Hotel bölüm 4

18 3 0
                                    

5 Həftə sonra👇
Leyla qorxu içərisində "Ayan'a bunu kim niyə eləsin? Müdriyyətin işidir? Sabit bir şey de nolar". Sabit heç nə deyə bilmədi. Ümüd Leyla'ya Athena isə Sabit'ə dayaq olmağa çalışırdılar. Xəstəxanaya bir qız daxil oldu bu Sofia idi. Sabit Sofia'nın üstünə getməyə başladı "sən elədin! Ayan'ın komada olmağının səbəbi sənsən!! Mənə o gün dedin məndə olmadığımı dedim daha nə istiyirsən bizdən əlçək get atan'ın qatilini başqa yerdə axtar!!!" Sofia "Mənə ata'mı sənin öldürdüyünü dedilər. Atam mənim bu həyatda ki tək dayağım idi." Athena ciddi tərzlə"Dayağa bir bax adam öldürən qızlara şiddət göstərən dayaq. Olmasa yaxşıdır!!" Leyla "Sofia bunun səbəbkarı sənsən? Niyə? Ayan ki öldürməyib ata'nı!" Sofia ağlayaraq "Bağışlayın o an ki psixologiyamdan istifadə olunmağına imkan verdim. Bunun səbəbkarı o ikilidir!" Ümüd Narahat halda " Kim? Hansı ikili? Ağ Meduza və Mallory?!"
Athena ciddi halda "Mallory işini başqasına elətdirmir. Öz işini özü həll edir. Ağ Meduza'da işlərini ya özü eliyir yada ki Mallory'ə elətdirir." Ümüd "Sən hardan bilirsən? Mallory ilə nə yaxınlığınız var Athena!" Sabit bağıraraq " İndi Athena'nın tanışlığının yeridir!!! Ayan ölümlə savaşır siz burda dost söhbəti edirsiz. Leyla " Ayan ilə evlisən deyə bu insanlar dost tapa bilməz!!" Athena incik halda bayıra çıxır. Sofia'da arxasınca çıxır. Athena orada gözlemediyi şəxs olan Ağ Meduza'nı görür. Ağ Meduza " Athena burada nə gəzirsən!! Yoxsa-" Silahını Athena'ya istiqamətlədi. "ÖLƏRSƏN".

5 HƏFTƏ ƏVVƏL
Sabit və digərləri (Ayan və Mehdi'dən başqa hamısı) grup evinə getdilər.Ev darmadağın idi. Leyla qorxaraq " Bu ev niyə bu halda dı!?" Sabit " Deyəsən hər şey təzə başlıyır bunlar hamısı müdriyyətin işidir!!" Ümüd " Amma evi dağıtmaq nədi?! Biz səhv nə isə etməmişik axı!!!" Leyla telefonunu götürdü Ayan və Mehdi'yə zəng vurdu. Elə bu zaman Ümüd yerdə balaca bir kağız tapdı. Kağızda bunlar yazılmışdı.

Salam hamınıza bu hələ başlanğıcdır! Sabit səndən intiqamımı alacağam. Aranızda ki, xain'ə diqqət edin. Sevdiğin qızı gözünün önündən ayırma. Tək tapsam öldürəcəyəm!!.

Sabit əsəblə "Ayan haradadı! Bu kimdi?! Nə istiyir? NƏ İNTİQAM!?" Leyla narahat halda "Ayan Sofia nın yanına getdi köməyə ehtiyacı var imiş". Sabit Ayan'ın nömrəsini yığdı. Lakin açan Ayan deyildi. Tanıdıqları şəxs idi ------

Birazda keçmişə qayıdaq.
-Salam necəsən Atanın ölümü səbəbi ilə kədərli olduğunu yaxşı bilirəm. Səni başa düşürəm. Mən uşaq vaxtı hər şeyimi itirmişəm bir yanğın...
+Nə demək istəyirsən?
- Sənin atanın qatilini bilirəm!
+ Kim!? Təcili de deməsən! Səni buraya göməcəm!!
- Narahat olma Sofia mən sənin düşmənin yox dostunam. Əvvəlcə bunu bil.Biz sənin yanındayıq. Mən və Zilla.
+Sən? Sən kimsən və mənə nəyə görə kömək edəcəksiz? Siz ki məni tanımırsız!.
Daikokuten- Mənim adım Daikokuten di. Və inan gözəlim səni səndən daha yaxşı tanıyırıq. Və atanın qatilindən İNTİQAM almaq istəyirsəndə tək bir söz bəsdir.
+ Qəbul edirəm.Qatil kimdir. Necə intiqamımı ala bilərəm ondan.
Zilla- Əvvəl düşmana dost kimi yaxınlaşacaqsan! Ən yaxınını tapacaqsan. Sonra isə ən maraqlısı və Ən ağırı. Ona Sevdiklərinə zərər verərək böyük ZƏRBƏ endirəcəksən.
+Əla. Nə vaxt başlayırıq. Qatil kimdi?! (Bu an səsinin titrəyişini hiss etmək mümkün idi).
Zilla- SABİT!

Qətl SirriHikayelerin yaşadığı yer. Şimdi keşfedin