Təşəkkürlər

660 83 70
                                    

Hər kəsə salamlar. Bu, bir bölüm deyil, bu, sadəcə təşəkkür mesajıdır. Mən Wattpad'də iki ildən çox idi ki, var idim və burda azərbaycanlıların mövcudluğundan xəbərim yox idi. Olsa da, 2-3 şəxsi görmüşdüm. Yayda buraxılış imtahanını verən kimi Wattpadi yenidən yükləyəndə mesudejabbar - ı axtarışa verdim, çünki wd da olduğunu söyləmişdi. Bununla da, Watty_aze və müəyyən sayda azərbaycanlı oxuyucu və yazarlarla tanış oldum. Özüm də hekayə yazmağa qərara aldım.

Əvvəl başımda düşündüyüm süjet ilə hekayəm "saf bir qız və onu aldadıb sonda öldürməyə çalışan bir təhlükəli oğlan barədə" olacaqdı. Lakin düşündüyümü kağıza köçürəndə ağlıma cürbəcür ideyalar və Lalə, İsgəndər, Voskres kimi yeni obrazlar gəlirdi. Hər yazanda da bu, dəyişirdi. Buna görə də "Sənə inanıram" hekayəsi ümumi baxışdan məni qane etmədi, çünki əvvəli və sonu ilə uyğunlaşmayan xırda səhvlər və artıq, lazımsız yazılmış süjet hissələri var. Bu da mənim diqqətsizliyimdən irəli gəldi.

Lakin 8.51 min baxış sayı, 1.48 min səs, 410 rəylə iyunun 8i yazmağa başladığım hekayə noyabrın 28-i, nəhayət, sona yetdi və mükəmməl olmasa da, bir az sevildi deyə bilərəm. Bir az deyirəm, çünki əmin deyiləm. Oxuyucularımın 80℅ bunu mənə fikirləri ilə qətiyyən bildirməyiblər. Bir bölümdə təxminən 100(son bölümlər-200(orta hissələrdəki bölümlər) baxış sayı olmasına baxmayaraq, epiloqa 22 nəfər səs verib və 10 oxuyucum rəy bildirib, halbuki mən epiloqda heç səs, heç rəy bildirməyən oxuyucuların da fikirlərini gözləyirdim. Bunun iki açıqlaması ola bilər: ya bəyənmədilər, sevmədilər ya da fikir bildirməyəcək qədər tənbəldirlər.)) Amma bir şey var, bu, ilk bölümlərdən belə idi. Yəni siz bəyənməyə - bəyənməyə epiloqa kimi oxumusunuz?! :D Ah, bu, təkcə mənim deyil, bütün yazarlarımızın dramıdır. Artıq dərəcədə xahiş edirəm, hekayə haqda mənfi və ya müsbət fikir bildirməkdən çəkinməyin, bu qədər tənbəl olmayın :/ Sizə adi gələ bilər, amma sizin ayrılıqda hər rəyiniz bizim üçün bir xoşbəxtlikdir. Bölümü yaxud epiloqu bəyənmədiniz, çəkinməyin, deyin bəyənmədim, səbəbi filandır, filan səhvin var, gələn dəfə düzəldin, uğurlar. Vəssalam. Bu qədər çətindir? Siz irad bildirdikdə, biz səhvimizi düzəldərik, bəyəndiyinizi desəniz daha da həvəslənərik. Nə isə))

Yenə də sona kimi oxuyub səs verənlərə dərin təşəkkürümü bildirirəm. Əsas da daimi, aktiv, əziz oxuyucularım olan @kama76 @JumpingSpiderWoman @a_broken_heart_ @adlijoz @AysXlq @Elmira_Agazade @Salam1989 @Naughty_169_ @arzum_art @_cema_ @konkaa @ismayilova999 və digər adlarını unutduğum oxuyucularıma ayrılıqda "çox sağolun" deyirəm, çünki onlar hər bölümdə rəylərini məndən əsirgəmədilər^^

Ən əsası yazmağa başlayandan hər zaman yanımda olan, ilk yazan kimi bölümü ona oxutdurub səhvlərimi və fikirlərini deyən, mən həvəsdən düşəndə məni həvəsləndirən, kömək edən dostuma çoxlu təşəkkürümü bildirirəm. İndi burda olmasa da, əminəm ki, gələndə oxuyacaq. Ona görə deyirəm, yaxşı kı varsan. Və onun hekayəmə bir hədiyyəsi də var. Demişdi ki, finalda paylaşarsan. Sözümün üstündə dururam:

Çoxdandır "sevirəm" demirəm sənə,
İstərəm acığın tutmasın mənə.
Qəlbimin ən hündür zirvəsisən sən,
Məhəbbət bağımın meyvəsisən sən.
Sevgim coşqun çaydır, daima axar,
Eşq dolu gözlərim tək sənə baxar.
Gözüm səndən qeyri - kiməsə baxmaz
Mən Kürəm, tək sənə həsrətəm, Araz.
Həyatı buludlu tutqun Səmasan,
İstərəm sevinci məndə tapasan.
Hisslərim heç zaman aldatmır məni,
Səntək sevməmişdir Fərhad kimsəni.
Köksümdə ürəyim söyləyir Səma,
Cəsarət tapmıram söyləyim amma.
Bəzən olur çoxlu - çoxlu qınayıram
Sən də inan, mən də sənə inanıram.
Müəllif: @Imran_Heydarov

Yeni hekayəmdə görüşənədək♥

Sənə İnanıramDonde viven las historias. Descúbrelo ahora