10. Buz meydançası yaxud ilk vurğunluq.

874 130 21
                                    

- Yenidən salam, bu gül dəstəsi sənin üçündür, - söyləyərək Fərhad rəngli çiçəklərdən ibarət gül dəstəsini Səmaya uzatdı.

-Çox sağol,-gəl, burada əyləş,- Səma gül dəstəsini götürüb yanına qoydu və Fərhada yanındakı boş yeri göstərdi.

- Hə, mən zəng vurmasaydım, elə tək-tənha oturub burda qoca nənələr kimi tum çırtlayacaqdın?

- Deyəsən, hə,- Səma gülümsəyərək dedi,- Amma əsas odur ki, sən zəng vurdun və gəldin. Dayan, sən mənə qoca nənə dedin?- Səma gülərək dirsəyi ilə yavaşca Fərhadın qoluna vurdu.

- Emm ola bilər, nə isə, sən onu boş ver də, bəs indi burda başımızı nə ilə qarışdıracayıq? Yoxsa məni də tum çırtlamağa çağırmısan?

- Yaxşı, qurtar. Halhazırda sənlə dondurma yeməyi düşünürəm,- Səma başı ilə dondurma satan kişini göstərdi.

- Yaxşı fikirdir, mən razı. Amma boğazın gəlsə, mən günahkar deyiləm.

- Lap anam kimi danışdın.

Fərhad gülüb oturacaqdan durdu:

- Sənin dondurman nə ilə olsun?

- Şokoladlı olsun.

- Yaxşı, - Fərhad həmin kişiyə yaxınlaşaraq iki dənə şokoladlı dondurma aldı,- Buyur, bu da dondurman.

- Təşəkkür edirəm.

Fərhad dondurmasını yeyərək:

- Sənə bir lətifə danışım?

- Danış,- Səma üzünə düşən saçını qulağına çəkərək deyir.

- Hə, deməli, bir azəri Rusiyanın küçələrində gəzir və qarşına 30'C şaxtada dondurma yeyən bir rus çıxır. Soruşur ki, ay qardaş, bəs qışın boran vaxtında dondurma olar? O da qayıdıb deyir ki, nə var ki burda, bəs sizə 40'C istidə qaynar çay içmək olar?

İkisi də qəhqəhə çəkib gülürlər. Səmanın incə gülüşü ilə Fərhadın qalın qəhqəhəsi sanki bir - birinə qarışaraq bir ahənglik verirlər. Dondurmalarını yeyib qurtarandan sonra durub gəzməyə başlayırlar. Səma başını arxaya çevirərək sürüşkəndəki uşaqları axtarır, amma artıq getdiklərini görür. Biraz da irəli gedəndən sonra qarşılarına buz meydançası çıxır.

- Aa buz meydançası, Fərhad, sən konki sürə bilirsən?

- Yox, heç cəhd etməmişəm. Gəl, ayrı yeri gəzək.

- Eybi yox, cəhd etməmisən, edərsən, getdik,- Səma Fərhadın əlindən tutub buz meydançası tərəfə dartır, amma heç bir tərpəniş olmur, -Fərhad, bax, xahiş edirəm, həm mən sənə öyrədərəm,- deyə Səma mavi gözlərini bərəldib uşaq kimi dodağını büzür.

- Mən daha bu baxışlara dayana bilmərəm, gedək.

Səma sevincli halda Fərhadın əlindən tutub buz meydançasına aparırdı. Kənardan baxanlar isə bu iki gənci konki sürmək istəyən balaca qız və narazı ata zənn edə bilərdilər.

- Fərhad, bu narazı üzünü yığışdır, sənə heç yaraşmır. Biraz gülümsə,- deyə Səma konkilərinin ipini bağlayır.

- Sən heç ömründə konki sürmüsən?

- Əlbəttə, hətta 3 ay dərs də götürmüşəm. Narahat olma, sənə də öyrədəcəm.

İlk öncə Səma buza çıxaraq yavaş- yavaş Fərhadı da buza gətirir.
- Aha, bax belə, ehtiyatla ayağını qoy. Yox, bax, belə,- Səma ilk hərəkətləri göstərir,- bir əlinlə məndən tut, digər əlinlə bax buradan,- Səma Fərhadın gözündəki həyacan və biraz qorxu hissini görür,- Narahat olma, sadəcə mənə inan, tutmuşam. Ayaqlarını mən edən kimi hərəkət edir.

Sənə İnanıramDonde viven las historias. Descúbrelo ahora