Elə bu an qapı açıldı və 2 oğlan içəri daxil oldu. Oğlanlardan biri Ümüdün əlindəki silahı götürüb "Neyniyirsən Ümüd, o deyil, hotel sahibini vuracaqsan, başın xarab olub?" Ümüd əsəbi halda "Sabit əlçək imkan ver işimi görüm" Sabit qızı o biri oğlana əmanət edərək "Mehdi qız sənə əmanət". Ümüd'ə dönərək "Ümüd neynirsən 2 dəqiqə sakitləş!". Uzun müddət sükut çökdü. Sakitliyi Mehdi pozdu ". Ümüd noldu niyə qızı vurmaq istədin?". Ümüd "Bilmirəm, işimə çox qarışdı. Məndə arxada iz buraxmaq istəmədim!?". Sabit "Ay xəstə Leyla bizim adamdı! Kartı götürmək onluqdur!". Mehdi təəccüblə "Nə bəs bundan niyə bizim xəbərimiz yoxdu?" Sabit "Çünkü Mehdi bu işi müdriyyətdən icazəsiz həll edəcəyik və sən ona deyəcəkdin, buna görə də demədik, ikinizədə!". Ümüd əvvəl heç nə demədi sonra üzr istədi. Leyla "problem yoxdu onsuzda hamısı rol idi. Silah istifadəsini, döyüşməyi her şeyi qardaşımdan öyrənmişəm". Ümüd təəccüblə "Qardaşın? O kimdi?" Leyla gülərək "Yanında oturub :) Sabit!". Sabit ciddi tərzlə "Ayan hotel müdürünü otaqdan çıxarıb bayaq mesaj atdı". Gəlin getməliyik, plan ləngiməsin!". Hamısı əşyalarını yığıb otaqdan çıxdı. Sadə hotel müştərisi kimi görünən bu dört şəxsin yanından hotel müdürü və gənc əsmər bir qız keçdi. Bu Sabitin dediği Ayan idi. Ayan 3 ay idi ki, bu hoteldə müdür müavini vəzifəsində işləyirdi. Bunun səbəbi isə hoteldə hər ay 1-2 nəfərin ölümü idi və Ayan bu haqda məlumat toplamaq üçün işə girmişdi. Və bu iş uğurlu oldu, demək olar ki, Ayan hotel haqda her şeyi öyrenmişdi.Və o bu məlumatları Sabitə oda öz grupuna ötürürdü, beləliklə planları qüsursuz alınır. Yəni onlar elə hesab edirdilər. Ayan müdürü yeməkxana mətbəxinə aparırdı, güya orada nə isə qayda pozğunluğu baş verib. Bu zaman Ümüd, Leyla və Sabit müdür otağı istiqamətdə pusu qurmuşdular. Mehdi isə lift və pilləkanın kəsişmə nöqtəsində dayanıb. Bunun səbəbi kamera nəzarətçilərinin Sabitgilə atəş açmasının qarşısını almaq idi. Müdür otağında Sabit qapı arxasında, Leyla pəncərə önündə (Qovluq şkafının arxasında) dayanmışdı. Ümüd isə müdür kreslosunda oturmuşdu və müdürü gözləyirdi. Sabit telefonu çıxarıb Ayana belə bir mesaj göndərdi :
-------------Otaqdayıq gönder qoca şərəfsizi
Leyla"Ayana dediz gəlir qoca kişi?" Sabit"Hə elə indi yazdım deyir 5dəqiqəyə otaqdadır". Ümüd "Bəs Mehdi necə??" Sabit"Mesaj yazdım cavab vermir,nəsə o haqda narahatam". Leyla gülərək " Narahat olma o öz başının çarəsinə baxa bilər". Sabit " Yaxşı, bəsdirin susun! Addım səsləri gəlir, silahları istiqamətləyin". 2 deqiqe sonra qapı açıldı. Ümüd'ün üzündə təəccüb əlaməti var idi. Leyla kənara çıxdı "Mehdi, Ayan!!" Sabit yerindən uzaqlaşdı Ayan və Mehdi başlarına silah tutulmuş formada yanlarında 3 adam ilə içəri girdilər. Əvvəl nə edəcəklərini bilmədilər, və nəhayət Sabitin ağlına bir fikir gəldi. Silahları yerə atmağımızı istədi. Heç nə anlamayan Leyla silahı atacaqkən Ümüd göz qırpdı. Və üçüdə çantalarından oyuncaq silahları çıxarıb yerə atdılar. Adamlardan biri silahlara tərəf yönəldi. Leyla həmin an kişiyə atəş etdi, elə bu an Ümüd və Sabit silahı çıxarıb Ayan və Mehdi'nin başında ki, adamları vurdular. Amma heyif ki Sabit'in ayağına istiqamətlənən güllə onun yeriməsini çətinləşdirdi. Lakin o təslim olmadı silahını alıb bütün gücü ilə Ayan'ın başında ki, adama atəş açdı. Bu hərəkət sonrası lap zəif düşsədə qaçaraq qrupunun vəziyyətini gözdən keçirdi. Və nəhayət planı davam etdirmək haqda öz qrupunu razı saldı. Bu dördlünün öldüğünü düşünən müdür içəri girdi. Və gözlənmədik bir şey ilə qarşılaşdı.