21 Noyabr 1950-ci il 02:45 London. Lambet rayonu. Dauninq küçəsi. Police Assessment Center.
Edvina Anderson hadisədən sonra polis mərkəzinə gətirilmiş, malikanəsi isə polis tərəfindən əhatəyə alınaraq mühafizə edilməyə başlanmışdır. Edvina Andersonun sorğusunda Edvard Uilson və Mario Silva da iştirak edirdi.
Mayor Silva Edvinaya suallar verməyə, detektiv Uilson isə onun verdiyi cavabları əlində tutduğu dəftərçəyə yazırdı. Mario Silva üz ifadəsini ciddiləşdirərək sizin hər hansısa bir düşməniniz var, və ya Sizdən intiqam almaq istəyən şəxs? Biz bu hücumun birbaşa olaraq Sizə qarşı törədildiyini güman edirik. Sadəcə bəxtiniz onda gətirib ki, güllə Sizə tuş gəlməyib. Edvina Anderson gözlərini, Mario Silvadan qaçıraraq xeyr, mənim düşmənim yoxdur və ya intiqam alacaq birisi.
Mario Silva, Edvinanın bu sözlərinə inanmayaraq biz hələ ki bu şəxsin "Arrow" ləqəbli sui-qəsdçi olduğunu düşünürük. Edvina bilmirəm bəlkədə odur. Axı O, daha əvvəl də iş adamı Viktor Simonu öldürmüşdür. Mario Silva daha çox məlumat ala bilməyəcəyini anlayaraq sorğuya son qoydu. Sorğu otağından çıxdıqdan sonra Mario Silva, Edvard məncə O, nəyisə bizdən gizlədir. Viktorla onun arasında bir bağlantı olmalıdır. Məncə biz Edvinanın yaxın keçmişini araşdırmalıyıq, tez xəstəxanaya gedək, Edvinanın xidmətçisinin bu haqda nəsə bildiyinə əminəm. Viktor, Edvina, "Arrow" bu üçünü birləşdirən nəsə var və biz bunu mütləq tapmalıyıq.
Bölüm Sonu

ŞİMDİ OKUDUĞUN
Gecə Ovçusu
Mystery / Thriller"ARROW" onun kim olduğunu heç kim bilmir. O, öz qurbanlarını gecə ovlayır. 🏹 Detektiv Edvard Uilsonun yeni macərasına hazır olun. 🕵️