~ Bölüm 12 ~

33 13 0
                                    

21 noyabr 1950- ci il. 13:05 London. Hekni rayonu. Strend küçəsi.

Bu gün hava həmişəki Dumanlı Albiona xas olan şəkildə tutqun idi. Şəhərin üzərini örtən boz buludlar insanı daha bədbin hala gətirirdi.

Edvinaya olan hücumdan sonra demək olar ki, Londonun hər küçəsində polislər yerləşdirilmişdi. Bu vəziyyət insanların canını çox sıxırdı. İnsanlar polislərin bir işə yaranmasından gileylənirdilər. Kapitan Darko Beliç yeni plan üzərində əsgəri olmuş Jovan ilə birlikdə işləyirdi. Darko başa düşürdü ki, ani bir diqqətsizlik ya da bir səhv onların sonunu gətirə bilərdi. Buna görə də, dəfələrlə qurduqları planın üstündən keçmiş, hər bir xırda təfərrüatı dəfələrlə düşünmüşdü. Jovan stulda oturmuş öz silahını təmizləyərkən Darkonun fikirli bir halda olduğunu gördü.

"Kapitan, nəyi fikirləşirsiniz?" deyə soruşdu. Jovanın sözləri sanki Darkonu yuxundan oyatmış kimi özünə gətirdi. İllər öncə müharibə zamanı etdiyi planı xatırlatmışdır və keçmişdə yaşadığı bir hadisəni yenidən xatırlamanın həyəcanı ilə müharibə zamanı etdikləri plandan danışmağa başladı. Jovan, biz Triest də Türk Leytenant Mirzəyev ilə birlikdə döyüşürdük. Onunla birlikdə çox sayda partizanı xilas etdik və O, vaxt hər tərəf Almanlar ilə əhatə olunmuşdu. Eynən indiki vəziyyət kimi idi onda da, necə ki, indi hər yer polislərlə doludur. Bizə göz açmağa imkan vermirdilər, müharibə həm onları, həm də bizi insanlıqdan çıxarmışdır. İndi ölkənin bu halına baxanda ağlıma O , günlər gəldi. dedi Darko.

Jovan kapitanın bu dediklərindən sonra artıq dayana bilməyib ürəyində saxladığı sözləri dilə gətirdi. "Kapitan Sizin nə danışdığınızdan xəbəriniz var? Biz O, müharibədə əli silahlı bir ordu ilə Almanlara qarşı döyüşürdük. İndi isə iki nəfərik, Edvinaya qarşı şansımız çox aşağıdır. Bu planı daha ətraflı düşünməliyik, kapitan. Tək bir səhv, gözümüzdən qaçan kiçik bir detay hər ikimizin də sonu ola bilər.

"Darko biz sənin fikirləşdiyin kimi iki nəfər deyilik, bu dəfə Benitodan dəstək alacağıq. Mən onunla danışmışam , öz adamları ilə bizə köməyə gələcəklər.

Edvina bu dəfə rahatca əlimizdən qaça bilməyəcək. İlk başda susturucu taxdığımız silahlarımızla gecə saat 2-də malikanəyə 3 tərəfdən hücuma keçəcəyik, malikanənin arxa və yan tərəflərindən. Bir dəstəmiz isə ön tərəfdə gizlənib içəri girməyimizi gözləyəcəklər. Hər hansı uğursuz vəziyyətdə onlarda ön tərəfdən hücuma keçə biləcəklər beləcə. Benito 25 nəfər adamla gələcək bu dəfə, Edvinanın əlimizdən qaçması qeyri-mümkündür. Jovan, bu fikirləşdiyinin əksinə, hər şeyi planladığımız kimi və vaxtında gerçəkləşsə, çox yaxşı plandır. dedi.

"Ama biz ilk öncə Edvinanın orda olub olmayacağına əmin olmalıyıq. Məncə Edvina günlərdir bizdən belə bir hücum gözləyir və belə olanda da malikanəsində oturub bizi gözlədiyini fikirləşmirəm mən. Əlavə olaraq da, bu plan yaxşı olduğu qədər riskli və təhlükəlidir. Bu işdə bizim əlimizin olduğu bilinsə, asanlıqla yaxamızı qurtara bilməyəcəyik. Nə qədər də, hərbi vəzifəli insanlar olsaqda artıq etdiyimiz qanunsuzluqları qəbul etməliyik, düzdür bunun üçün artıq çox gecdir. Taleyimizi ilə barışmalıyıq." dedi.

"Çox düz deyirsən, Darko ancaq burda belə oturub gözləməkdənsə, günlərdir üstündə işlədiyimiz planı yoxlamaq lazımdır. Biz mühafizəni yarıb binaya girəcəyik, Edvina orda olmasa da, ona kifayət qədər ziyan vurub geri qayıdacağıq. Əvvəl-axır Edvina əlimizə keçəcək, bu polislər uzun müddət onu qoruya bilməz. Edvinanın olmaması vəziyyətində bizi 4 istiqamətdən də Malikanədən biraz aralıda maşınlar gözləyəcək onların vasitəsilə ilə oradan uzaqlaşacağıq.

                                 Bölüm Sonu

Gecə Ovçusu Hikayelerin yaşadığı yer. Şimdi keşfedin