+Necə yəni mənim atamı Sabit öldürüb?!
Daikokuten- Aha.. o öldürüb şüphələnməyəsən deyədə dost kimi davranır. O çox adam öldürüb.
+ Onda məndə onu öldürəcəm!!
Zilla- Aa.. yox bu ona asan qurtuluş yolu olar. Onun daha da ağrı çəkməyi sənin içini daha da rahatlatmaz? Nə düşünürsən dediklərimizi edəcəksən?!
+ Mənə niyə kömək etdiyinizi bilmirəm amma içimdən bir hiss bu işdə olmalıyam deyir! Mən VARAM! Nə edirik ilk başda.1.Dost kimi yaxınlaşacaqsan!
Sabit və Ümüd oyun oynayır. Mehdi telefonda kim iləsə mesajlaşır. Ayan və Leyla isə yemək hazırlayırdı. Birdən qapı döyüldü, qapını Mehdi açdı, içəri bir qız girdi. Bu bir hefte qabaq qəbr üstünə getdikləri adamın qızı Sofia idi. Sofia əvvəl qızların yanına gedib onlara yemək barədə kömək etdi. Sonra isə oyunları açılmır deyə dava edən Ümüd ilə Sabit'i barışdırmağa çalışdı amma bu planı ondan qabaq edən Leyla oldu. Sofia Mehdi'yə yaxınlaşmaq barədə heç bir fikri yox idi. Bu haqda Zilla və Daikokuten'in köməyinə baş vurdu.
+Daikokuten haradadı? Mehdi'yə necə yaxınlaşa bilərəm?
Zilla- Daikokuten indi yoxdu iş səbəbilə xaricdədir. (Əslində olan : Daikokuten polis tərəfindən axtarışa verildiyinə görə xaricdə gizlənir) Yəni ki sənə mən kömək edəcəm. O da işi bitən kimi bizə qoşulacaq sən Narahat olma. İndi işimizə qayıdaq. Mehdi demişdin.Zilla kompüterini açdı və klaviatura da her hansı düymələrə basaraq sayt açdı. Biraz sayt ilə məşğul oldu sonra isə kompüteri bağladı. Və Sofia'ya dedi.
Zilla- Mehdi'nin dostu olmaq üçün aşıq olduğu qız barədə kömək edə bilərsən!
+Sevdiyi qız? Kim?
Zilla- Mallory!!!
+Nə Sabit'in və əlbəttə ki, digərlərinin o qızdan xoşu gəlmir. Bunu onlar öyrənsə anında əlaqələri kəsilər.
Zilla- Qətiyyən belə bir şey eləmə!! Bu aralarında ki bağı gücləndirə bilər!2.Sirlərini öyrənməlisən!
Sofia Zilla'nın dediklərinə heç diqqət yetirmədən. Mehdi'nin tək anını pusaraq ona yaxınlaşdı. Mehdi telefonda kim ilə isə mesajlaşırdı. Sofia gülərək " Salam necəsən Mehdi?" Mehdi sakit halda "yaxşı sən?" Sofia yaxın bir sirdaş diqqəti ilə oğlanın telefonuna boylandı. Narahat olan Mehdi telefonu söndürüb ona tərəf döndü. Sofia geri çəkilməyə məcbur oldu. Mehdi Narahat halda "Nə isə lazım idi??" Sofia şantaj edərcəsinə bir səs tonu ilə " Mallory neyniyir necədi? " Mehdi ciddi tərzdə " Mallory'ni qəbr üstünə dəvət edən sənsən məndən niyə soruşursan? " Sofia gülərək " Mallory ilə aranızdakini digərləri öyrənsə nə olar? Səncə?" Mehdi ciddi tonla ona yaxınlaşaraq "Sən o balaca beynin ilə məni şantaj edirsən?? " Otağa Sabit və Leyla girdikdən sonra Sofia çıxdı. Mehdi "Sabit mən narahatam". Sabit təəccüblə " Niyə? Nəydən narahatsan? Nolub?". Mehdi çəkinərək " Dostum mənə inanmalısınız Sofia əvvəl ki deyil. Dəyişilib. Nə isə qəribəlik var!" Leyla gülərək " Mehdi yox Darzi (Bu aralar winx'ə çox baxıram) onun tipinə bürünüb. Xəstəsən sən? Bu aralar çox paranormal hekayə oxuyursan!?" Mehdi əsəb ilə "Yox mənə inanın Sofia'nı aranızda ən yaxşı mən tanıyıram o əvvəl ki kimi deyil!!". Sabit Narahat amma ciddi tərzdə " Nə demək istəyirsən? Leyla sakit dur görüm nə məsələdi!? Sənə bunu düşündürən nədir?" Mehdi "Bunu deyə bilmərəm amma mənə inanmalısınız sonu yaxşı bitməyəcək! Həqiqi sözümdür!!" Leyla məzələnən halda "Zarafat edirsən?" Mehdi əsəb ilə qışqıraraq " inanmırsız özünüz bilin amma axırda başınıza iş gələndə məndən kömək istəmiyin!! Çünki mən mənə inanmayanlar ilə birgə işləmirəm!"
Mehdi evdən uzaqlaşdı. Sofia evə səs dinləmə mexanizmi qoyduğundan Zilla bütün danışıqların şahidi olmuşdu.
Zilla- Başdan xarab o qədər demə dedik. Xəstə! Off yenə iş bizə qaldı! Alo köməyin lazımdı!
*-Nə barədə?
Zilla - Sofia Mallory barədə Mehdi'yə şantaj edib.
*-Yaxşı onsuzda Mallorydə qəribəlik var idi. Bu gün onu danışdırmağı bacardım. Məsələ burasındadır ki, Mallory'in Mehdi'dən xoşu gəlirmiş! Yəni ki onsuzda onu öldürəcəkdim. Buda bəhanə oldu.
Zilla- Bu işi mən həll edə bilərəm asanlıqla.
*- Bu işi özüm həll edəcəyəm. Mənim olana heç kim toxuna bilməz!!
Zilla- Yaxşı bu işi təcili bitirməyə bax. Sofia'nın idarəsini ələ almaq çoxda çətin olmadı. Keçmiş travması insanda yaxınlıq hissi oyadır. Düzdür? Nemesis. Sənin hekayən ilə qızın beyninə girmək heç də çətin deyildi.
Nemesis- Afərin. Amma unutma TAM ƏMİN OLDUĞUN AN ƏN QORUMASIZ OLDUĞUN ANDIR. Diqqətli ol.Mehdi bir hotel'ə yerləşməyə başlamışdı ki, Mallory'dən mesaj aldı.
Salam Mehdi köməyinə ehtiyacım var. Ağ Meduza səninlə olan yaxınlığıma görə məni öldürəcək!
Mehdi təcili vəziyyətdə telefonunu götürüb hoteldən çıxdı. Maşınına minib oradan uzaqlaşdı və Mallory'in göndərdiyi adresə yönəldi. Bu heç kimin yaxın durmaq istəməyəcəyi bir qəbirsanlıq idi.
Burada qəribə ruhların varlığı barədə məlumatlar belə var idi. Lakin Mehdi bu hekayəyə diqqət yetirmədən içəri daxil oldu. Bir müddət məzar daşlarını sayaraq yeridi. Lakin bir yerdə dayandı burada olmamalı olan bu qəbr daşı vardı. Qəbr daşının üzərini oxuduqda Mehdi pusuya düşdüyünü başa düşmüşdü. Amma artıq hər şey üçün geç idi. Məzar daşının üzərində yazılmış ad bu idi.
MEHDİ