27. Moskva sahibinin şərti.

573 85 25
                                    


Multimedia (şəkil) - Voskres
Musiqi - Agnes Obel - Riverside
5 gündən sonra, nəhayət ki, sizlərlə görüşdük. Ümid varam, hekəyənin gedişatını bəyənəcəksiniz. Xoş oxumalar sizlərə ^^

Qeyd: 26 və 27 - ci bölümdəki hadisələr, əslində,  25 - ci (Saf insanların yalanları) bölümündən əvvəl baş verib.

Sizdə də olubmu ki neçə illər arzuladığınız, həsrəti ilə yaşadığınız məqsədinizə çatasınız, lakin birdən - məqsədinizə çatanda, hətta həmin "məqsəd" sizin qarşınızda dayananda siz duruxub qalasınız. Bax, Voskres də qəlbində belə hisslər keçirirdi. Neçə illərdir Səmanı tutuzdurub olmazın əzablar vermək, ondan hər şeyə görə qisas almaq, nələr deyəcəyini əvvəldən götür - qoy etsə də, bu andan sonra nə edəcəyini, nə deyəcəyini unutmuşdu. Çoxdandır görmədiyi balaca qızcığaz böyüyüb gözəl qadına çevrilmişdi. Bir anlıq İradəni xatırlatdı. Səma bütün gözəlliyi və cazibədarlığı ilə anasına çox bənzəyirdi. Əynindəki paltar da ona yaraşırdı. Səmanın gözlərinə baxdı. Mavi soyuq, təəccüb dolu gözlər ona baxırdı. Nəhayət, Voskres bir az düşünüb danışmağa başladı:

- Buyur, niyə orada durmusan, əyləş.

Səma bir neçə saniyə də dayanıb stula əyləşdi, Voskres də həmçinin. O, daha Səmaya baxmamağa çalışsa da, Səmanın onun bütün cizgilərinə diqqətlə baxdığını hiss edirdi.

- Mən sizi haradasa görmüşəm. Axı siz kimsiniz? Məndən nə istəyirsiniz? - deyərək Səma qəzəb dolu baxışlarını Voskresə yönəltdi.

- Səma, Səma. Anana hər cəhətdən bənzəməyindən xəbərin varmı? - söyləyərək Voskres stulu bir az da qabağa gətirib əllərini isə "ev" şəklində tutaraq Səmaya baxdı.

- Siz anamı haradan tanıyırsınız? Siz onları öldürmüsünüz? Elə deyilmi?

- Gəl, o məsələni hələlik bir qırağa qoyaq. Sən yeməyini ye, sonra tam başlanğıcdan hər şeyi danışacam.

- Xeyr. Bu dəqiqə mənə hər şeyi izah etməlisiniz. Məni niyə bura gətirmisiniz? Belə məni öldürmək arzusunda idinizsə, məni bəzəməyə nə ehtiyac var idi? Niyə sizinlə bir stol arxasında oturmuşam? Nə gülürsünüz?! Sizinləyəm! - Səma artıq stuldan durmuşdu. Əlləri titrəsə də, qəzəbi qorxusuna qalib gəlmiş onu idarə edirdi. Qarşısındakı isə iyrənc təbəssüm ilə ona tamaşa edirdi. Açıq rəngli, boş gözlər, saçsız (keçəl) başı, ağ saqqalı və qaşının yuxarısındakı şramı ilə tam bir pis obraz yaratmışdı. Qara rəngli kostyumu ona bir ciddilik verir, soyuq baxışlarından isə qəzəb yağırdı. Səma onu uşaqlıq vaxtı atasının köhnə şəkillərində görmüşdü.

- Dedim ki, əyləş, - bayaq sakitliyini qoruyub saxlayan Voskres qızın inadkarlığından qəzəblənmiş səs tonunu qaldırmışdı. Bu günə qədər heç kim Voskresə səs qaldırmamış, onun sözünü iki etməmişdi, əlbəttə ki, dünyalar qədər sevdiyi İradəsindən başqa. Və bu qız da anasının hərəkətlərini nöqtəsinə kimi təkrarlayırdı. Sanki balaca "bülbül" qanadlarının daha tez qırılmasına çalışırdı.

Səmanın iç səsi ona sakit olmağı, əyləşməyi haqda dil töksə də, kimliyini bilmədiyi insan ona qəzəblə baxsa da, o, hələ də ayaq üstdə idi. Stuldan kənara keçib Voskresdən çox da uzaq olmayan məsafədə dayandı.

- Siz kimsiniz? Məndən nə istədiyinizi söyləyin. Söhbəti uzatmağa gərək yoxdur, - Səma başına bir xəta gəlməsin deyə səs tonunu azaltmağa çalışdı.

- Hm. Voskres kimi tanınıram. Moskvanın sahibiyəm.

- Siz zarafat edirsiniz yəqin. Moskvanın sahibi?! - bunu deyərək Səma qəhqəhə çəkərək gülmək istədi, lakin qarşındakının ciddi sifətlə ona baxdığını görüb udqundu, sonra yenə sözə başladı, - anamı haradan tanıyırsınız? Bu sualıma cavab verin siz, - deyərək qollarını çarpaz tutub səbirsizliklə cavabı gözləməyə başladı.

Sənə İnanıramOù les histoires vivent. Découvrez maintenant