~ 11 Bölüm ~

28 14 0
                                    

İtaliya. Kornoglia Kəndi. 28 may 1944- il.

Leytenant Mirzəyev əsgərlərə geri çəkilmə əmri versə də artıq çox gec idi. Almanlar, 416 - mühasirəyə almışdılar və həm texnika həm də canlı qüvvə baxımından artıq üstünlük Almanlar da idi.

Leytenant Mirzəyev, Özbək əsilli olan əsgər Huntürkə - tez bizdən arxada olan partizanlar ilə əlaqəyə çıx, mühasirəyə düşdüyümüzü xəbər ver!

Huntürk nə qədər çalışsa da rabitə sistemi qəlpədən zərər gördüyü üçün işləmirdi. Huntürk ətrafa göz gəzdirməyə başladı və vurulmuş tankın yanında rabitə sistemi görərək ona doğru qaçmağa başladı.

Leytenant Mirzəyev cəld ol Huntürk onlar yaxınlaşır, biz arxa tərəfdən də mühasirəyə düşmüşük burdan çıxışımız yoxdur.

Kapitan Darko, öz partizanlarına səslənərək sursatlarını yoxlamağı əmr etdi. Jovan, Cənab sadəcə 30 snayper gülləsi qalıb deyərək atəş açdı və dəqiqliklə daha bir Alman əsgərini öldürdü. Jovan artıq almanların əsas hədəfinə çevrilmişdi. Alman əsgərlərinin avtomatlarının nişangahları sadəcə Jovanı axtarırdı. Jovan isə xüsusi manevrlarla onlardan yayınırdı.

Huntürk axır ki, Leytenant Mirzəyev əlaqə alındı. Huntürk öz olduqları əraziyə ən yaxın partizan qüvvələri ilə əlaqəyə çıxaraq onları dəstəyə çağırdı. Artıq mühasirənin üstündən 2 saat keçmişdi. Almanlar, Sovet əsgərləri və partizanların bu qədər dirəniş göstərmələrinə təəccüblənirdilər.

Birdən şərq istiqamətindən qulaqları kar edəcək qədər möhkəm uğultu səsləri gəlməyə ardınca isə partlayış səsi eşidilməyə başlandı. Bəli bunlar partizanlar idi, topçu atışları ilə alman ordusuna cəhənnəm yaşatmağa başladılar. Bunlar Yuqoslav - İtalyan birləşməsi olan partizan qrupu idi.

Leytenant Mirzəyev və Kapitan Darko əsgərlərə irəli əmri verərək ilk öncə T-34 tankları onların ardınca isə piyadalarla hücuma başladılar. Yaxın bir neçə saat ərzində isə "АРКТИЧЕСКИЙ ВОЛК" "Qütb Canavarı" ləqəbi ilə tanınan 506-cı alayın dəstəyi ilə Kornoglia kəndi işğaldan azad edildi. Müharibə isə hələ qabaqda idi.

Döyüşlərin getdiyi digər istiqamətdən gələn acı xəbər isə 416 - cı diviziyanın bütün heyətini əsasəndə Azərbaycanlıları çox məyus etdi. Öz qəhrəmanlığı ilə yaddaşlarda qalmış General - Mayor Həzi Aslanov həlak olmuşdur.


Bölüm Sonu

Gecə Ovçusu Hikayelerin yaşadığı yer. Şimdi keşfedin