15. Güvən zərfi.

591 105 14
                                    


"Nə gözəl yalansan sən, həmişə inandığım..." • Attila İlhan

Hər ikisi sakitcə və bir - birindən kənarda dayanmışdılar. Bu sakitlik gərginliklə dolu idi.

Fərhad çox məyus olmuşdu. Hislərinin qarşılıqlı olmamasından qorxurdu. Ürəyi sıxılırdı, nəsə demək istəyirdi, amma dediyi sözün artıq olacağından çəkinib susurdu.

Səmanın isə ağ bənizi qıpqırmızı qızarmışdı. Yanaqlarının alovlandığını hiss edirdi və içində həyacan, utanc hislərinin qarışığı var idi. O da danışmağa qorxurdu, sanki bir kəlməsi ilə hər şeyi məhv edə bilər.

- Səma, sən mənə güvənmirsən? - Fərhadın xırıltılı səsi gəldi.

- Sən anlamırsan, Fərhad! Sən..sən məndən həddindən artıq çox şey istəyirsən. Mən artıq bir dəfə yanılmışam, aldadılmışam. İkinci dəfə yanılmaqdan qorxuram. Axı niyə anlamırsan?! Mən yenə iztirab içində boğulmaq istəmirəm. Hər şeyin belə tez olacağına ümid etmə. Sadəcə gözlə və hər şeyi öz axarına burax.

Səma Fərhada, Fərhadın qəmgin gözlərinə baxırdı. Sanki bayaq ona verilən şirniyyatı əlindən almışdılar. "Bir insan necə eyni zamanda həm güclü, həm də belə qəmgin görünə bilər? Gərək onunla birdən - birə elə danışmaya idim." deyə düşündü Səma.

- Fərhad, mən evə gedirəm,- Səmanın hirsli səsi eşidildi.

- Birgə getmirik ki?

- Yox, mən taksi ilə gedəcəm,- deyib Səma çantasını götürərək yavaş - yavaş pilləkənləri düşməyə başladı. O qədər fikirli idi ki, ayağından siçovul keçsə belə, vecinə almazdı.

Fərhad isə ofuldayaraq və yenidən özünü bu axmaq hərəkətinə görə danlayaraq Səmanın arxasınca getdi.

- Səma, gəl, tərslik eləmə, mən aparım səni.

- Xeyr, taksi ilə.

Nəhayət, Fərhad bir taksi tapıb Səmanı ötürdü. Özü də öz maşınına əyləşərək yola düzəldi. Başını qatmaq üçün radionu qoşdu. Radioda In2nation - Если я сказал (multimedia) oxuyurdu.

Amma mən sənə hələ "Səni sevirəm" deyə bilmədim, Səma. Çünki bu sözümlə səni itirə bilərəm.

Səmanı xilas etmək üçün bir plan qurmalı idi. Onun qabağında duranları isə sadəcə aradan götürməli idi. Çətin də olsa, bunu etməli idi.

***

Səma lazımi məbləği verib taksidən düşərək darvazaya yaxınlaşdı. Darvazanın qırağında poçt qutusu var idi və nadir hallarda dolu olan qutuda nə isə vardı. Səma təəccüblə qutunun qapağını açıb adi bir ağ zərfi əlinə götürdü. Zərfin üstündə nə ünvan, nə də kim tərəfindən göndərildiyi qeyd olunmuşdu.

Səma əlində zərf evə daxil oldu. Dərhal da Ağpəncə onun üstünə atılaraq "Yemək verməsən, səni yeyəcəm" deyə baxışlar atıb onu yalamağa başladı. Səma gülərək onu sığallayıb mətbəxə keçdi. Tez itin yeməyini verib öz otağına keçdi. Pəncərədən evin ətrafında kiminsə olub - olmadığını yoxlayıb pərdələri bağladı və zərfi açmağa qərar verdi. Niyə isə çox həyacanlı idi, ürəyinə nəsə pis bir şey dammışdı. Zərfi açanda içindən bir ağ vərəq çıxdı. Vərəqdə yazılmışdı:

" Əgər valideynlərinin qatilini görmək istəyirsənsə, sabah axşam saat 20:00 - da "Mojito"  ( Mohito kimi oxunur; içki növü) barına gəl. Qatil mütləq orada olacaq, amma hər şey sənin onu tanıya bilib - bilməyindən asılıdır. Uğurlar! "

Həyacandan kağız Səmanın əlindən yerə düşdü. " Bunu yazan axı kim ola bilər? Məqsədi nədir?" deyə düşünməyə başladı. Artıq belə naməlum şeylərdən təngə gəlmişdi. Sabah həmin yerə getsinmi? Bax, bu sual indi onu düşündürürdü. Sonda getməyə qərar aldı. Tanış ya da qatil kimi şübhələndiyi bir üz görməsə, sadəcə geri qayıdar. Vəssalam.

Səma əynini dəyişib yatağına girdi. Yenə yuxusu yox idi, halbuki sabah işə getmək üçün tez durmalı idi.

Sənə İnanıramTempat cerita menjadi hidup. Temukan sekarang