18 noyabr 1950 - ci il
"Arrow" sui-qəsd törətdikdən sonra öz başçısının yanına gedir. "Arrow" başçısının qaranlıq bir otaqda sobanın qarşısında oturarkən görür və deyir:
- Darko mən Viktoru vurdum.
Darko Beliç yerindən qalxaraq dedi:
-Viktor öldü?
"Arrow" gözlərini Darkodan qaçıraraq dedi:
- Mən onu vurdum, amma öldüyünü dəqiq bilmirəm.
Darko Beliç :
-Necə yəni dəqiq bilmirəm? Viktor ölməlidir. Petroviç get yarımçıq qoyduğun işi bitir.
"Arrow" söz demək istəsə də Darko onun ağzından vuraraq dedi:
- Əsgər əmri icra elə! Eyniylə müharibədə olduğu kimi."Arrow" otaqdan çıxaraq Viktor Simonun olduğu xəstəxanaya yönəldi.
18 noyabr 1950-ci il. 14:05 Pikadilli küçəsi. "Medical Center Hospital"
"Arrow" xəstəxanaya tibb işçisi paltarında daxil olaraq Viktor Simonun olduğu palatanı axtarmağa başladı. Nəhayət qapısında 2 polisin dayandığı otağı gördü. Digər həkimlərdən soruşaraq Viktor Simonun bu otaqda olduğunu öyrəndi. İçində zəhər olan iynəni cibinə qoyaraq otağa tərəf yönəldi.
"Arrow" :
-Cənablar icazənizlə xəstəyə iynə vurmalıyam.Polis :
-Zəhmət olmasa adınızı deyin.
"Arrow" :
-Barney Herbert
Polis :
- Buyrun içəri keçə bilərsiniz.
"Arrow" içəri daxil olduqdan sonra cibindəki iynəni çıxardaraq Viktora tərəf yönəldi. Zəhərli iynəni Viktor Simona qoşulmuş "sistemə" vurduqdan sonra otaqdan çıxaraq yenidən Darkonun yanına getdi.

ŞİMDİ OKUDUĞUN
Gecə Ovçusu
Mystery / Thriller"ARROW" onun kim olduğunu heç kim bilmir. O, öz qurbanlarını gecə ovlayır. 🏹 Detektiv Edvard Uilsonun yeni macərasına hazır olun. 🕵️