8. Gizli kabinet.

837 137 10
                                    

Bu gün şənbə günü idi və Səma, nəhayət, doyunca yuxusunu aldı. Dünən Fərhadla keçirdiyi gün çox gözəl keçmişdi və Səma evə girən kimi öz otağına qalxıb dərin yuxuya getmişdi. Bu gün işi çox idi. Ən əsası valideynlərinin evində yır-yığış etməli idi. Öz otağını sahmana salsa da, digər otaqların görüntüsü heç də xoş deyildi. Səma dərhal ev paltarı geyinib yemək yemədən işə başladı.

Valideynlərinin yataq otağını təmizləyə başlayanda valideynlərinin həm qədimi, həm də yataq mebelinə yaraşmayan iri paltar şkafına nəzər saldı. Şkafın qıraqları hansısa metaldan düzəldilən gözəl naxışla bəzənsə də, artıq paslanmış və görkəmini itirmişdi. Anası deyirdi ki, bu Səmanın nənəsinin anasının gəlinliyi olub və nəsillərcə bir-birinə ötürülür. Səma özündən asılı olmayaraq şkafın naxışlarına əl gəzdirdi. Birdən barmağı nəyəsə basıldı və xırıltılı səs gəldi. Səma tez qırağa çəkilib təəccüblü halda burada nə baş verdiyini anlamağa çalışdı. Sonra səsin şkafın içindən gəldiyini anladı. Şaşqın halda şkafın qapısını açıb paltarları araladı və şkafın arxasının getdikcə qırağa çəkildiyini, hansısa boşluğun açıldığını gördü. Biraz tərəddüd etsə də, həmin boşluqdan keçərək işıqlı otağa girdi. Görünür, bu otaq Səmanın bilmədiyi " atasının kabineti" idi. Kabinet böyük idi. Kabinetdə böyük iş masası, kreslo, sənəd və kitablar yerləşən çoxlu rəflər və otağa girən kimi gözə çarpan güzgülü ağ şkaf var idi. Səma qeyri-ixtiyari bu şkafa yaxınlaşdı və açdı. Açması ilə də qışqırmasın deyə əliylə ağzını qapaması bir oldu. Şkafda cürbəcür silah növləri: müxtəlif ölçülərdə avtomat, tapanca, bıçaq və digər adını bilmədiyi silahlar vardı.

"Bu nədir? Ola bilməz ki, bunların hamısı atamın olsun?! Axı atama bunlar niyə gərək olsun? Bəlkə heç atamın kabineti deyil, onun bundan heç xəbəri olmayıb?" - deyə iş masasına tərəf yüyürdü. Masanın üstündə səliqə ilə yığılmış sənədlər və noutbuk vardı. Səma tez sənədləri açıb bunların kimə mənsub olduğunu axtardı. "A.şirkəti ; sazişlər; Paşayevlər; Aydın Paşayev..."

- A..axı bunlar necə mümkün ola bilər? atam..atam şirkətdən başqa nə işlə məşğul ola bilərdi ki?- deyə Səma dili topuq vura-vura öz-özünə danışmağa başladı. Sonra Səma heç özü də nə axtarmalı olduğunu bilməyərək, təkcə iş masasına deyil, həm də orada yerləşən çoxlu rəflərə, şkaflara baxdı. Amma şirkətə aid sənədlərdən savayı başqa heç nə yox idi. O, yenidən silahlar yerləşən şkafa yaxınlaşıb silahlara göz gəzdirdi. Ordan bir tapanca götürüb darağını açdı, içini də güllələrlə doldurdu. Yaxşı ki, hərbi dərslərdə bunlardan necə istifadə etməyi az-çox öyrənmişdi. Bir də balaca cib bıçağını əlinə aldı. Onları müdafiə məqsədilə özündə saxlamağa qərar verdi. Əgər Allah eləməsin lazım olsa, bunlardan istifadə etməyə məcbur idi. Dərindən nəfəs alıb bu gizlin yerdən çıxdı. Atasının başqa nə işlə məşğul olduğunu araşdırmalı idi. Bəlkə Həsən bəyə zəng vursun? Hər necə olsa, Həsən bəy atasının ən yaxın dostlarından biri idi. Elə bu dəqiqə zəng vurmalıdır. Səma əzbər bildiyi nömrəni yığıb zəng vurdu:

- Alo.. Eşidirəm sizi.

- Həsən bəy, mənəm Səma. Narahat etmədim sizi?

- Oo Səma, nə yaxşı zəng vurdun mənə. Yox nə narahatçılığı, qızım. Əksinə sevindim. Orda işlərin necə gedir? Salamatçılıqdır?

- İşlərim əladır. Narahat olmayın. Mən əslində başqa şey üçün sizə zəng vurdum. Siz atamın ən yaxın dostu olmusunuz da, bilmirsiniz atam şirkətdən başqa nə işlə məşğul olub?

- Necə, nə iş? Anlamadım.

- Yəni əlavə iş də. Şirkətdən sonra gördüyü işlər məsələn.

- Hə bildim nəyi deyirsən.

-Hə, hə, söyləyin.

-Bax, rəhmətlik çox gümrah olub, hərəkət etməyi çox sevib. Ona görə də ya evin həyətindəki ağaclara qulluq edir, ya da balıq tutmağa gedirdi.

- Onları mən də bilirəm, Həsən bəy, -deyə Səma yorğun səslə dedi, - başqa nəsə yoxdur?

- Yox, qızım yoxdur. Elə sən bildikərinin çoxunu mən bilirəm. Vəssalam, başqa heç nə yoxdur.

- Oldu, çox minnətdaram. Sağolun.

Axı haradan atası haqda əlavə məlumatlar öyrənə bilər ki? Bəlkə arxivə getsin, arxivdə ki qəzetlərə baxsın. Hə, sabah mütləq oraya gedəcəkdi.

Sənə İnanıramTempat cerita menjadi hidup. Temukan sekarang