~ BÖLÜM 9 ~

41 18 4
                                    

İtaliya. Kornoglia Kəndi. 26 may 1944- cü il.

Manorola kəndində mühasirədən "Qızıl Ordunun" Azərbaycanlılardan ibarət 416-cı diviziyasının verdiyi dəstək ilə çıxan partizanlar , bu dəfə Alman qüvvələrini Kornoglia kəndində sıxışdırmışdılar.

Kapitan Darko, Azərbaycanlı olan leytenant Rasim Mirzəyevlə birgə alman hərbiçilərinin yerləşdiyi bazanı müşahidə edirdilər. Leytenant Mirzəyev əlindəki siqaretdən daha bir tüstü aldıqdan sonra, Kapitan biz bu gecə hücuma keçməliyik , əgər almanlar bura əlavə qüvvələr gətirsələr işimiz çox çətin olacaq.

Kapitan Darko digər partizanlar tərəfə baxaraq, mən öz qüvvələrimlə təpədən Sizə snayper dəstəyi verəcəyik, Siz isə tank və piyadalarla irəliləyərsiniz. Bizi çox çətin döyüş gözləyir. Leytenant Mirzəyev bilirəm Kapitan ancaq biz "ASLANOVÇULAR" heç vaxt təslim olmayacağıq.

Artıq gecə düşmüşdür artıq hücum üçün hər şey hazır idi, Kapitan Darko öz partizanları ilə təpədə öz mövqeylərini tutmuşdular. Leytenant Mirzəyev isə piyadalar ilə bazaya doğru irəliləməyə başladılar. Ancaq bir anda bütün plan alt üst oldu. Almanlar bu hücumu gözləyirlərmiş kimi, partizanların yerləşdiyi təpəyə və Mirzəyevin əsgərlərinə atəş açmağa başladılar.

Bu hücum gözlənilməz olduğu üçün "VƏHŞİ" diviziyanın əsgərləri və partizanlar bir anda təşvişə düşdülər. Ağacların arasında gizlədilmiş tankların artıq ikisi vuruldu. Leytenant Mirzəyev atəş aça - aça öz içində fikirləşirdi, axı bu necə ola bilərdi, bu plan tamamilə gizli idi.

Hücumun artıq mənasız və uğursuz olduğunu görən leytenant Mirzəyev geri çəkilmə əmri verdi. Onu sadəcə bir fikir düşündürürdü. Görəsən içlərindəki xain kim idi??

Bölüm Sonu

Gecə Ovçusu Hikayelerin yaşadığı yer. Şimdi keşfedin