2.Bir... İki... Üç...

154 22 3
                                    

Həmin gün evdə hər şey yolunda idi. Həmişə olan gərginlikdən əsər-əlamət yox idi...

Sanki onlar da bilirdi bu günün son günləri olduğunu, həmin gecənin həyatımızı alt-üst edəcəyini...

Gecənin ən qaranlıq, səmanın ən dumanlı olduğu, ayın heç görünmədiyi həmin gecə... Saat 2 olardı. Hamının yatdığı, evin ən sakit olduğu saatlarda yatağıma uzandım. Başımı yastığa qoymağımla yatmağım bir oldu.

Yatmazdım, bilsəm həmin gecə olacaqları, evdəki qan qoxusu ilə oyanacağımı...

Sən heç "qan gölü" görmüsən? Mən həmin gecə evdə gördüm onu...

Anam, atam, qardaşım... Heç biri yox idi... Bir neçə dəqiqə kimsə tərəfindən qırılaraq açılan, getdikdə isə heç nə olmamış kimi sadəcə örtülən qapıya baxdım.

Qorxa-qorxa telefonumu əlimə aldım. Polisə zəng etdim. Ancaq həmin an olanları o qədər sakit danışırdım ki, bir filmdə aktyor olaraq rol aparsam, hərhalda daha çox həyəcanlanardım. Özümdən asılı olmayaraq dizlərim çökdü. Hər yeri qan olan evin bir küncündə oturmuş, üsyan etməli olduğum halda sakit-sakit otaqlara baxırdım.

Qapının sərt şəkildə açılması ilə diksindim. Polislər belə gördükləri mənzərə qarşısında donub qalmış, öz soyuqqanlılıqlarını qoruya bilməmişdilər.

Sonra hərəsi bir otağa daxil olub araşdırmağa başladı. 2 saat sonra əllərində heç bir dəlil, bir ədəd barmaq izi belə olmadan evdən çıxdılar. Mənə də evdən çıxmağımı əmr edib evin qapısını tamamilə bağladılar.

Onlar məsələnin burada bağlanmayacağını, araşdırmaların davam edəcəyini desələr də, mən əlim-qolum bağlı şəkildə oturmaq istəmirdim.

Onlar mənim ailəm idi çünki...
Aradan 1 ay keçmişdi... Hər gün polislərlə danışır və hər dəfə "araşdırmalar davam edir" cavabını alırdım. Artıq hərəkətə keçməli olduğumu düşünməyə başlamışdım.

Bir gün dərsdən çıxanda əlimi çantama atdım, telefonu götürdüm. Ekranı açanda tanımadığım nömrədən "12 cavabsız zəng" olduğunu gördüm. Ancaq bu nömrə mənə bir nöqtədə tanış gəlirdi.

Anlamalıydım... Aylar öncə məni izləyən, mənə "Ailənin sonu olacaq!" deyə mesajlar göndərən həmin "qara geyimli şəxs"dən gəlmişdi bu zənglər.

Qorxusuzca nömrəyə zəng etdim. İki dəfə çaldıqdan sonra qalın, bir o qədər də qorxunc bir səs qarşıladı məni:

-Alo,-dedim
-Üç saniyən var. Bir... İki... Üç...

CinayətHikayelerin yaşadığı yer. Şimdi keşfedin