~ Bölüm 15 ~

11 6 2
                                    

22 noyabr 1950-ci il 01:35 London. Merton rayonu. Beyker-strit 87.

Ətrafa qaranlıq çökmüşdü, hava isə günlər keçdikcə daha da soyuyurdu. Darko və Benito, adamları ilə birlikdə malikanəni mühasirəyə almışdılar. Benito ən bacarıqlı, adamlarından biri olan Danteyə:

-Gizlicə malikanəyə doğru get. Malikanənin içərisində kimlərin olduğunu öyrən. -dedi.

Dante oldu deyərək, gizlicə malikanəyə doğru yaxınlaşmağa başladı. Mühafizəçilərə görünmədən, sürətli şəkildə malikanənin ətrafını fırlanmağa başladı. Malikanədə Edvinanın olmadığını və mühafizəçilərin sayını öyrəndikdən sonra yenidən Darkonun yanına gəldi və:

-Benito, orada heç kim yoxdur, malikanə boşdur. Mühafizəçilər isə adi mühafizəçi deyil, onlar polisdirlər.

Benito bu sözlərdən sonra, Darkoya tərəf çevrilərək:

-Darko, indi nə məsləhət görürsən?

Darko biraz fikirləşdikdən sonra:

-Geri çəkilirik, biz polisə atəş açmayacağıq. Mənim başqa bir planım var. Edvarda təklif göndərəcəyəm. Ümid edirəm qəbul edəcək.

Darko, geri çəkilmə əmri verdikdən sonra hamı maşınlara doğru hərəkət etməyə başladı, daha sonra maşınlara əyləşərək oradan uzaqlaşdılar.

22 noyabr 1950-ci il. 09:37 London. Lambet rayonu. Dauninq küçəsi. Police Assesment Center.

Polis mərkəzi, digər günlərə nisbətən daha hərəkətli idi. Edvard Uilson və Mario Silva, əməliyyat üçün Benjaminin gəlməyini gözləyirdilər. Az sonra Edvard və Marionun olduğu otağın qapısı iki polis tərəfindən döyüldü.

Edvard Uilson, qapının səsini eşitdikdən sonra:

-Buyrun, içəri gəlin. -dedi.

Otağa iki polislə birlikdə, Benjamin Skottda daxil oldu.

Edvard, polislərin otaqdan çıxmasını əmr etdi. Polislər çıxdıqdan sonra sözə başladı:

-Narahat olduğunu bilirəm, Benjamin. Səni bura bizə kömək etmək üçün gətirmişəm. Sənə daha ətraflı, məlumat verəcəyəm. Bu gizli bir o qədərdə təhlükəli bir iş olacaq. Sən, Edvina Andersonun malikanəsində, bağban olaraq işə başlayacaqsan.

Sənə polis tərəfindən yalnız özünü qorumaq məqsədi ilə silah veriləcək. Sənin təhlükəsizliyinə zəmanət veririk. Malikanəni mühafizə edənlər bizim polislərdir. Sənin əsas vəzifən Edvinanın yanına kimlərin gəlib-getdiyini öyrənməkdir, bacarsan onların nə danışdığınıda öyrənməyə çalış.

Benjamin Skott ilk öncə tərəddüd etsə də, sonda bu fikirlə razılaşdı.

Edvard Uilson:

-Yaxşı Benjamin sən bu gün, burada Sebastian Fosterin müşayihəti altında xüsusi bir otaqda saxlanılacaqsan. Çalış rahat yat, sabah yorucu gün olacaq.

Benjamin Skott, bu sözlərdən sonra oldu deyərək otaqdan çıxdı.

Edvard Uilson, divarda olan saata baxaraq saatın 10 tamam olduğunu gördü və onun banka gedəcəyi yadına düşdü. Tələsik şəkildə, Polis mərkəzindən çıxaraq banka doğru getdi. Bank yaxın olduğuna görə maşından istifadə etmədi. Edvard kəsə yoldan istifadə edərək dar bir küçəyə daxil oldu. Edvard onu gözləyən təhlükədən xəbərsiz idi.

Nəhayət, arxadan Edvarda yaxınlaşaraq onun başına küt alət ilə zərbə endirdi. Edvard huşunu itirərək yerə yıxıldı. Həmin şəxs öz adamlarının köməyi ilə Edvardı maşının salonuna uzatdılar və oradan uzaqlaşdılar.

Gecə Ovçusu Hikayelerin yaşadığı yer. Şimdi keşfedin