26. Qorxu zəngi və süküt.

635 82 6
                                    


Multimedia (şəkil) - Qıvırcıq Laləmiz
Multimedia (musiqi) Yann Tiersen - Comptine d'Un Autre Ete
Çox gözəl musiqidir, bölümü oxuyarkən dinləməyiniz xahiş olunur.

2 saata yaxın idi ki, Səma axmaq "polis"lərlə yol gedirdi və bu müddət ərzində onlar öz aralarında mənasız zarafatlar edir, bir - birilərinə rus dilində lətifə danışıb qəhqəhə ilə gülürdülər. Səma onların danışmalarından anladı ki, azərbaycanlı qaraşının adı Adil imiş.

Səma sükan arxasında olan Piterin hələ də qəza törətməməsinə şükür edir, bir tərəfdən də bu qəzanın elə bu andaca baş verməsindən qorxurdu, çünki həm onların getdiyi yol düz deyildi, həm də, görünür, cənab Piter maşın sürmək qabiliyyətinə heç də yaxşı yiyələnməmişdi. Maşın tez - tez kəskin döngələrlə gedir, bununla da maşının içərisindəki sərnişinlər də sağa - sola tərpənirdilər. Səma əli bağlı olduğundan yıxılmamaq və ən əsası yanında oturan qaraşına toxunmamaq üçün özünü güclə saxlayırdı. Gözü qara parça ilə bağlı olsa da, mərc gələ bilərdi ki, qaraşın onun yıxılmamaq cəhdlərinə istehza ilə gülürdü. Bu da, əlbəttə ki, Səmanı daha da qıcıqlandırırdı. Bilmirdi, bu yol əzabından qurtulmaq üçünmü Tanrıya yalvarsın yoxsa çatacaqları ünvanda onu nələr gözlədiyindən xilas etmək üçünmü..

Bir neçə dəqiqədən sonra yüksək səslə kilsə zəngi çalındı. Deməli, Səma aparılan ünvanın yaxınlığında kilsə də var idi. Xristian dininə əsasən kilsə zəngi dini bayramlar, müqəddəs gün hesab edilən bazar günləri və s. istisna olmaqla, gündə 3 dəfə çalınır: səhər, günorta, axşam. Bu da, yəqin ki, günorta zəngi idi. Xristian və ümumiyyətlə, buddizm kimi digər tipli dinlərin dediyinə görə zəng pis ruhları, vəhşi heyvanları uzaqlaşdırmaqla yanaşı, insanın qəlbində də sevgi və ruh yüksəkliyi yaradır. Səmada isə əksinə bu gurultulu səs sanki başına çalınmış kimi hiss edildi. Zəng səsi Səmada təhlükə hissi oyatdı. Səs yaxınlaşdıqca təhlükə də artırdı. Səs onun başına dəfələrlə ağır zərbələr vurur və ondan yaranan titrəmə bütün bədəninə yayılırdı. Bu titrəmə qorxu idi. Başına nə gələcəyini bilməmək qorxusu. Yeganə əziz insanı itirmək qorxusu. Xilas olmamaq qorxusu. Ölüm qorxusu.

Səmanın qorxudan iliylərinə qədər soyuğu hiss etdikdə maşın, nəhayət, dayandı. Qapının açılıb - bağlanma səsi eşidildi, daha sonra isə Səma tərəfdən qapı açıldı. Səmanın qolundan tutub maşından çıxartdılar. Səma üzündə günəş şüalarının toxunuşunu hiss etdi, lakin hava isti olmadığından və sərin külək əsdiyindən bu toxunuş Səmanın üzünü yandırmır sadəcə "sığallayır"dı. Onlar piyada getməyə başladılar və bir neçə saniyəyə dəmir qapı cırıltı ilə açıldı. Səmagil isti otağa və yaxud dəhlizə daxil oldular. Burda istiliklə yanaşı havasızlıq da vardı və bu, insanı nəfəs almağa qoymurdu, sıxırdı. Pilləkənlərlə qalxandan sonra bir yerdə dayandılar. Bir qapı da açıldı, bu, deyəsən, hansısa otaq qapısı idi. Səmaya heç nə demədən onu yumşaq yerə - yatağa otuzdurub otaqdan çıxdılar. Səma hələ heç nəyi anlamırdı. Əlini tərpədərək azad olmağa çalışmaq istəsə də, qeyri - mümkün idi. Artıq ip onun əllərini sıxırdı, buna dözmək çox çətin idi. Neyləyəcəyini bilmədiyindən və qorxusunu unutmaq üçün aramla saymağa başladı. Bir, iki, üç.... 218 - ci saniyədə qapı açıldı, dik dabanın səsi gəldi. Gələn qadın və ya qız idi. Səma bundan sonra nə baş verəcəyini gözləyirdi. Dik dabanlı ona yaxınlaşdı, ilk öncə gözlərini açdı.

Səmanın gözləri qaranlıqdan azad olandan sonra ilk gördüyü şey tünd yaşıl rəngli gözlər oldu. Gözlərini bir neçə dəfə qırpıb işığa öyrəşəndən sonra qarşısındakı qıza bir daha baxdı. Çox gənc görünən qızın gözəl gözləri var idi. Səmaya baxıb şirin təbəssüm ilə ona gülümsəyirdi. Qızı daha da gözəlləşdirən isə yarı açıq qəhvəyi rəngdə uzun qıvırcıq saçları idi. Əynində incə ayaqlarını göstərən dizdən bir az yuxarı qara ətək və uzun qollu şaftalı rəngli köynək vardı. Qız bir daha Səmaya gülümsəyib əyilərək onun əlini açmağa başladı:

Sənə İnanıramDonde viven las historias. Descúbrelo ahora