22. Qorxmuş qızcığaz.

624 94 10
                                    

Multimedia Jorge Mendez - Cold. Musiqi ilə dinləsəz, daha gözəl olar.

Səma valideynlərinin ölümündən sonra həyatında 2 - ci dəfə idi ki, özünü tərk edilmiş və yalnız hiss edirdi. Sanki qəlbindən bir parça qopub düşmüşdü və bir daha qayıtmayacaqdı həmin parça. Ürəyi sıxılırdı, nəsə pis bir şey olacağına əmin idi. Fərhadın dediyinə görə o, təhlükədə idi. Lakin Fərhadla birgə olan zamanlar təhlükə qorxusunu heç hiss etmirdi. Amma indi qorxu ona qalib gəlib bütün bədəninin titrəməsinə səbəb olurdu. Bəlkə də, bu titrətmə çöldəki soyuqdan idi. Lakin mənəvi soyuqluq içində daha çox idi.

Ayaqlarını çarpazlayaraq yatağında oturmuş gözünü şaxtadan bozarmış pəncərəyə zilləmişdi. Aprel ayında Bakıda artıq ağaclarda yarpaqlar əmələ gəlib çiçəklər tumurcuqlamağa başlasa da, Moskvada qar yağırdı. Səma da sanırdı ki, havalar düzəlib. Həyatında da daha hər şeyin yaxşı olacağına ümid bəsləyirdi. Lakin qar yağaraq onun ümidlərinin üstünü örtmüşdü.

Qar dənəcikləri küləyin gücü ilə pəncərəyə qonur, öz xırda naxışlarını görsədir, sonra isə əriyirdi. Qar dənəcikləri özlərini azad hiss edirdilər yəqin. Lakin əriyənə kimi idi onların "azadlığı" . Azadlığın ən gözəl simvolu quşlardır, elə deyilmi? Onlar qar dənəciklərindən fərqli olaraq küləyin əksi istiqamətinə gedə bilirlər, maneələri keçə bilirlər. Ən əsası səmada doyunca uça bilirlər. Bundan gözəl bir şey çətin ki olar. Səma da quş olub göy üzünə qalxmaq istərdi. Günorta buludların başında dolanar, gecələr ulduzların ətrafında dolaşardı. Həm bəlkə Fərhadını da barmaqlıqlar arasından xilas edərdi.

Gözlərini qapadı. "Nağıla bənzər xoşbəxtlik təsəvvürləri"ni başından silib heç nə haqda düşünməməyə çalışdı. Otaqda sükutu yalnız Səmanın dərindən verdiyi nəfəsləri və pəncərəyə sürətlə qoparaq səs salan qar dənəcikləri pozurdu. Bəzən küləyin uğultusu da eşidilir, qorxmuş Səmanı daha çox vahiməyə salırdı.

Axı bircə qız özünü təhlükəli adamların əlindən necə xilas edə bilərdi? Ona atası lazım idi. Ona Fərhad lazım idi. Lakin hamısını əlindən almışdılar. Səmaya bircə onun Ağpəncəsi, bir də guya Səmanı qoruyan, amma artıq maşındaca yuxuya getmiş polislər qalmışdı. Həmin polisləri İsgəndər göndərmişdi, hər ehtimala qarşı. Lakin Səma rahatlaya bilmirdi. Fərhadı tələyə salıblarsa, demək, Səmanı da necə olsa ələ keçirməyi bacaracaqlar. Amma nə cür? Buna əsas səbəb nədir? Kim bunların arxasında dayanır? Onunla nə edəcəklər? Çoxlu, lakin cavabsız qalan suallar.

Səma nəhayət ki, acı gerçəyi anladı. O, güclü deyildi, qorxurdu, sadəcə özünü elə göstərirdi. Lənətə gələsən, kimliyini bilmədiyi insanlardan dəlicəsinə qorxurdu! Fərhadını bir daha görə bilməyəcəyindən qorxurdu. Gecə yatarkən yatağın altında qorxunc bir şeyin olduğunu düşünən uşaq kimi qorxurdu...

Yorğunluğunu almaq üçün başını balışa qoydu. Bir neçə dəqiqə gözü yumulu uzandı, lakin kirpik - kirpikə vura bilmədi. Yenidən ayağa qalxdı, dərhal da gözləri qaraldı və başına şiddətli ağrı gəldi. Yataqda oturub bir az ətrafındakı qaranlığa tamaşa edib özünə gələndən sonra yenə durdu. Pəncərəsinə yaxınlaşıb pəncərəni açdı və güclü külək qarışıq şaxta üzünə vurdu. Bir neçə dəqiqə belə qaldıqdan sonra artıq üzü soyuğu hiss etmirdi. Pəncərələri bağlayıb otağından çıxdı, pilləkənlərlə aşağı düşdü. Aşağıda, öz evciyində uzanan Ağpəncə səsdən oyanıb Səmanın dalınca getməyə başladı. Səma isə qapını açıb itini geri itələyərək qapını bağlayıb çölə çıxdı.

