5. Keçmiş xatirələr.

1K 121 19
                                    

Təyyarədən çıxandan sonra Səma ilə Fərhadın yolu ayrıldı, o, sadəcə gülümsəmə və başı ilə sağollaşıb getdi.
Səma isə dərhal taksiyə minib valideynlərinin evinin ünvanını söylədi. Ağpəncəni isə heyvanlar üçün olan yük maşınında evinə gətirəcəkdilər. Taksiylə gedərkən uşaqlıqdan tanıdığı şəhəri və onun küçələrini seyr etməyə başladı. Onun burda olmadığı müddətdə çox da dəyişiklik olmamışdı, sadəcə bəzi yerlərdə yeni müəssisələr, tikililər açılmışdı. Artıq insanlar küçələrə səpələnmişdilər: biriləri işinə, biriləri məktəbə yaxud universitetə tələsirdi. İşi olmayanlar isə rahatlıqla parklarda gəzişir, təmiz, nə soyuq, nə də isti olan yaz havasını ciyərlərinə çəkirdilər.

İstədiyi ünvana çatdıqda lazimi məbləği verib maşından düşdü. Ailəsinin evləri ikimərtəbəli, lakin çox da sadə tikilmişdi. Səma nazik plaşında açarı tapıb darvazanı, daha sonra evin qapısını açdı. Evi 4 il bundan qabaq necə qoyub getmişdisə, eləcə də qalırdı. Lakin bir şey dəyişmişdi: artıq Səmanın valideynləri burada və həyatda yox idi. Neçə il keçməsinə baxmayaraq evin daimi qoxusu az da olsa, qalmışdı. Səma bu qoxuyla dərindən nəfəs alıb ikinci mərtəbəyə qalxdı. İlk olaraq öz otağına girdi. Çantalarını qoyub uşaqlıqdan yadigar qalan otağına həsrətlə baxdı. Otağın bir küncündə hələ də onun bəzi uşaqlıq oyuncaqları qalmışdı. Səma onlara baxıb kövrəldi, amma ağlamadı. Sonra valideynləri qalan yataq otağına girdi. Burda da belə bir dəyişiklik yox idi, şəkil çərçivəsi istisna olmaqla. Ailəsi təsvir olunan çərçivə yerə atımışdı. Səma cəld çərçivəni əlinə götürdü: Çərçivənin şüşəsi qırılmışdı, amma bu, çox da əsas deyildi, çünki Səmanı başqa bir şey təəccləndirdi, daha doğrusu, qorxutdu. Çərçivədə Səmanın ana və atasının üzündə qırmızı qələmlə çəkilmiş çarpaz xətt çəkilmişdi, Səmanın isə üzü dairələnmişdi. Səmanı yenidən qorxu və həyacan hissi bürüdü. Nəinki əlləri, hətta bütün bədəni tir - tir əsirdi. Başının döndüyünü hiss edəndə yaxınlıqdakı yatağa oturdu. İncə və uzun barmağı ilə valideynlərinin üzünə sürtərək sanki sığal çəkdi. Şəklin üzünə bir, daha sonra iki damla düşdü. Amma Səma özünü saxladı. Güclü olmalı idi, bütün bunların öhdəsindən gəlmək üçün çox güclü olmalı idi. O dəhşətli gecəni xatırladı:

Səma o zaman MDU - nun 3cü kurs tələbəsi idi. Dərsdən sonra vaxtlarını şən keçirmək üçün rəfiqəsigildə qalmağa getmişdi. Valideynləri isə axşam iş yeməyində idilər. Onlar ordan qayıdanda avtoqəzaya düşərək yerindəcə həlak olmuşdular. Səmaya bunu elə həmin gecə çatdırmışdılar. Səma bir müddət keçdikdən sonra özünə gələndə bu işi araşdırmağa başladı. Polislərin dediyinə görə avtoqəzaya səbəb atasının içkili olmasıymış. Amma Səma bilirdi ki, atası içki içən deyil. İş daha ciddi idi. Atasında həmçinin 3 güllə yarası var idi, bu daha anlaşılmaz idi. Səma bura mütəxəssisləri də cəlb etdi və polislərdən bütün hadisə əks olunan videonu tələb etdi. Səmaya ağır gəlsə də, o monitora diqqətlə baxırdı. Atası - Aydın Ağayevin maşınına nömrəsiz qara maşın sözün əsl mənasında "hücum çəkirdi". Atası bu "hücüm"dan yayınmağa çalışsa da, artıq çox gec idi. Onları vuran maşın isə hadisə yerindən qaçmışdı. Maşınında isə heç nə tapa bilməmişdilər. Amma hər şey bununla bitmirdi. Hadisə yerinə bütünlüklə qaraya bürünmüş naməlum adam gəldi və qəzadada sağ qalaraq maşından çıxmaq istəyən Aydın bəyə 3 dəfə atəş açdı. O da gözdən itdi. Çox qəribə idi ki, nə sürücünü, nə də naməlum adamı nə qədər axtarsalar da, bir ipucu yox idi. Onlar sanki toz olub yoxa çıxmışdılar. Əlbəttə, böyük şirkətə sahib olan atasının düşmənləri çox idi, lakin heç kim inana bilmirdi ki, onu bax beləcə öldürəcəklər.
Səma xatirələrdən ayılıb dayandı. Qara geyinmiş naməlum adam. Atasını öldürən o adamla onu güdən adam eyni olmasa da, yüz faiz onların məqsədi eyni idi: Paşayevləri öldürərək, onların şirkətinə sahib olmaq.

Müəllif sözü: Bu hissəni düz 3 dəfə yenidən yazmışam. Hamısı nəyə görə? Hissə yadda saxlanılmadığına görə)) Amma axır ki, bitirdim. Ümid edirəm ki, bəyəndiniz.

*MDU - M.V. Lomonosov adına Moskva Dövlət Universiteti

Sənə İnanıramHikayelerin yaşadığı yer. Şimdi keşfedin