~ Bölüm 13 ~

29 12 0
                                    

İtaliya. Fornaççi. Speziya şəhəri. Kornoglia kəndi yaxınlığı. 5 iyun 1944-cü il.

Ağır itkilər verməsinə baxmayaraq Kornoglia kəndini azad edən 416-cı diviziyanın və partizanların yeni hədəfi Fornaççi kəndi idi. Onlar bu kəndə daxil olmaq ilə həm də Speziya şəhərinin bir hissəsinə daxil olmuş olurdular. Leytenant Mirzəyev və Kapitan Darko yeni planlarını yenidən nəzərdən keçirirdilər.

-Leytenant Mirzəyev bu plan çox təhlükəlidir. Bizi O, meşəlik də tam olaraq hansı təhlükənin gözlədiyini bilmirik deyə Kapitan Darko öz fikrini bildirdi.

-Başa düşürəm Kapitan, amma başqa yolumuz yoxdur. Əsas yolların demək olar ki, hamsı mühasirədədir. Biz Fornaççiyə görünmədən daxil olmalıyıq. Əsas yol ilə hücum bir-başa  intihar deməkdir. Cavabın da dedi Leytenant Mirzəyev.

-Yaxşı Leytenant sizin dediyiniz kimi hərəkət edəcəyik. Deməli belə, 2 qrupa bölünəcəyik. İlk həmləni sizin və mənim komandanlığım altında hücum-həmlə qrupu ilə edəcəyik. Bizdən biraz aralıda isə Huntürk ilə "Qütb Canavarı" 506-cı alay tanklarla gözləyəcəklər. Əgər bizə gözlənilməz bir hücum olarsa, onlar bizə köməyə gələcək. Almanlar bizə çox acıqlıdırlar, bu döyüş çox çətin olacaq.

6 iyun 1944-cü il  01:37.

Ağır addımlar ilə yeriyərkən aldığı əmri ağlından bir daha keçirirdi.
"Böyük palıd ağacına çatmağına az qalmış sənə verdiyimiz bayrağı yuxarı qaldıraraq yelləməyə başla" , və birdən ətrafını mavi formalı əsgərlər əhatəyə almağa başladı.

Onlardan biri:

-Levon eres tú? ( Levon Sənsən? )

Levon titrək səslə:

-Oui ( Bəli )

Mavi geyimli əsgər:

- Lo entendi. Ven con nosotros pronto. Nuestro comandante te está esperando. ( Başa düşdüm. Tez bizimlə gəl , Komandirimiz səni gözləyir. )

Levon , "Mavi diviziyanın" əsgərləri ilə onların qərargahına gəldilər. Levonun üst-başını yoxladıqdan sonra onu qərargahın binasına buraxdılar.

Lautaro Salazar ayaq üstə divarda asılmış xəritəyə baxaraq "de görüm nə xəbər gətirmisən?" dedi.

Salazarın qorxuducu səsindən həyəcanlanaraq, onlar meşəlik ərazidən kəndə hücuma keçəcəklər. İlk öncə piyada qoşunları öndən gələcək, əgər onlara hücum olarsa, arxada dayanan tanklar köməyə gələcək deyə Levon plan haqqında məlumat verdi.

Salazar popiros yandıraraq onlar çox yaxşı plan qurublar, əgər sən bizə bu xəbəri verməsəydin, bəlkədə sabah onlar Fornaççini ələ keçirəcəkdilər, amma artıq biz hazırlıqlı olacağıq. O, meşə onların məzarı olacaq. Yaxşı Levon sən gedə bilərsən. Səni, mükafatını alacağın yerə gedənə qədər mənim əsgərlərim müşahidə edəcəklər. Gedə bilərsən dedi Salazar.

-Oldu cənab deyərək otaqdan çıxdı Levon.

-Santiaqo! , deyə öz əsgərini otağa çağırdı,

- Santiaqo , bunun işimi bitirin və çaya atın. Sonra isə kamuflyajlı geyimlərinizi geyinin çoxlu silah-sursat götürün. Üzərimizə "Qızıl Ordu" gəlir!

Gecə Ovçusu Hikayelerin yaşadığı yer. Şimdi keşfedin