Səbəbini bilmədən ayaq yalın boş və qaranlıq küçə ilə gəzirdi. Gecələr sanki küçələr daha vahiməli və dar görünürdü. Ulduzsuz göydə isə Ay qar dənəciklərinin rəqsininə işıq saçırdı. Təəccüblü olsa da, Səma üşümürdü, bəlkə də artıq şaxtadan dərisi hissizləşmişdi. Qar dənəcikləri kirpiyinə kimi Səmanı bürümüşdü. Lakin o, sadəcə bilinməz istiqamətdə irəliləyirdi. Ətrafdan bəzən çöl pişikləri yaxud itlərinin səsi gəlirdi. Birdən özünün ki ilə yanaşı başqa addım səsləri də eşitdi. Dayanaraq səsin haradan gəldiyini bilmək istədi, amma səs kəsildi. Yenə addımlamağa başladı və 2 - ci addım səsləri yenə gəlirdi. Bu dəfə addımını tezləşdirdi, 2 - ci şəxsdə həmçinin. Artıq qaçmağa başladı Səma, arxaya çönməyə qorxurdu, lakin şəxs daha da yaxınlaşırdı. Bir anlıq arxaya çöndü və gözlərinə inanmadı. Arxasınca Fərhad qaçırdı. Lakin bu Fərhad, Səmanın tanıdığı Fərhad deyildi. Səmanın sevimli, gülərüz Fərhadının yerinə qəzəbdən qaşları çatılmış, əlində isə tapança olan bir oğlan vardı. Səma artıq bacardıqca boş küçə ilə daha geriyə baxmadan qaçır və ayağı büdrəyib yıxılmaması üçün Allaha dua edirdi.

Küçənin sonluğuna çatmışdı, sonluq kərpiclə hörülmüş, Səmaya daha çıxış yolunun olmamasını xatırladırdı. Fərhad dodaqlarında iyrənc bir gülümsəmə ilə yavaş - yavaş ona tərəf gəlirdi.

- Fərhad? Əzizim? Axı sənə nə olub? - deyərək Səma Fərhadın gəldiyi istiqamətin əksinə daha da geri gedirdi və nəhayət, kürəyi divara dəydi.

- Fərhad? Cavab ver, yalvarıram! Özünə gəl!

- Nədir, Səma, qorxursan? Çox gecdir artıq, Səma! Mənə inanmamalı idin! Məndən sənə nə dost, nə sevgili olar, canım! - söyləyərək Fərhad ona yaxınlaşdı. Əli ilə Səmanın yanağını oxşayaraq,- Mən səni sevmirəm. Heç sevmirdim ki. Sən mənə boş yerə inandın. Safcasına güvəndin. Mən qatiləm, əclafam, sənin qorxacağın şeytanam. Eşidirsən məni?!

Səma hönkürtülərini saxlaya bilmir, elə ağlayırdı. Fərhad isə əli ilə Səmanın üzünü bərk - bərk tutub sağa - sola doğru itələyirdi.

- Yox, yox! Bu ola bilməz! Fərhad, sən belə deyilsən axı! Xahiş edirəm, bunun yuxu ya oyun olduğunu söylə! - söyləyərək Səma ümidsizcəsinə Fərhadın vəhşiləşmiş gözlərində kiçik də olsa, sevgi yaxud mərhəmət qığılcımı axtarırdı. Lakin nahaq yerə.

- Düz deyirsən, Səma. Bu bir oyun idi və bu oyunda balaca qızcığaz şeytana inanaraq məğlub oldu.

Fərhad gülümsəyərək əlindəki tapançanı Səmanın boğazına dayadı. Yüksək atəş səsindən Səmanın qulaqları tutuldu və gözlərinə qaranlıq çökdü.

Hey, Salamlar :)
Sizə yeni xəbər haqda məlumat vermək istərdim. Kim instagramda varsa və wattpadaz profilini izləmirsə o zaman izləsin. Mən də digər iki qızla birlikdə orda admin olmuşam. Xoşladığınız hekayələrdən parça və ya öz hekayənizi tanıtmaq üçün direct vasitəsilə bizə göndərə bilərsiniz. Nə qədər aktiv və çox olsaq, bir o qədər yaxşı olar.
Yeni bölümdə görüşənədək^^

Sənə İnanıramDonde viven las historias. Descúbrelo ahora