibsiz bir quyuya,sonu olmayan bir yola döndü?

CinayətHikayelerin yaşadığı yer. Şimdi keşfedin