İtaliya. Fornaççi. Speziya şəhəri. Kornoglia kəndi yaxınlığı. 6 iyun 1944-cü il. 04:43
Kapitan Darko və Leytenant Mirzəyevin rəhbərliyi ilə Sovet orudusunun əsgərləri, meşənin olduğu əraziyə yaxınlaşdılar. Meşənin daxilində, qorxuducu səssizlik hökm sürürdü. Kapitan Darkonun əmri ilə ilk öncə piyada qoşunları, meşənin dərinliklərinə doğru irəliləməyə başladılar. Əsgərlər on-on beş addım irəliləmişdi ki, qaranlıq səmanı Alman hərbçilərinin atdığı "məşəl" aydınlatdı.
Kapitan Darko, təşvişə düşərək:
-Geri çəkilin, pozisiya tutun. Tələyə düşdük.
Alman hərbçiləri amansızca Sovet orudusunun əsgərlərini atəşə tutdular. 3 tərəfli mühasirəyə düşən Sovet Ordusu ağır itkilər verməkdə idi. Kapitan Darko, həlak olmuş rabitəçi əsgərin yanına gələrək, "Qütb Canavarı" ilə əlaqəyə keçdi:
- Biz tələyə düşdük, ağır itkilərimiz var. Müqavimət göstərə bilmirik. Bizə köməyə gəlin.
Kapitan Darko, dəstəyi yerə qoyandan bir neçə saniyə sonra, sürətlə gələn mərminin ona dəyməsi nəticəsində, çiynindən və ayağından yaralandı. Jovan bunu görən kimi, Kapitan Darkonun yanına doğru irəliləməyə başladı.
Öz snayperi ilə iri gövdəli ağacların arxasında, dayanaraq atəş açırdı. Hər atışdan sonra irəliləməyə başlayırdı. Kapitan Darkonun yanına çatmağa az qalmış, ard-arda qumbaraatandan atəş açıldı. Hər iki mərmi Jovanın yaxınlığında partladı. Jovan ikinci dəfə idi ki, ağır yaralanırdı. Bu dəfə Jovanın həyatda qalmağı artıq bir möcüzə olacaqdı. Kapitan Darko ağrılar içində ətrafa baxaraq, Leytenant Mirzəyevin həlak olduğunu gördü. Demək olar ki, ilk hücum qrupunun əsgərlərinin hamısı öldürülmüşdü. Sağ qalanlar isə yaralılar idi. Birdən "Mavi Diviziya"nın komandirlərindən biri olan Lautaro Salazarın səsi eşidildi:
-Atəşi saxlayın. Hədəfləri nəzarət də saxlayaraq irəliləyin. Sağ qalanlara, yalnız müqavimət görsəniz atəş açın. Qalanlarını əsir götürəcəyik. Sovet ordusunun əsgərlərinin bəziləri, müqavimət göstərməyə çalışsalarda bunun nəticəsi çox ağır oldu. Hərbçilərdən biri Jovana yaxınlaşıb atəş açmaq istəyərkən, özündə güc taparaq o istiqamətə doğru çevrilən Kapitan Darko həmin hərbiçiyə atəş açdı. Elə bu zaman "Qütb Canavar"ı düşmənləri ağır artirelliya atəşinə tutdular. Böyük qüvvə ilə hücuma keçən "Qütb Canavar"ı qısa zaman kəsiyində düşmənlərin çox hissəsini məhv etdi. Almanların qalan hərbçiləri isə geri çəkildilər. Bu döyüş Kapitan Darko və Jovan üçün son döyüş oldu.

ŞİMDİ OKUDUĞUN
Gecə Ovçusu
Mystery / Thriller"ARROW" onun kim olduğunu heç kim bilmir. O, öz qurbanlarını gecə ovlayır. 🏹 Detektiv Edvard Uilsonun yeni macərasına hazır olun. 🕵️